İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Bələdiyyəsi hansı işləri həyata keçirir?

Sumqayıt Bələdiyyəsi hansı işləri həyata keçirir?

 

Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov "168 saat" qəzetinə müsahibə verib. Sədr müsahibədə şəhərdə aparılan quruculuq-abadlıq işləri, Sumqayıt Bələdiyyəsinin fəaliyyəti və s. barədə fikirlərini bölüşüb.

- Sultan müəllim, gəlin, ondan başlayaq ki, karantin ərəfəsində Ankarada səfərdə olmusunuz. Səfər hansı məqsədlə həyata keçirilmişdi, hansı məsələlər müzakirə olundu?

- Bəli, həmin vaxt Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdə oldu. Səfər çərçivəsində Zakir Fərəcov Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhər əlaqəsinə malik olan Ankaranın Keçiören bələdiyyəsinin sədri Turqut Altınokla görüşdü. Görüşdə bir daha vurğulandı ki, Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı bütün sahələrdə özünü təsdiq edib, iki ölkə arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında uğurla davam etdirilir.

Nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etdi. Eyni zamanda Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət etdik, Anıtqəbr muzeyi ilə tanış olduq.

Məlumat üçün bildirim ki, Ankara şəhərində Xocalı faciəsinin qurbanlarının xatirəsinə ithaf olunmuş abidənin şəhərin mərkəzinə köçürülməsi barədə qərar qəbul edilib. Nümayandə heyətinin iştirakı ilə abidənin yerləşəcəyi yeni əraziyə baxış keçirildi. 

- Sumqayıt Bələdiyyəsi şəhərin quruculuğunda necə iştirak edir? Məsələn, 2019-cu ili bu baxımdan necə qiymətləndirmək olar?

- Bu gün Sumqayıt cənab Prezidentin diqqət və qayğısı və şəhərimizin rəhbəri Zakir müəllimin müəyyən edilmiş strategiyanı uğurla tətbiq etməsi sayəsində Qafqazın ən dinamik inkişaf edən şəhərlərindən birinə çevrilib. Xüsusilə son 5 il ərzində şəhərimiz öz sənaye potensialını uğurla realizə edir. 

Sumqayıt Bələdiyyəsi də öz imkanları daxilində həyata keçirilən infrastruktur layihələrə, yenidənqurma işlərinə, sosial tədbirlərə dəstək verməyə çalışır. 2019-cu ildə də Bələdiyyəmiz öz işini bu yöndə qurub.

- Konkret olaraq, hansı infrastruktur layihələrini qeyd edə bilərsiniz?

- 2019-cu ildə Sumqayıt Bələdiyyəsinin ərazisində fəaliyyət göstərən 146  məhəllə komitəsi əhalini narahat edən məsələlərlə bağlı müvafiq ərazilərdə ilkin məlumata görə dəyəri  370000 manat təşkil edən 103 layihə həyata keçirmişlər. "Xəzər" 1 və 2  saylı məhəllə komitələrinin ərazisində kanalizasiya xətlərinin quraşdırılması və  Yeni Yaşayış Massivinin  1, 3, 7, 8 saylı məhəllələri, Ceyranbatan 2 saylı və Corat bağları üzrə 1 saylı məhəllə komitələri və 20-21-ci mikrorayonların ərazilərində  yollara çınqıl  tökülmüşdür.

Hesabat dövründə məhəllə komitələrinin ərazisində qaz və elektrik xətlərinin təmiri  və quraşdırılması işləri həyata keçirilmişdir. Belə ki, Sarıqaya M.Hüseynzadə düşərgəsi üzrə 1 saylı, Sarıqaya qəsəbəsi üzrə 1 saylı , 76-cı məhəllə üzrə 3 saylı , "Xəzri" 2 saylı, Xəzər 1  və 2 saylı, 21-ci mikrorayon üzrə 1 saylı  məhəllə komitələrinin ərazilərində layihələr həyata keçirilmişdir. ümumi dəyəri 36300  manat təşkil edən elektrik və qaz xətlərinin quraşdırılması işləri görülmüşdür.

Yeni Yaşayış massivi 8-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsinin ərazisində dəyəri 3600 manat təşkil edən  600 metr asfalt örtüyü çəkilmişdir. Həmin ərazidə yerləşən məktəbin idman meydançası məhəllə komitəsinin verdiyi layihə əsasında quraşdırılmış və dəyəri 32000 (otuz iki min)  manat təşkil etmişdir.

2019-cu ildə yerli əhəmiyyətli yolların saxlanılması sahəsində 3 layihə həyata keçirilmişdir. Belə ki, 39,33 və bağlar ərazisindəki avtobus marşrutları yollarının abadlaşdırılması üçün yerli büdcədən 298000 manat məbləğində vəsait ayrılmışdır.

Sumqayıt Bələdiyyəsinin 2019-cu ilə yerli ekoloji proqramının tədbirlərinə əsasən Sumqayıt Bələdiyyəsinin qərarlarına müvafiq olaraq ildə bir neçə layihələr həyata keçirilmişdir. Hesabat dövründə "Bələdiyyə parkı"nda 19 min kv.metr qazona daimi xidmət göstərilmişdir. Bununla yanaşı parkın abadlaşdırılması işlərinin icrası məqsədi ilə bələdiyyə büdcəsindən 55600 (əlli beş min altı yüz) manat məbləğində vəsait ayrılmışdır. İl ərzində bələdiyyə üzvləri və əməkdaşlarının iştirakı ilə "Bələdiyyə parkı"nın ərazisində iməciliklər təşkil edilmişdir.

- Sumqayıt Bələdiyyəsi, bildiyimiz qədəri ilə həm də bir sıra xarici ölkələrin şəhərləri ilə dostluq əlaqələri qurub. Bu istiqamətdə hansı tədbirlər həyata keçirilir? Bu əlaqələr şəhərimizə nə verir?

- Bəli, dediyiniz kimi, Sumqayıt Bələdiyyəsinin xarici əlaqələr sahəsində konsepsiyasına müvafiq olaraq 2000-2019-cu illərdə Sumqayıt Bələdiyyəsi xarici ölkələrin bir neçə şəhərləri ilə dostluq əlaqələri yaratmışdır.    

Sumqayıt Bələdiyyəsinin partnyorlarının sıralarına Türkiyə Respublikası İstanbul şəhərinin Eminönü, hazırda Fatih (30 dekabr 2002), Çin Xalq Respublikasının Cəncin şəhərinin (19 avqust 2003), Şimali Kipr Türk Respublikasının Tatlısu (16 iyul  2005), Türkiyə Respublikası Ankara şəhərinin Keçiörən (20 yanvar 2011) və Samsun Böyükşəhər (10 aprel 2012) bələdiyyələri daxildir.

2019-cu ildə də xarici əlaqələr proqramına müvafiq olaraq bir sıra tədbirlər həyata keçirilib.

Hesabat ilinin mart ayının 15-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda yerli özünüidarəetmə" Proqramının Azərbaycan üzrə rəhbəri Gerald Duda və GİZ-in mərkəzi aparatının nümayəndəsi Dr.Anka Derek  Sumqayıt şəhərində olmuş, proqram çərçivəsində icra olunan tədbirlərin durumunu müzakirə etmişlər.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda yerli özünüidarəetmə" Proqramının 2019-cu ilə əməliyyat planına müvafiq olaraq cari ilin avqust ayının 18-dən 23-dək Sumqayıt şəhərində "Sumqayıt şəhər İqtisadiyyatında turizim sektorunun yaradılması" adı altında  konfrans keçirilmişdir. Konfransın işində  Almaniya Federativ Respublikasından olan Ludviqshafen partnyor şəhərinin nümayəndələri U.Fröylix və M.Yurkat, Bavariyanın Regen şəhərinin nümayəndələri H.Unnaş və S.Vaqner iştirak etmişdirlər. Konfransda Azərbaycan Respublikası Dövlət Turizim Agentliyi, Azərbaycan Turizm bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Otellər Assosiasiyası,  Azərbaycan Kulinariya Assosiasiyasının və Turizm sahəsində çalışan bir neçə kompaniyanın nümayəndələri iştirak etmişlər. Konfransın işinə Çin Xalq Respublikasının Çunçin şəhərinin nümayəndələri də qatılmışlar.

Konfransın proqramına müvafiq olaraq iştirakçılar tərəfindən Azərbaycanda, o cümlədən Sumqayıt şəhərində  turizm sahəsinin durumu,  iqtisadiyyatın   bu   vacib   sektorunda    son  illər    ərzində

institusional, təşkilatı və  infrastruktur sahələrində həyata keçirilən tədbirlər haqqında məlumat verilmişdir. Alman ekspertləri tərəfindən hazırlanmış təqdimatın müzakirəsində konfrans iştirakçıları fəal iştirak etmişdir. Müzakirələrin nəticələrindən Sumqayıt şəhər iqtisadiyyatının turizm sektorunun inkişaf proqramının tərtibatında istifadə olunacaqdır.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda yerli özünüidarəetmə" Proqramının 2019-cu ilə əməliyyat planına müvafiq olaraq ötən ilin sentyabr ayının 8-dən 10-dək Gürcüstanın Batumi  şəhərində "Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq" layihəsində iştirak edən partnyor şəhərlər şəbəkəsinin işçi görüşü keçirilmişdir.

Görüşün mövzusuna müvafiq olaraq Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və Almaniya-Qafqaz partnyor şəhərlərinin nümayəndələri "Cənubi Qafqazda yerli özünüidarəetmə" Proqramının layihələrinin icrasının durumunu və yeni layihələrə dair şəhərlərin təkliflərini müzakirə etmişlər.

Çin Xalq Respublikası Şansi əyalətinin Sian şəhər meriyasının dəvəti əsasında həmin şəhərdə ötən ilin sentyabr ayının 9-dan-12-dək "Yüksək səviyyəli əməkdaşlıq və keyfiyyətli inkşaf üçün " bir Kəmər, bir Yol"un birgə inşası" adı altında  keçirilmiş Avropa - Asiya iqtisadi Forumunun işində Sumqayıt şəhər İcra Hakimiyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında Sumqayıtın nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin üzvü Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Forumun Proqramı əsasında tədbirlərin işinə qatılmışdır.

2019-cu ilin oktyabr ayının 15-də Azərbaycanda səfərdə olan Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskasın rəhbərliyi altında nümayəndə heyəti Sumqayıt Bələdiyyəsində qəbul olunmuşlar. Görüş zamanı Litva və Azərbaycanın yerli özünüidarəetmə sistemlərinin durumu haqqında məlumat verilmiş, bələdiyyələr arası  dostluq əlaqələrinin inkşaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Qonaqlar  Sumqayıt şəhəri ilə tanış olmuşlar.

Bütün bu əlaqələr şəhərimizə yeni təcrübələrin gətirilməsi, tətbiqi, qarşılıqlı iqtisadi, mədəni əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir. 


Söhbətləşdi: 

Vüsal Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Türkiyə hansı   hədəflərə doğru gedir?
16:2918 avqust

Türkiyə hansı hədəflərə doğru gedir?

Çağdaş geosiyasətdə proseslərin sürəti və mürəkkəbliyi mütəxəssislər tərəfindən etiraf edilir. Bu dinamikanın fonunda dünya siyasətində yeni güclərin formalaşması məsələsi də aktuallığını saxlamaqdadır. O cümlədən ekspertlər Türkiyənin qlobal geosiyasi mühitdə hansı rolu oynaya biləcəyi və hansı

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli