İSTİ XƏBƏRLƏR
» » Amputasiya

Amputasiya

Medianın və sosial şəbəkələrin islahat xəttindəki “cəza” alətinin məhz 
icra başçılarına yönəlməsi barəsindəki qənaəti tam yanlışdır

Astek mədəniyyətində yarasalar ölüm və şərin rəmzi kimi qəbul edilib. Eyni yanaşma bir sıra başqa sivilizasiyalarda da mövcud olub. Əgər koronavirusun həqiqətən də yarasadan insana keçərək bütün dünyaya yayıldığı təsdiqlənsə, bu halda, bu alaqaranlıq və gecə quşuna münasibət bir az da monotonlaşacaq.

Beləliklə, ötən həftənin də əsas mövzusu koronavirus oldu! İnfeksiyaya yoluxanların sayı 4 milyona, ondan ölənlərin sayı isə 300 min civarına yaxınlaşdı.

Vaksin axtarışları isə davam edir: ABŞ, Çin, Britaniya, Almaniya bu mənada xüsusi fəallıqla çalışırlar. Şübhəsiz, belə bir dərmanın tapılması ölkəyə, onu tapan şirkətə miqyassız dividendlər gətirəcək: birincisi, bu, siyasi nüfuz, imic məsələsidir, ikincisi isə milyardlarla dollar. Təbii ki, vaksin artıq qlobal miqyasda biznes layihəyə çevriləcək, dövlətlər onu almaq üçün sıraya düzüləcək. Bu vaksinin içərisində "çip"lərin olacağı ilə bağlı informasiyalar durmadan artır.

***

Son günlərin ən çox müzakirə olunan hadisəsi DTX-nın Biləsuvar və İmişli icra hakimiyyətində, Mədəniyyət Nzirliyində keçirdiyi əməliyyatlar idi. 

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara görə Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxsləri də saxlanıldı.

Sosial şəbəkələrdə bu əməliyyatların böyük rəğbət, sevinc hissi ilə qarşılanması, "qara maska"lı oğlanın sevimli obraza çevrilməsi onu göstərir ki, bu, sosial sifarişdir və dövlət başlanmış islahat prosesinə mane olan "nahiyələri" amputasiya etməyə davam edəcək.

***

Ötən həftə Baş Prokuror Zakir Qaralovu bu vəzifədə Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyev əvəzlədi.

Prezident İlham Əliyev Kamran Əliyevi videoformatda qəbul edərkən olduqca mühüm mesajlar da verdi. Dövlət başçısı islahatların bütün sahələrdə davam edəcəyini açıq mətnlə ifadə etdi, eyni zamanda bildirdi ki, hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var.

Dövlət başçısının "Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir" fikrindən aydın olur ki, biz yeni-yeni maraqlı əməliyyat videoları görəcəyik. 

Amma burda haşiyəyə çıxmağa lüzum var: sosial şəbəkələrdəki əhval-ruhiyyədən belə hiss olunur ki, sanki yeni dalğa məhz icra başçılarına yönəlib. Ancaq əslində mahiyyət dövlətin özünütəmizləmə, başlanmış islahat xəttində "cəza" alətinin  də mövcudluğunu göstərmək və hər kəsi qanuni, dövlətin müəyyən etdiyi prinsiplər daxilində hərəkətə sövq etməkdir. Bu kontekstdə icra başçılarından qaniçən obrazı düzəltmək isə qətiyyən yolverilməzdir. Çünki öz işini şərəflə yerinə yetirən icra başçılarımız da az deyil...

***

Ölkəmizdə karantin rejimi bəzi yumşaldılmalar edilməklə mayın 31-dək uzadıldı. Hər bir böhran həm də fürsətdir. Asudə vaxtın səmərəli istifadəsi indiki #Evdəqal rejimində özünüinkişaf üçün fürsət ola bilər. Məktəblilər, tələbələr bu fürsətdən istifadə edə bilər. Yaxşı kitablar, məqalələr, sənədli filmlər, filmlər tapmaq, "artırmaq" olar. Bernard Şounun maraqlı bir replikası var: "Kiçik yaşlarımdan məktəbə getməli oldum deyə, təhsilimə ara verdim".

Odur ki, hər şeyi məktəbdən, universitetdən gözləmək yanlışdır. Təhsildə "özünəxidmət" bu gün qaçılmazdır. Karantin elə böyüklər üçün də fürsət idi. Yeni çağırışlara uyğunlaşa bilmək, dəyişikliklərə adaptiv olmaq üçün yeni bacarıqlar mənimsəmək tələb olunur. Mütəfəkkirlərdən kiminsə belə bir fikri var: "XXI əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, yenidən öyrənməyi bacarmayanlardır".

***

Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "Amrah Bank" ASC-yə müvəqqəti inzibatçılar təyin olundu. Bu bankların faktiki müflis olmaları demək idi.

Bundan cəmi bir gün sonra həmin banklardan ikisinin - "Atabank" ASC-nin və "Amrah Bank" ASC-nin lisenziyaları ləğv edildi.

Doğrudur, hər iki bank Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri Fond tərəfindən tam ödəniləcək. Ancaq istənilən halda, bu cür hallar əhalidə banklara qarşı inama mənfi təsir edir. Vətəndaş əlindəki ehtiyat pulu banka qoymaq əvəzinə evdə bankaya qoyur.

Xatırladaq ki, bu banklardan birinin şüarı bu cür səslənirdi: "Bir addım öndə".

***

Ötən həftə Bakı-Sumqayıt yolunda yenidənqurma işləri çərçivəsində qoyulan beton arakəsmələrin söküldü. Səbəb odur ki, beton arakəsmələr 10-dan çox qəzaya səbəb olub. Eyni zamanda, nəqliyyat ekspertləri və digər aidiyyəti qurumlar bunun fəsadlara səbəb olacağını bildirib.

Sadə sual yaranır: görəsən, bu beton arakəsmələr düzülməmişdən öncə ekspert fikirlərini, bundan öncəki təcrübələri, beynəlxalq təcrübəni araşdırmaq olmazdımı?! Cari xərclərdə qənaətin indiki halda nə qədər əhəmiyyətli olduğu ilə bağlı dövlət başçısının səsləndirdiyi tələbi yəqin ki, bu qərarı qəbul etmiş müvafiq qurumda da eşitməmiş deyillər.

Vüsal Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Keçmiş imperiyaların   yeni müharibə təhlükəsi
18:1606 avqust

Keçmiş imperiyaların yeni müharibə təhlükəsi

Son dövrlərdə ekspertlər Böyük Britaniyanın xarici siyasətində mümkün dəyişiklikləri təhlil etməyə və proqnozlaşdırmağa çalışırlar. O cümlədən Londonun Yaxın Şərq istiqamətində fəallaşa biləcəyindən bəhs edilir. Bu kontekstdə konkret olaraq London, Moskva, Ankara və Tehran xəttində geosiyasi

"Dumanlı Albion", Uzaq Şərq və Tramp
15:3210 iyul

"Dumanlı Albion", Uzaq Şərq və Tramp

Amerikanın Prezidenti Böyük Britaniya səfəri ilə Yaponiyaya səfərini bir-birinin ardınca saldı. Ekspertlər bunu təsadüfi hesab etməyib, ABŞ-ın xarici siyasətinin bir sıra aktual özəllikləri ilə bağlayırlar. Vəziyyəti daha maraqlı edən Böyük Britaniya ilə Yaponiyanın coğrafi olaraq bir-birindən çox

Neft və banan:  CİA ABŞ-a sərf etməyən  hökumətləri necə devirirdi
16:4411 iyun

Neft və banan: CİA ABŞ-a sərf etməyən hökumətləri necə devirirdi

Əsas məqsədlərindən biri dövlətin konstitusiya quruluşunun qorunub-saxlanılması olan xüsusi xidmət orqanları bəzən digər ölkələrdə onların maraqlarına zidd siyasət yeridən hakimiyyətlərin devrilməsində və ya ümumiyyətlə, həmin dövlətdə çevrilişlər həyata keçirərək dövlət quruluşunun

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO