İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı kimyaçının idman uğuru

Sumqayıtlı kimyaçının idman uğuru

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) əməkdaşı Vüqar Abdullayev Türkiyənin Trabzon şəhərində keçirilən 40-cı beynəlxalq yarımarafonda iştirak edib. Müxtəlif ölkələrin idman klublarını təmsil edən 500-dən artıq idmançı Trabzon yarımarafonunda 21,1 kilometr məsafə qət ediblər.

AZƏRTAC xəbər verir ki, Bakı Marafon Klubunun üzvü, yarışlarda Azərbaycanı təmsil edən Vüqar Abdullayev marafonda uğurla çıxış edərək 9-cu yeri tutub. Bu, həvəskar marafonçu üçün çox böyük uğur olmaqla SOCAR ailəsi üçün də xoş xəbərdir.

İdmanın bir neçə növü, eləcə də velosiped idman növü ilə davamlı məşğul olan sumqayıtlı kimyaçı dəfələrlə beynəlxalq səviyyəli müxtəlif yarışlarda respublikamızı uğurla təmsil edib və mükafatçılar sırasında yer alıb.

Qeyd edək ki, Vüqar Abdullayev 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt Dövlət Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib. 2005-ci ildən taleyini kimya sənayesi ilə bağlayan V.Abdullayev “Sintezkauçuk” və Etilen-polietilen zavodlarında mühəndis kimi fəaliyyət göstərib. Hazırda “Azərikimya” İB-nin Təmir-tikinti İdarəsində mühəndis kimi əmək fəaliyyətini davam etdirir.

V. Abdullayev həm də həvəskar fotoqrafdır. “Azərikimya” İB-nin və Sumqayıt şəhərinin ictimai-sosial tədbirlərində fotoçəkilişlər aparır, bir neçə respublika və beynəlxalq əhəmiyyətli fotomüsabiqədə iştirak edib.
Rəy bildir +
Oxşar xəbərlər
Etilen-polietilen zavodu yenidən qurulur
18:4319 fevral

Etilen-polietilen zavodu yenidən qurulur

Azərikimya İB-nin Etilen-polietilen zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğular inşa olunur, texnoloji proseslər avtomatik idarəetmə sisteminə keçirilir, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilir.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Hamımız ona can atırıq. Nədir axı "uğur"?
15:3006 iyun

Hamımız ona can atırıq. Nədir axı "uğur"?

"Uğur" anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə  dədə-baba deyimi var, onu söyləyirik: "Uğurlar olsun!" Qarşımıza qoyduğumuz