İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Müşfiq müəllim

Bu həftə ölkə mediasının gündəmində Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev öncül  yer tutdu.   Buna səbəb sosial şəbəkədə onun vizit kartının dərc edilməsi oldu. Belə ki, Müşfiq müəllimin rus dilində dərc etdirdiyi vizit kartında onun iş yeri, telefonları, elektron ünvanı göstərilmişdi. Və eləcə də, elektron ünvanının parolu!
Bu dodaqqaçıran hadisəyə Müşfiq müəllim özü belə reaksiya göstərdi: "Mən bütün Azərbaycan QHT-lərinin ilk qartalıyam. Bəyəm jurnalistlər bunu bilmirlər ki, indi adi bir vizit kartını böyüdüb müzakirə edirlər? Hazırda Moskvadayam. Kimsə mənə qarşı mənfi rəy formalaşdırmağa çalışır. Bakıya qayıdım, həmin şəxsi tapıb Şəhidlər Xiyabanında sürüyəcəyəm".
"6 xətt"in ekspertləri ürəkyananlıqla düşünürlər, barı, Müşfiq müəllimin bu hadisədən sonra  vizitkada yayılan parolunu dəyişmək ağlına gəlibmi?
Türk pişiyi

Britaniyanın Daily Mail nəşri bu həftə İstanbulun banklarından birinin qarşısındakı kameranın görüntülərini yaydı. Görüntüdə gecə yarı bank pillələrinin üzərində oturan iri qara pişiyə öncə iki, ardınca daha dörd böyük itin yaxınlaşdığı əks olunur. Onlar pişiyi dövrəyə alıb iyləməyə başlayırlar. Bu vaxt pişik itlərin üzərinə atlanır, itlər qorxudan qaçıb yox olurlar. Pişik mırıldaya-mırıldaya itləri baxışları ilə müşayiət edir.
Görüntünün məşhurlaşdığını görən Türkiyə KİV-i qəhrəmanlıq göstərən pişiyin cəsurluğunu onun bir türk pişiyi olmasına yozdu. Amma bir şey də var. Əgər cəsur pişik türk pişiyidirsə, bəs onda qorxub qaçan itlər hara itləridir?

Tikinti

Avropanın bir neçə ölkəsinin Əmək müfəttişliklərinin illik hesabatlarına görə 2018-ci ilin ən təhlükəli peşələrinin adları açıqlandı. Işdə ölüm hadisələrinin beşdə biri (21 faiz) tikintinin üzərinə düşür və bu sahə ən təhlükəli sahə hesab olunur. Onun ardınca emaledici müəssisələr (17 faiz), sonra kənd və meşə təsərrüfatı, ovçuluq və balıqçılıq (13 faiz), sonra saxlama və daşıma xidməti sahəsi (12 faiz), faydalı qazıntılar sənayesi (8 faiz) gəlir.
O da bildirilmişdir ki, ölüm hallarının ən çoxu (34 faizi) hündürlükdən yıxılma, hərəkətdə olan predmet və mexanizmlərin təsirinə məruz qalma (23%), material və əşyaların sıradan çıxması (13%), nəqliyyat qəzası (12%) nəticəsində baş vermişdir.
Çox maraqlıdır, bizdə bu statistika açıqlansa, birinci yerdə hansı sahə dayanar?
Bəlkə, məmurlar üçün qəfil işdən çıxarılma xəbəri?

Sima xanım

Bu həftə 15 yaşından karyeraya başlayan azərbaycanlı model, 2017-ci ildə Azərbaycan gözəli adını almış, ötən il ABŞ-ın Los-Angeles şəhərinə köçmüş Sima Şərafətdinova öz instaqram səhifəsində "subay" sözünü silərək "evli" sözünü yazdı. Və məlum oldu ki, bir çox effektiv plastik və estetik əməliyyatlar yolu ilə özünü gözəlləşdirərək Barbi gəlinciyi halına gətirib çıxaran Sima xanım aerobika məşğələləri zamanı amerikalı pilotla tanış olub, könül verib-könül alıb və ona ərə gedib.
Xəbərə "6 xətt"in Beynəlxalq müstəvidə ailə qurmaq məsələləri üzrə eksperti Əli Məmmədov belə qiymət vermişdir:
- Iş ondadır ki, Sovet dövründə azərbaycanlı kişilər rus, erməni, xaxol, belarus millətlərindən olan qadınlarla ailə həyatı qururdular. Bir sözlə, Sovet dövründə kişilərimiz aktiv, qadınlarımız passiv idi. Indi isə qadınlarımız bir ucdan ərəblərə, hinduslara, zəncilərə ərə getməkdədirlər. Sima xanımın timsalında indi də, amerikalıya ərəgetmə faktı qeydə alınıb. Demək, müstəqillik dövründə kişilərimiz passivləşib, qadınlarımız aktivləşib. Qəmlo demişkən, qeyrət, namus əldən getdi, Kərbəlayı!

Zirehli qatar

Şimali Koreyanın lideri Kim Çen İn bu həftə Rusiyanın Vladivostok şəhərinə öz zirehli qatarı ilə səfər edərək orada Vladimir Putin ilə görüşdü. Tarixdən məlumdur ki, on illərdir ki, Koreyaya başçılıq edən əvvəlki liderlər - Kim Çen İnin atası, daha on illər öncələr ölkəyə başçılıq edən babası da zirehli qatarlarla səfərlər edərdilər. Tam 1948-cı ildən ölkəyə başçılıq edən bu nəsil dinastiyası, deməzsənmiş, zirehli qatar səyahətlərini  çox sevir.
"Niyə qatarla gəldiniz" sualına Kim müəllim belə cavab verdi: "Çünki bu cür səyahət etmək müxtəlif ölkələrdəki həyatı daha yaxından tanımaq şansı yaradır".
Zirehli qatardan Kim müəllim həm ev, həm qərargah kimi istifadə edir, qatar ən müasir texnoloji avadanlıqlarla təchiz edilib. Burada yataq, qonaq, istirahət otaqları, kabinetlər var. Yeməkxanada çox bahalı fransız şərabları, canlı xərçənglər, Çin, Koreya, Yaponiya, Fransa mətbəxinin hər növ yeməyi var. Qatarın qarajında iki ədəd zirehli "Mersedes" avtomobili də yerləşdirilib.
 Kim müəllim yolda darıxmasın deyə qadınlardan ibarət musiqi qrupunu da öz zirehli qatarında gəzdirir. 
Gəl indi "Böyüyəndə kim olacaqsan" sualına "Kim" cavabını vermə.

Nüsrət

Dünyaca məşhur türkiyəli aşbaz, dünyanın bir çox ölkələrində özünə restoranlar açan, orijinal yemək duzlama jesti ilə böyükdən balacaya hər kəsə tanış olan türkiyəli Nüsrət Gökçə 23 aprel "Uşaqlar günü" münasibəti ilə müxtəlif ölkələrdəki restoranlarda 47 min 578 uşağa pulsuz yemək verməsi ilə tarixə düşdü. Nüsrət bəy öz sosial media səhifəsində keçirdiyi aksiya ilə bağlı belə bir paylaşım da etdi: "Heç bu qədər xoşbəxt olmamışdım".
Sağ əli pulunu ancaq silikonlu xanım müğənnilərə, eyş-işrətə xərcləyən bizim azərbaycanlı pullu kişilərin başına!
Rəy bildir +
Oxşar xəbərlər
Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
11:0023 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:3516 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO