İSTİ XƏBƏRLƏR
» » Hotellərin gəliri azalıb: bir gecələmə...

Hotellərin gəliri azalıb: bir gecələmə...

Bu ilin yanvar-mart aylarında Azərbaycan üzrə mehmanxanalarda 545,4 min gecələmə keçirilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır. 
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, gecələmələrin 61,7%-i Bakıda, 7,8%-i Qəbələdə, 7,5%-i Qusarda, 4,3%-i Naftalanda, 4,1%-i Naxçıvan Muxtar Respublikasında, 3,2%-i Qubada, hər birində 1,3% olmaqla Qax və Mingəçevirdə və 0,9% olmaqla Lənkəran və Gəncədə, 0,8%-i Şamaxıda, 0,7%-i Tovuzda, 0,3%-i Xaçmazda, 5,2%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Hesabat dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1% azalaraq 377,7 min olub ki, bu da ümumi gecələmələrin 69,3%-ni təşkil edir.
Gecələmələrin 15,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 13,1%-i Rusiya Federasiyası, 7,1%-i İran, 6,1%-i Türkiyə, 5,9%-i Hindistan, 5,5%-i Səudiyyə Ərəbistanı, 3,9%-i Küveyt, 2,9%-i Böyük Britaniya, 2,6%-i Pakistan, 2,3%-i Qətər, 2,1%-i İsrail, 2,0%-i İraq, 1,9%-i ABŞ, 1,7%-i Qazaxıstan, 1,3%-i Oman, 1,1% Ukrayna, 0,9%-i Almaniya, 0,7%-i Bəhreyn, 23,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5%-i Bakı şəhərində, 5,7%-i Qəbələdə, 4,6%-i Qusarda, 4,3%-i Naxçıvan Muxtar Respublikasında, 3,8%-i Naftalan şəhərində, 1,7%-i Qubada, 0,6%-i Gəncədə, 1,8%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci illin yanvar-mart ayları ilə müqayisədə 14,6% artaraq 167,7 minə çatıb.
Cari ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% az və ya 71,3 milyon manat olub ki, onun da 62,3% nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,0% içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,8%-i  isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 15,7%  təşkil edib. Bu göstərici Naftalanda 42,6%, Şəmkirdə 38,2%, Beyləqanda 27,8%, Bakıda 27,7%, Qusarda 22,8%, Naxçıvan Muxtar Respublikasında 21,5%, Qəbələdə 20,7%, Şirvanda 16,3%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (16,4%) mart ayında qeydə alınıb.
Rəy bildir +
Oxşar xəbərlər
3 ayda Azərbaycan əhalisinin gəlirləri 12 milyard manatdan çox olub
12:3730 aprel

3 ayda Azərbaycan əhalisinin gəlirləri 12 milyard manatdan çox olub

2019-cu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 12 milyard 590,6 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

İdxalın həcmi rekord həddə çatıb
09:4725 aprel

İdxalın həcmi rekord həddə çatıb

Azərbaycanın xaricdən məhsul idxalında rekord qeydə alınıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin birinci rübündə Azərbaycana xarici ölkələrdən idxalın həcmi 3 milyard 135 milyon 576,93 min dollar təşkil edib. 

Ermənistanda iqtisadi problemlər  demoqrafik gərginliyi artırır
10:4416 aprel

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət
10:0513 fevral

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət