İSTİ XƏBƏRLƏR
» » Kompensasiyalar ödənilir: Vətəndaşlar minnətdarlıq edir

Kompensasiyalar ödənilir: Vətəndaşlar minnətdarlıq edir

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.
Prezidentin göstərişinə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının yanında Apelyasiya Komissiyası, eyni zamanda, Çağrı Mərkəzi yaradılıb. Vətəndaşlar onları maraqlandıran suallara bu komissiyadan və Çağrı Mərkəzindən operativ şəkildə cavab ala bilirlər.
Fərman 800 minə yaxın vətəndaşımızın, onların ailələrinin sosial yükünü azaldıb, qayğılarını aradan qaldırıb.
Kreditinə görə kompensasiya alan vətəndaşlardan bəziləri öz fikirlərini əməkdaşımızla bölüşüb. 
Vətəndaş Elçin Məmmədov deyir ki, 350 manat dəyərində kompensasiyasını artıq alıb: "Dövlətimizə bu qərara görə təşəkkür edirəm. Dövlət başçısının bu fərmanı,həqiqətən də,nə qədər ailənin sevincinə səbəb oldu".
Mustafa Baxşıyev isə deyir ki, ona artıq SMS gəlib və may ayının 8-i üçün banka dəvət olunub: "Açığı, bu addımı gözləmirdik. Dövlətimizə və onun rəhbərinə minnətdarıq. Olduqca humanist addımdır. Xeyli sayda insanın, ailənin yükü azaldı, sosial problemi həll olundu". 
Başqa bir vətəndaş Samir Əliyev də kompensasiyasını artıq alıb: "Ödənişi poçtdan aldım. Heç bir xidmət haqqı da tutulmadan kompensasiyamı aldım. Məndə böyük məbləğ deyildi, amma bilirəm ki, böyük məbləğdə kompensasiya alanlar var. Dövlətimizə bu qərara görə minnətdaram".
Təhlilçilər bildirir ki, problemli kreditlərin həlli ilə bağlı qərar ölkə iqtisadiyyatına aktivlik gətirəcək. Eyni zamanda,bu addım vətəndaş-bank arasında etimad mühitini möhkəmləndirəcək. Nəhayət, qərar məhkəmləri xeyli sayda baxılmaqda olan məhkəmə işləri yükündən azad edəcək.
"10 min dollardan çox olan kreditlərə güzəşt edilməyəcək"
10 min dollardan yuxarı götürülən problemli kreditlər üzrə güzəştlərin edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə cavabdehdirlər. ONA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Mərkəzi Bankın sədri qeyd edib ki, əsas məqsəd əhalinin aztəminatlı təbəqəsinin problemli kreditlərinin həlli idi. Dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edir.
Elman Rüstəmov onu da qeyd edib ki, qonşu ölkələrdə məzənnə dinamikası dəfələrlə ucuzlaşan ölkələr var. Lakin, bu ölkələrdə hər hansı bir güzəştlərin olması heç müzakirə obyekti belə deyil.
Xatırladaq ki, bir müddət öncə 10 min dollardan yuxarı götürülən kreditlərlə də bağlı müəyyən güzəştlərin ola biləcəyi barədə ictimaiyyət arasında müzakirələr dolaşırdı. Hətta bununla bağlı hökumətə təkliflərin verildiyi də bildirilir.
Vüsal MƏMMƏDOV
Rəy bildir +
Oxşar xəbərlər
Ödənişlərə görə ən aşağı  göstəriciləri olan sığorta şirkətləri
15:3316 aprel

Ödənişlərə görə ən aşağı göstəriciləri olan sığorta şirkətləri

Bu ilin ən zəif göstəriciləri olan sığorta şirkətlərinin adları məlum olub. ONA Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin yanvar-fevral ayları üzrə açıqladığı hesabata əsasən xəbər verir ki, bir sıra sığorta şirkəti həm sığorta ödənişləri, həm də sığorta haqlarına görə ən zəif nəticəni

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

93,1 faiz niyə "hə" deyir?
10:4416 aprel

93,1 faiz niyə "hə" deyir?

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin

Problemli kreditlər siyahısında adını tapa bilməyənlərin nəzərinə
10:0816 aprel

Problemli kreditlər siyahısında adını tapa bilməyənlərin nəzərinə

Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşlarımızın bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən onların sorğusu "Əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO