İSTİ XƏBƏRLƏR
» » Oxumasanız da olar

Oxumasanız da olar


Lətifələrin reytinqi

5-ci yer
Corat çimərliyində çimən bir əcnəbi dərinə gedir və batmağa başlayır.
Öncə ingiliscə qışqırır:
- Help mi.
Heç kim yaxınına getmir.
Sonra fransızca qışqırır:
- Bonjur.
Yenə heç kim yaxınına getmir.
Bu dəfə rusca qışqırır:
- Pomaqite.
Yenə köməyinə çatan olmur. Biçarə daha bir neçə dildə qışqırır, amma səsinə səs verən olmur.
Bu zaman qumda uzanıb özünü günə verən Atoppa kişi deyir:
- Rəhmətliyin oğlu, bu qədər dil öyrənməkdənsə üzməyi öyrənərdin də.

4-cü yer
Anekdotı.ru portalında həftənin lətifəsi: 
Nahaq ruslara skotçu göstərdilər. Indi mismarlanacaq, rezbalanıb bağlanacaq, asılacaq hər şeyi onlar skotçlayırlar.

3-cü yer.
"Vokruq smexa" dərgisində həftənin lətifəsi: 
Yaşlı  yəhudi on dörd yaşlı oğlunu ilk dəfə özü ilə işlədiyi dükana aparır ki, ticarətin sirrlərini öyrətsin. Axşam evə qayıdanda arvadı soruşur:
- Hə, kişi, de görüm bizim Abraşkadan nəsə çıxacaq?
Yaşlı yəhudi aramla söyləyir:
- Pis deyil. Amma nüans var.
- Nə? Saymağı bacarmır?
- Yox, bacarır.
- Alıcılara kobudluq edir?
- Əsla yox, xeyli mehribandır.
- Bəs onda nə?
- Pulu alır, elə ki, qalıq qaytarmalı olur, onda hönkürüb ağlayır.

2-ci yer
Dərdayıl müdirinin yanına gəlib deyir: 
- Ay müdir, mənim əməkhaqqımı qaldır. Allaha and olsun ki, mənimlə üç idarədən maraqlanırlar.
Dərdayıl  kimi yaxşı işçini itirmək istəməyən müdir qaşlarını çatır:
- Him. Hansı idarələrdi belə?
- İşıq idarəsindən. Su idarəsindən. Bir də Bank of Bakudan.

1-ci yer.
2014-cü ilin söhbətidir, bir gün Azərbaycana qastrola gələn bir iranlı tarzənlə görüşərkən Habil Əliyev ona sual verir:
- Sən neçənci ildə doğulmusan?
Iranlı dərhal deyir:
- 1405-ci il təvəllüdlüyəm.
Habil Əliyev barmaqları ilə nəyisə xeyli hesablayıb söyləyir:
- Maşallah yaxşı qalmısan.
Red:  Iranda təqvim hicri-qəməri tarixi ilə hesablanır.

***

Elan 
1979-cu il istehsalı olan, vuruğu, çapığı, əziyi olmayan, çəkisi 79 kq, boyu 1,75 sm olan, sağlamlığı barədə tibbi arayışı, dövlət işi olan, hazır 3 uşağa sahib, az istifadə olunmuş, zərbəyə və əzilməyə davamlı, dili gödək ərimi satıram. Yeganə problemi mamauşağı olmasıdır.
Barter təklifi qəbul edilmir, maklerlər narahat etməsinlər. Istəyən ciddi xanımlar müraciət edə bilərlər.

***

Olmuş dialoq
Oğlan atası: - Qızınız neçənci ildi?
Qız atası: - 94-ün dekabrıdır, hesab elə 95-dir.

***

Səhifənin mıxı!
Bir gün Obyedinyonnıda yaşayan Əlövsət kişi evə gecə saat 3-də gedib çıxır. Qapını açan əlitavalı arvadı Məsmə soruşur ki, a kişi, saat neçədir?
Kişi deyir, 3-dür. Arvad düz 3 dəfə tavanı Əlövsətin təpəsinə vurur.
Kişi də qayıdır ki, Allah sənə şükür, yaxşı ki, saat 12-də gəlməmişəm.

***

Simalar
Kriminal verilişində müxbir oğurluqda təqsirli bilinən Barama Əsmərovadan müsahibə götürür:
- Necə oldu ki, oğurluq etdiniz?
- Pul lazım idi, ona görə. Yeri gəlmişkən, mən fürsətdən istifadə edib, əziz tamaşaçılar, əziz izləyicilərim, saç düzümümə görə Emrə ustaya, libasıma görə "Şarma" mağazasına minnətdarlığımı bildirirəm.

***

Yalnız bizdə
Masınla qəbirstanlığın yanından keçəndə maqnitolanın səsini kəsirlər.

***

Müjdə...
-Səhər durmuşam ki, su gəlir, qaz gəlir, işıq yanır. Şoka düşdüm. Elə bil Avropada yaşayıram e. Hələ feysbukda yazıblar ki, uşaq pulu da veriləcək!
Şikayətnamə
Vaxt var idi, qonaq gedəndə  hal-əhval soruşulardı. İndi wi-fi kodu soruşulur, bir də adapterin olub olmadığı.

***

Fakt
"Makiyajın sirləri" barədə.
- Bir dəqiqə qaqaş,  sən kimsən məni qucaqlayırsan? Nişanlım bilsə, bilirsən sənin başına nə oyun açar?
- Az, dəli, mənəm e, Aykadır, makiyajımı silmişəm.

***

Xəbər xətti
- May  ayında Üzeyirlə damla Milanın məşhur La-Skala sarayında konsert verəcəklər.
- Balıq Hafiz təxəllüslü məşhur siyasətçi balığın qiyməti qalxıb deyə daha balıq yemir.
- Yaşlı sumqayıtlılar hələ də İcra hakimiyyətinə qarkom deyirlər.
- ABŞ-ın bir neçə kabel televiziyası şirkəti aylıq abunə paketlərinə daxil etmək üçün DTV kanalı ilə danışıqlar aparacaqlar.
- Samaxı rayonunun  ucqar dağ ərazisində 2011-ci ildə şosse yolunun üstündə inşa edilmiş yolüstü keçiddən nəhayət ki, 2019-cu ildə ilk adam keçdi.

***

Dodaqqaçdı
Sumqayıtda bir yas yerinə məlum bölgənin el-elatı elliklə gəlirlər. Hamı sakitcə oturub ehsan yediyi halda bir dayday elə hey məclisə qulluq edənlərə qışqırır:
- Ay qa, düyü gətir.
- Ay qa, bura təzə aşqara gətir.
- Çörək qurtardı.
- Ay qa, iki-üç dovğa birdən gətir.
Bu vaxt nurani qoca yanında oturan intiligentə deyir:
- Oğlum, doxsana yaxın yaşım var, inan, yaşamağa həvəsim belə qalmayıb. Amma o Müzəffər köpəkoğlu gəlib məclisimdə yeyib-içməsin deyə ölmürəm.

***

Pozitiv 
Dünən rəssam Bəkir ilə qızı birlikdə pişik rəsmi çəkdilər. Səhər eynən şəkildəki pişiyi qapılarının   ağzında gördülər.
Bu gün onlar Bodrumda - Egey dənizi sahilində villa və nəhəng bir müasir yaxta şəkli çəkəcəklər.
Rəy bildir +
Oxşar xəbərlər
Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Uşaqlara söyüş  öyrətmək düzgündür ki?
11:1324 aprel

Uşaqlara söyüş öyrətmək düzgündür ki?

Qəribə "adət"imiz var - körpələrimizə söyüş, barmaq silkələmək kimi yalnış hərəkətlər öyrətmək... Bu cür arzuolunmaz hala istənilən ailələrdə rast gəlmək mümkündür. Körpə uşaq yenicə dil açmağa başlayanda əylənmək üçün ona söyüş öyrədilir. 

Oxumasanız da olar
17:3216 aprel

Oxumasanız da olar

Rusiyanın Anekdotı.ru portalında həftənin lider lətifəsi: Bizdə, Rusiyada özünüz bilirsiniz də, necə demokratiya var. İnsanlar, özünüz bilirsiniz, hansı şəxs haqqında, özünüz bilirsiniz, hansı sözləri söyləməkdən əsla qorxmurlar.

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO