İSTİ XƏBƏRLƏR
» » ACI XƏBƏR

ACI XƏBƏR

Rusiya və Almaniyada koronavirusun arxasında şəxsiyyətin rəqəmsal identifikasiyalaşdırılmasının dayanması təsdiqini tapmaqdadır

Yəqin yadınızda olar, mart ayında koronavirus məsələsi hələ gündəmə yeni düşəndə, hamı həyəcanla Çində və İtaliyada baş verənləri izləyəndə virus məsələsinin təbii yolla yox, süni yolla gündəmə gətirildiyini, məqsədinsə dünyanı idarə edən güclərin son nəticədə insanları çipləşdirərək idarə etməsi, dünya əhalisinin yarıbayarı azaldılması, vahid dövlət qurmaq olduğunu iddia edən bəyanatlar səsləndi, bizsə bizə yuxu kimi gələn bu iddialara əsla inanmaq istəmədik.

Çox təəssüf ki, virusdan sonra hər şeyin sıfırlanacağı, yeni dünya qurulacağı barədə söylənilən nağıl zənn etdiklərimiz acı həqiqətə çevrilməyə başlayır. 

Budur, başqa ölkələri bilmirik, amma artıq Koronavirus dövründən sonrakı dövrün çalarları - şəxsiyyətin rəqəmsal identifikasiyası (çipləşmə) Almaniyada və Rusiyada özünü göstərməyə başladı.

Almaniyada bir vətəndaşın yeni nəsil şəxsiyyət vəsiqəsində gizli yerləşdirilən çip taparaq bunu ictimailəşdirib ölkə ictimaiyyətini ayağa qaldırması xəbəri ötən günlər medianın gündəmini zəbt etdi. (Şəkil 1).

Rusiyada isə proses daha aşkar həyata keçirilir. 

 Bu qurğular Şeremetyevo aeroportunda çəkilib, iri AVM-lərdə, digər yerlərdə də tədricən qoyulur. (Şəkil 2) Əlini salırsan, çipin varsa keçirsən, yoxdursa, keçə bilmirsən. Çip isə əlin gördüyünüz hissəsinə vaksinasiya adı altında qoyulur. (Şəkil 3,4) Beləcə, insanlar tam elektron nəzarətə götürülür. 

Artıq ölkə ziyalıları "çipə yox deyək" aksiyasına başlayıblar. (Şəkil 5)

Bəli, çox təəssüf, insanlığın fəlakət anı yaxınlaşır. 

Xoşbəxtik ki, bu cür hallara Azərbaycanda rast gəlinmir.

“168 saat” İNFO

Rəy bildir +
Oxşar xəbərlər
Pandemiya ilə mübarizədə  qlobal əməkdaşlığın paytaxtı
12:3013 may

Pandemiya ilə mübarizədə qlobal əməkdaşlığın paytaxtı

Koronavirus Çinin sərhədlərini aşanda hər kəs öz "evinə çəkilməklə", əksər ölkələr sərhədləri bağlamaqla virusdan qoruna biləcəyini proqnozlaşdırdı və bütün addımları bu nikbin ehtimala uyğunlaşdırdı. Ancaq infeksiya sərhəd tanımadan sürətlə bütün dünyanı ağuşuna aldı və qısa zamanda "pandemiya"

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.