İSTİ XƏBƏRLƏR
» » Pandemiya ilə mübarizədə qlobal əməkdaşlığın paytaxtı

Pandemiya ilə mübarizədə qlobal əməkdaşlığın paytaxtı

Koronavirus Çinin sərhədlərini aşanda hər kəs öz "evinə çəkilməklə", əksər ölkələr sərhədləri bağlamaqla virusdan qoruna biləcəyini proqnozlaşdırdı və bütün addımları bu nikbin ehtimala uyğunlaşdırdı. Ancaq infeksiya sərhəd tanımadan sürətlə bütün dünyanı ağuşuna aldı və qısa zamanda "pandemiya" statusuna yiyələndi. Bununla belə zaman göstərdi ki, "taclı bəla" ilə mübarizədə özünəqapanma effektiv deyil, qlobal mübarizə, həmrəylik qaçılmazdır. 

Qlobal mübarizəyə dəstək

Azərbaycan pandemiyanın yayılmağa başladığı ilk dövrdən etibarən BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa başladı. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalandı və Azərbaycan ÜST-ə 5 milyon dollar maliyyə yardımı ayırdı.
Azərbaycan dünyanı birləşdirmək missiyasını üzərinə götürdü, bu mübarizədə öncüllük nümayiş etdirdi və beynəlxalq çağırış etdi. 
İlk dəfə olaraq prezident İlham Əliyevi təşəbbüsü ilə bu məzmunda zirvə görüşü təşkil edildi. 

Bakıdan dünyaya

Dövlətimizin başçısının təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində əsas məqsəd türkdilli ölkələr arasında koordinasiyanın təşkili, koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığa çağırış idi. Xüsusilə qeyd edək ki, Türk Şurasının fövqəladə Zirvə görüşü pandemiya ilə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi.
"Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın planeti bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır" deyən prezident İlham Əliyev mübarizənin yeganə effektiv mübarizə modelini təklif etdi. 

Qoşulmama Hərəkatını qoşulmağa çağırmaq

Qoşulmama Hərəkatının əsas fəlsəfəsi münaqişələrə, bloklara qoşulmamaq, bütün xalqların suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə, ədalət və beynəlxalq öhdəliklərə hörmət kimi prinsiplərə söykənir. 
Ancaq bu dəfə qoşulmaq tələb olunur - söhbət hansısa hərbi blokdan getmir, ümumbəşəri bəlaya qarşı bir səngərdə yer almaq lazımdır. Prezident İlham Əliyevin dediyi kimi, "Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir". 
Məlum olduğu kimi, ötən ilin oktyabrından Qoşulmama Hərəkatına rəhbərliyi Azərbaycan həyata keçirir. Rəsmi Bakı müxtəlif qütbləri birləşdirmək, vahid məqsədə yönləndirmək missiyasını bu dəfə də üzərinə götürdü və mayın 4-də prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirildi. Əksər təhlilçilər hesab edir ki, Qoşulmama Hərəkatını opponent kimi qəbul edən Avropa İttifaqı rəsmisinin bu Zirvə görüşündə iştirakı tarixi hadisədir və Azərbaycan Prezidentinə olan etimadın, eyni zamanda dövlətimizin başçısınını çağırışına beynəlxalq miqyasda reaksiyanın təzahürüdür.
Azərbaycan Prezidenti bu tribunadan da beynəlxalq birliyə səsləndi və pandemiyaya qarşı həmrəyliyin vacibliyi önə çəkdi. "Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir" - deyə prezident yekun nitqində bildirdi. 
Eyni zamand,a Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi Ümumdünya Səhiyyə Təşkilatına hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün ÜST-ə əlavə olaraq 5 milyon dollar ianə etməsi də ölkəmizin beynəlxalq missiyanın aparıcı ölkəsi olduğunun ifadəsi kimi şərh olunmalıdır. 
Pandemiya yayılmağa başlayanda əksər təhlilçilər bunu qlobalizmin sonu kimi xarakterizə edirdilər. Bəli, ilkin meyllər dünyanın buna doğru hərəkətləndiyini göstərirdi. Lakin ilkin neqativ və pozitiv nəticələrin təhlili, praqmatik analizlər göstərdi ki, özünəqapanma çıxış yolu deyil. Yalnız birgə, düşünülmüş, qarşılıqlı dəstəyə söykənən siyasət planeti bu bəladan xilas edə bilər. Azərbaycanın da təklif etdiyi məhz bu modelin tətbiqi və coğrafiyasının genişlənməsidir. 

Siyasət Şöbəsi
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Avropa İttifaqı-Azərbaycan münasibətləri:   "Şərq tərəfdaşlığı" və   yeni strateji əməkdaşlıq modeli
15:3111 sentyabr

Avropa İttifaqı-Azərbaycan münasibətləri: "Şərq tərəfdaşlığı" və yeni strateji əməkdaşlıq modeli

Bir neçə müddətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bəzi məsələlər qızğın nəzəri diskussiyaların mövzusuna çevrilib. Burada fərqli mövqelər ifadə edilir, bəzən hətta bir-birinə zidd tezislər səsləndirilir. Rəsmi Bakı isə təmkinli və

Elita klubları yeni mövsümə  necə hazırlaşır?
15:2319 iyun

Elita klubları yeni mövsümə necə hazırlaşır?

Ötən ay başa çatan Topaz Premyer Liqasında yeni mövsümün startına xeyli vaxt qalsa da, artıq elita təmsilçiləri yeni "futbol ili"nin hazırlıqlarına başlayıblar. Təbii ki, ölkə çempionatının yüksək dəstəsində mübarizə aparan klubların mövsümlərarası dövrdə necə hazırlıq keçəcəyi heç də az maraq