İSTİ XƏBƏRLƏR
» » Mövsüm meyvələri neçəyədir?

Mövsüm meyvələri neçəyədir?

Yazın ikinci ayını, təzə meyvə-tərəvəzin yavaş-yavaş bazara çıxdığı mövsümü yaşayırıq. Qidalanma mütəxəssisləri insan sağlamlığı üçün tərəvəzin xüsusi önəmini hər zaman vurğulayır. Xüsusilə, yerli və yeni yetişən məhsulun yerini heç nə vermir. Görəsən, bazarda məhsulların bolluğu və qiymətləri necədir?
Koronavirus pandemiyasına görə karantin rejiminin tətbiqi kəndlinin yetişdirdiyi məhsulu bazara çıxarmasına çətinlik yaradırmı?
Suallarımıza aydınlıq gətirmək üçün şəhərdə fəaliyyət göstərən bazarlardan birinə üz tutduq.
Karantin rejimininin davam etməsinə baxmayaraq, satıcıların alıcı qıtlığından şikayət etməyinə əsas yoxdur. Bazarda alver öz qaydasındadır. Məhsul bolluğu da öz yerində.
Hazırda bazar piştaxtalarında ən bol olan almadır. Hər növdən alma olsa da, həm görnüşü, həm də dadı payızda yeni yetişən meyvə ilə müqayisəyə gəlməz. Satıcılar deyir ki, almanın müştərisi həmişə var. Apardığımız müşahidədən məlum oldu ki, artıq qabığı qaralamış almaları 5-6 kilo ilə şirəsini çəkmək üçün alanlar çoxdur. Qiymətlərə gəlincə, "Qızıl əhmədi" almasını 5-6 manatdan təklif edirlər. Digər almaların qiyməti isə 2,50 manatdan başlayaraq 70 qəpiyə qədərdir.
Armudu 2-3 manata, heyvanı, narıncını, kivini 4 manata almaq olar.
Mövsüm meyvələrinin qiyməti isə müqayisədə bahadır. Alçanın ən yaxşısnın qiyməti 15 manatdan başlayır.
Satıcı Əli dayı boy-boy yığdığı yeşiklərdəki məhsulun qiymətini sadalayır: "Naxçıvan göycəsi 15 manat, digər bölgələrdən olan məhsulun qiymətləri fərqlidir. 9, 6, 4 manata da alçalarımız var. Qiymətlər dada görə dəyişir".
Çiyələyin qiyməti 6 manatdan başlayır. Şəmkir çiyələyini 6 manatdan aşağı verməslər də, "Viktoriya" növündən olan kiçik çiyələyi 4 manata da almaq olar.
Bazarda İrandan gətirilən qarpız, yemiş də düzülüb. Qapızın kilosu 2,50, yemişin qiyməti isə 7 manatdan təklif olunur. Yenə qonşu İrandan gətirilən şaftalı, ərik də bazarda artıq kifayət qədər yerini alıb. Şaftalı 10-12 manat, ərik 10 manatdan alıcısını gözləyir. Muşmula meyvəsi 15 manata, ananasın bir ədədi 3 manatdan təklif olunur.
Tərəvəzlər meyvələrlə müqayisədə daha ucuzdur. Amma yeni çıxan lobya 6 manata, istixana məhsulu olan enli lobyalar 2,5 manata satılır. Qarğıdalının bir ədədi 1,5, 2 manat, bibərin kilosu iki manata. Türkiyədən gətirilən badımcan 5 manatdan təklif olunsa da, yerli məhsul satdığını iddia edən satıcılar qiyməti 2 -1,5 manata kimi endirə bilir. Xiyarı 2-3 manat, pomidoru 2,5 manatdan başlamış 1,60 qəpiyə kimi tapmaq olar.
Satıcılar deyir ki, bu il pomidoru Rusiyaya apara bilmədikləri üçün seçmə məhsulu yerli alıcıya ucuz qiymətə təklif edirlər: "Gördüyünüz çəhrayı rəngli pomidor Zirədə yetişdirilib. Bu sayseçmə məhsulu əvvəlki illərdə bu qiymətə bazarda tapmaq çətin olardı. Çünki Rusiyaya gedirdi. İndi isə 2,5 manatdan yerli alıcıya satılır".
Qeyd edək ki, bazarda münasib qiymətə yeni yetişən kələm, kartof, soğan, kök, çuğundur almaq olar. Bu məhsulların qiyməti iki manatdan aşağıdır. Yeni kartofu 80-90 qəpikdən, Gədəbəyin köhnə kartofunu bir manatdan evə aparmaq olar.
Yazın əvəzolunmazı olan pencərlər də baha deyil. Cincilimin və digər bu qəbildən olan yeməli otların kilosu 4 manatdan baha deyil. Göy-göyərtinin qiyməti əhalinin cibinə uyğundur. Məhsulunu kənddən gətirən satıcılar deyir ki, bu sahədə problemləri yoxdur. 
Rayondan gələn böyük yük maşınlarında hamının məhsulu bir yerdə gətirilir.
İsmayıllı rayonundan olan Sürəyya xala öz inəklərinin südündən hazırladıqları pendirini satır: "Gəlinim rayonda qalır. Mən burda başqa oğlumun yanında oluram. Orada hazırlayıb göndərir, mən də satıram".
Qısası, zəhmət çəkən insanlar hər cür şətin şəraitdə bazara məhsulunu çıxarıb çörəkpulunu qazanmağa çalışır. Bizə düşən yerli və daha dadlı məhsulları öz zəhməti ilə əkib-becərənlərdən birbaşa almaqla hamı üçün faydalı olmaqdır.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Çürük meyvələrin hansı zərərləri var?
16:0012 sentyabr

Çürük meyvələrin hansı zərərləri var?

Meyvələri müxtəlif şəraitdə xeyli müddət saxlamaq mümkündür. Lakin bəzən meyvələrin çürüməsinin qarşısını almaq olmur. Bununla belə, çürük meyvələri yeyənlər də olur. Hətta çürüyən meyvənin sağlamlığa xeyirli olduğunu iddia edənlər də var.

Sumqayıt yarmarkasından reportaj:  Qiymətlər necə dəyişir?
10:3922 may

Sumqayıt yarmarkasından reportaj: Qiymətlər necə dəyişir?

Əhalinin daha sərfəli və daha sağlam sayılan kənd təsərrüfatı məhsulları   ilə təmin edilməsi üçün artıq uzun illərdir şəhərimizdə kənd təsərrüfatı yarmarkaları keçirilir. 

Yazın xəstəlik və artıq çəki problemi
12:0116 may

Yazın xəstəlik və artıq çəki problemi

Yaz fəsli gəlişi ilə təbiətə gözəllik bəxş etsə də, sağlamlığımız üçün müəyyən problemlər də yarada bilir. Ona görə yazın gəlişi zamanı mütəxəssislər hər zaman ehtiyatlı davranmağı məsləhət görürlər. Geyimi düzgün seçməyin, sağlam qidalanma qaydalarına riayət etməyin vacib olduğunu bildirirlər.

Sumqayıt Maşın Bazarından reportaj:  qiymətlər necədir?
11:4515 may

Sumqayıt Maşın Bazarından reportaj: qiymətlər necədir?

Avtomobil bazarı həmişə maraqlı və dinamikdir. Şəhərimizdə nəqliyyat vasitələrinin sayındakı artımı da yəqin ki, aydın hiss edirsiniz.