İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR

 

Lətifələrin reytinqi


5-ci yer

Qıza ailə qurmağı təklif edən oğlan onu inandırmaq istədi ki, birgə yaşayanda ona heç vaxt əl qaldırmayacaq, heç güldən ağır söz də deməyəcək. Dedi, qadına qarşı şiddət yolverilməzdir və s. və i.

Nə qədər bu mövzuda danışdı, qız yenə "inanmıram", "hamınız əvvəl belə deyirsiniz", "əsla inana bilmərəm" - deyib iki ayağını bir başmağa dirədi.

Axırda oğlan naəlac qalıb döyə-döyə onu başa salmalı oldu.


4-cü yer

- Aşkım, birtanəm, hardasan?

- Malın qabağında.

- Gəl, onda metro tərəfə, mən də ordayam.

-  Ay qız nə metro, sən nə danışırsan? Mən kənddəyəm e, mal otarıram.


3-cü yer

Bir məclisdə Molla Nəsrəddin içəri girib üzünü kişilər oturan cərgəyə tutub deyir ki, ay kişilər, kim arvadından qorxursa, ayağa dursun, hapa-gopa basmaq vaxtı deyil, yalan ayaq açıb yeriməz.

Bir nəfərdən başqa hamı ayağa durur. Molla yaxınlaşıb coşqu ilə onu alqışlayıb soruşur:

- Adın nədir?

- Hacı Məxsus.

- Hacı Məxsus, sən arvadından qorxmursan deyə ayağa durmadın, deyilmi?

Hacı Məxsus arvadlar oturan cərgəyə baxa-baxa hürkülü halda söyləyir:

- Molla, arvadağa da məclisdə otu

rub, ondan icazə almamış necə ayağa durum axı?


2-ci yer

Bir kasıb kəndçi oğlan olur, qazana bilmir deyə qaynanası və arvadı onun gününü göy əskiyə büküb yazığı peşman edirlər. Axırda bir gün o, dır-dırlardan bezib çıxıb evdən gedir. Qonşu kəndə yetişəndə, görür, qarşıdan bir izdiham gəlir. Diqqət edir ki, öndə bir kişi bir keçini ipindən çəkərək aparır, ardınca dörd kişi tabut gətirir, ardınca da yüzə yaxın adam gəlir.

Oğlan keçini çəkib aparan kişidən soruşur ki, ay əmi, bu nə məsələdir, bir məni agah eləsənə.

Kişi deyir:

-  Ay oğul, bu keçi qaynanamı vurub öldürüb. Onu mən Məşədi Zəfərdən almışam. Onun da qaynanasını vurub öldürübmüş. İndi də qaynanamı dəfn etməyə gedirirk.

Oğlan deyir:

-  Əmi, başına dönüm. Bu keçini bağışla mənə. Ya da ki lap sat. Nə qədər desən, pul tapıb gətirərəm.

Kişi gülümsəyir:

-  Ay oğul, bu cənazəni basdırmağa gələn 3-4 adamdır, qalan hamısı keçi üçün növbəyə duranlardır.


1-ci yer

Koronavirusa görə güzəranı ağırlaşmış Kürdəmirdən gələn bir kişi Bakıda çörək zavodunda iş tapır, arvadını da gətirib kirayə ev tutub Bakıda yaşamağa başlayırlar. Kollektivdə xeyli qadın işlədiyindən arvadı onu bərk qısqanır və hər gün evdə söz-söhbət olur.

Bir gün küçədə kişi bir rayonlusu ilə qarşılaşır. Xoş-beşdən sonra rayonlusu maraqlanır:

-  Eşitdim çörək zavodunda işə girmisən? Şükür. Nə qədər alırsan?

Kişi köks ötürür:

-  Ay qardaş, günümə iki çörək verirlər, o da axşam tikələyib arvada and içməyə gedir.

***

Ruslar nəyə gülür

Anekdotı.ru portalında həftənin lətifəsi.

Putin elan etdi ki, Vahid Rusiya öz liderliyini insanlara xidmətdə göstərir. Vahid Rusiya fasiləsiz olaraq Rusiya insanlarının mənafeyi naminə çalışır.

Bəli, hansısa fəhlələrin, kəndlilərin, müəllimlərin, həkimlərin, mühəndislərin, qulluqçuların, mədəniyyət xadimləri və idmançıların deyil, məhz insanların mənafeyinə xidmət edir.

***

Həqiqət

Elə ki canavar bir qoyunun üzərinə atıldı, digər qoyunlar bir qədər kənara qaçıb dayanırlar və həmin o bədbəxt qoyunun parçalanmasına tamaşa edirlər. Onlar yırtıcının əleyhinə əsla birləşmirlər. Onlar sadəcə şükür edirlər ki, nə yaxşı özləri şikar olmadılar.

İnsanlar da belədir.

***

Peşmançılıq 

Qohumgildəydim, balaca qızı gəlib bir konfet uzatdı mənə, dedi "appunu". Mən də "can, sağ ol", - deyib açıb konfeti yedim. Sən demə, yazıq uzaq "aç bunu" deyirmiş.

***

Dialoq

-  Ata, niyə Azərbaycanın yaxşı ujas kinoları yoxdur?

-  Oğul, sən bir ətrafına bax da!

***

Zarafat TV-dən ən gülməli zarafatlar

1

-  Çobanlar qoyunlarını itirəndə neynirlər?

-  Mala otururlar.


2

-  Ən şirin insan əzası.

-  BALdır.


3

-  Lermontovla Puşkin mürəbbə bişirsə nə olar?

-  STİX ot VARENİYA.


4

-  İngiltərənin ən tanınmış piri necə adlanır?

-  Şeks PİR.


5

-  Hansı türk müğənnisinin üstündə gəzmək olar?

-  Dəniz Səki.

***

Etiraf

İstəyirəm Amerikada yaşayım. Alim Qasımov gəlib Nyu-Yorkda konsert versin, mən də konsertə gedib kövrəlim, Vətən həsrətiylə göz yaşı töküm.

***

Kədər

ARB TV-də yemək proqramını izləyirəm. Aşpazın sadaladığı şeylərdən bizdə təkcə tava var.

***

Məsəl

Yol böyüyündür, su kiçiyindir deyiblər. Amma indiki zəmanədə nə yol böyüyündür, nə də su kiçiyindir. Artıq hər şey sırtığındır.

***

Atmaca

Deyirdin, qışdan sonra yaz gələcək! Mən yazdım, amma gəlmədi.

***

Şüar

Bütün qızlar ərə getsin! Heç bir oğlan cəzasız qalmamalıdır!

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

OXUMASANIZ DA OLAR
13:1631 oktyabr

OXUMASANIZ DA OLAR

"Speys" kanalında hər günorta otlarla müalicə seansları aparan Bərşad həkimə kanalın rəhbəri Vaqif müəllim sual verir: - Bərşad həkim, siz öz canınız düzünü deyin. Yəni sizin otlar indiyənədək kiməsə fayda gətirib? - Niyə də yox? Əlbəttə gətirib. Qızıma novostroyka mənzil cehiz vermişəm, oğluma cip

Tüfənglər gec-tez açılır
15:4707 iyun

Tüfənglər gec-tez açılır

- Ramazan, ay Ramazan, hardasan can balam! Əsil adı Əmir olsa da,  ona yaşadıqları Rəhimoba kəndində "Ramazan" deyə çağırırdılar.  Əmir anasının  səsini eşidib otaqdan eyvana çıxdı:

OXUMASANIZ DA OLAR
11:1724 may

OXUMASANIZ DA OLAR

Telefon mağazasına gələn qoca bir kişi usta güşəsinə yaxınlaşıb telefonunun işləmədiyindən şikayət edir və ustadan xahiş eləyir ki, telefonunu düzəltsin. Usta telefona baxdıqdan sonra onu qocaya qaytarır, deyir, ağsaqqal, bu telefon işlək vəziyyətdədir, xarab-zad deyil. Bunu eşidən qocanın gözləri

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor