İSTİ XƏBƏRLƏR
» » Koronavirus barədə 19 MİF

Koronavirus barədə 19 MİF

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri, koronavirus -COVID-19 haqqında ən çox yayılmış mif və yanlış təsəvvürləri açıqlayıblar. "168 saat"   qəzeti koronovirusla bağlı yanlış sayılan, səhv başa düşülən 20 məqamı təqdim edir:

Mütəxəssislər hesab edir ki, bunlara inanmağa dəyməz:


1) Yeni koronavirus ağcaqanad dişləməsi ilə ötürülür. Xeyr, belə deyil. Bu, əsasən hava-damcı yolu ilə keçirir.

2) Sarımsaq yemək infeksiyadan qoruyacaq. Xeyr, effektivliyinə dair heç bir dəlil yoxdur.

3) Uşaqların sidiyi koronavirusun qarşısını almaq üçün vasitədir. Xeyr, sidik virus və ya bakteriyanı öldürmür.

4) Soyuq, qarlı havalarda olmaq, açıq havada qalmaq virusu məhv etməyə kömək edir. Buna inanmaq üçün heç bir səbəb yoxdur.

5) Kokain qəbul etmək koronavirus infeksiyasından qorunmağa kömək edə bilər. Xeyr, bu stimullaşdırıcı narkotik yeni infeksiyaya təsir edə bilməz.

6) Sikkələr, əskinaslar və ya bank kartları da daxil əşyalara toxunmaqla yoluxma riski olduqca yüksəlir. Xeyr, bu risk çox aşağıdır.

7) Asqırma və ya öskürmə zamanı atılan damcılar xəstədən 8 metr məsafəyə uçur. Xeyr, bu məsafə 1 metrdən çox deyil.

8) Yeni koronavirus hava ilə uzaq məsafələrə yayıla bilər. Xeyr, bu tənəffüs virusunun damcıları böyük bir kütləyə sahibdir, buna görə də uzaqlara uça bilmir.

9) Elektrikli əl qurutma maşınları virusu məhv etməyə imkan verir. Xeyr, koronavirus infeksiyasının qarşısını almaq üçün əllərinizi spirt tərkibli və digər antiseptiklərlə mütəmadi olaraq silmək və ya sabunla yumaq lazımdır.

10) N95 tipli maskalar (daha etibarlı respirator maskalar) təkrar istifadə üçün yuyulub sterilizasiya edilə bilər. Xeyr, buna icazə verilmir.

11) Dezinfeksiya üçün ultrabənövşəyi lampa koronavirusu məhv etməyə imkan verir. Xeyr, ultrabənövşəyi radiasiya virusa öldürücü təsir etmir, ancaq dərinin qıcıqlanmasına səbəb ola bilər. 12. Etanol və ya xlorla bədən səthini silməklə, spirtli içki içməklə koronavirus məhv olur. Xeyr, bədənə artıq daxil olmuş virusları bu yolla öldürə bilməzsiniz.

12) Çindən gələn məktub və bağlamalar koronavirusa yoluxdura bilər. Xeyr, tədqiqatlar koronavirusların zərflər və bağlamalarda çox qalmadığını göstərib.

13) Ev heyvanları koronavirusa yoluxdura bilər. Bununla bağlı heç bir dəlil yoxdur.

14) Pnevmoniyaya qarşı peyvəndlər koronavirusdan qoruya bilər. Xeyr, bu virus köklü şəkildə fərqlənir və xüsusi bir peyvəndi yoxdur.

15) Burunun duzlu su (apteklərdə satılan) ilə müntəzəm olaraq yuyulması infeksiyadan qoruyur. Xeyr, bu yalnız ümumi bir soyuqdəymədən qoruya bilər.

16) Yalnız yaşlı insanlar yeni koronavirusa yoluxa bilərlər. Xeyr, bütün yaş qruplarının nümayəndələri yoluxa bilər.

17) Antibiotiklər yeni koronavirus infeksiyasının qarşısını almaq və müalicə etmək üçün təsirli bir vasitədir. Antibiotiklər viruslara təsir etmir.

18) Dəriyə kuncut yağı sürtmək koronavirusdan qorunmağa kömək edir. Xeyr, yağ virusu öldürmür.

19) Həkimlər artıq infeksiyanın qarşısının alınması və ya müalicəsi üçün nəzərdə tutulmuş dərman vasitələri əldə edə biliblər. Xeyr, bu cür dərman hələ də yoxdur.

Rəy bildir +
Oxşar xəbərlər
Soyuq havada bədəni isidən və xəstəliklərdən qoruyan 7 üsul
19:0712 dekabr

Soyuq havada bədəni isidən və xəstəliklərdən qoruyan 7 üsul

Soyuq havada bədəni isidən və infeksiyalardan qoruyan bir çox üsullar mövcuddur. "168 saat" qəzeti oxucuları bu üsullarla tanış edir.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO