İSTİ XƏBƏRLƏR
» » Sığorta şirkətləri Sumqayıt avtobuslarını niyə sığortalamır?

Sığorta şirkətləri Sumqayıt avtobuslarını niyə sığortalamır?

Hazırda Azərbaycanda fəaliyyət göstərən bir çox sığorta şirkətlərinin sığortalamaqda maraqlı olmadığı bir neçə sığorta sahəsi var.
Bunlardan biri də ictimai nəqliyyatda istifadə edilən avtobuslardır.
Son zamanlar bəzi sığorta şirkətlərinin marşrut xətlərində fəaliyyət göstərən avtobusları sığortalamadıqları bildirilir. Avtobusları yalnız sığorta şirkətlərinin saytına daxil olub, onlayn qaydada sığortalamaq mümkündür. Çünki vətəndaşın sığorta şirkətinə onlayn qaydada müraciəti zamanı sığorta şirkətləri müraciətdən imtina edə bilmirlər. Vətəndaşların və ya sığorta agentlərinin ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus sığortası üçün ofisə müraciəti zamanı isə mənfi cavab aldıqları bildirilir.
Məsələ ilə bağlı ONA-ya açıqlama verən sığorta mütəxəssisi Ceyhun Əsgərov bildirib ki, qanunvericiliklə avtobusların sığortalanmaması ilə bağlı hər hansı bir qadağa yoxdur və avtobusları sığortalamaqdan imtina edən sığorta şirkətləri bunu qeyri-qanuni edirlər.
Ekspert sığorta şirkətlərinin ictimai nəqliyyat kimi istifadə olunan avtobusları sığortalamamaq səbəbini avtobus sürücülərinin tez-tez qəza törətməsi ilə əlaqələndirib. Ceyhun Əsgərovun sözlərinə görə, sığorta şirkətləri agentlərə şifahi olaraq avtobusları sığortalamamağı tapşırırlar.
Son zamanlar artıq sprinter avtobusları da "qara siyahı"ya daxil edilib. Ən çox da şəhərdaxili (Bakı, Sumqayıt və Gəncədə) işləyən avtobuslar sığorta şirkətlərinə problem yaradırlar. Bir müddət əvvəl rayonlararası işləyən avtobuslar riskli sayılmırdısa, indi bu avtobuslar da riskli hesab olunur.  
Sığorta mütəxəssisinin sözlərinə görə, avtobusunu sığortalaya bilməyən və ya sığorta ödənişini ala bilməyən vətəndaş İcbari Sığorta Bürosuna müraciət edə və ya sığorta şirkətini məhkəməyə verə bilər.
Ceyhun Əsgərov bildirib ki, avtobuslardan sonra sığorta şirkətlərinin sığortalamaqdan boyun qaçırdıqları ikinci sahə kənd təsərrüfatında heyvandarlıq və əkinçilik sahələridir: "Bu növ sığorta şirkətlərinin heç arzulamadığı sahələr hesab olunur. Buna səbəb isə heyvandarlıq və əkinçilik sahəsində dəyə biləcək ziyanın fermerlər tərəfindən vaxtında operativ şəkildə qarşısının alınmayacağı ehtimalıdır".
"Sığorta şirkətlərinin ən çox üstünlük verdikləri sığorta növləri isə könüllü sığorta sahələridir. Daşınmaz əmlakın könüllü sığortası, kasko sığorta, tibbi sığorta bu kimi sığorta növləri həmişə sığorta şirkətləri üçün prioritet sahələr olub" - deyə mütəxəssis qeyd edib. 
Rəy bildir +
Oxşar xəbərlər
Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.