İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda "Nəqliyyat Könüllüləri" devizi altında aksiya davam edir

Sumqayıtda "Nəqliyyat Könüllüləri" devizi altında aksiya davam edir



Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində "Nəqliyyat Könüllüləri" devizi altında maarifləndirici aksiya iştirakçılarıilə növbəti görüş keçirildi.
Görüşdəçıxış edən şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov bildirib ki, Respublikada ilk dəfə olaraq Sumqayıtda ictimai nəqliyyat vasitələrində sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği məqsədilə"Nəqliyyat Könüllüləri" qrupu yaradılıb.Qeyd olunub ki, məqsəd ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qaydalara riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaqla digər problemləri aradan qaldırmaqdır. Diqqətə çatdırılıb ki, şəhər ərazisində görülən abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyat sistemi daha da təkmilləşdirilib. Belə ki, Sumqayıta sakinlərin gediş-gəlişini təmin etmək üçün müasir tipli 206 ədəd nəqliyyat vasitələri gətirilib və marşrut xəttlərində istifadəyə verilib.
Daha sonra çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov bu kimi aksiyaların əhəmiyyətindən, gənclərin bu işlərdə fəallıqlarından danışmış, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüşdə həmçinin könüllülərə fəaliyyət istiqamətləri üzrə müəyyən tapşırıq və tövsiyələr verilib, sualları cavablandırılmışdır.
Sonra könüllülər Baş İdarə və Nəqliyyat Departamenti əməkdaşlarının müşayəti ilə müxtəlif marşrutlar üzrə avtobuslarda maarifləndirmə işini davam etdirmiş, bukletlər paylamışlar.
Rəy bildir +
Oxşar xəbərlər
Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Millət vəkili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü
16:1022 aprel

Millət vəkili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü

Sumqayıtlı millət vəkili Tahir Mirkişili Sumqayıt Bələdiyyəsinin Məhəllə komitələrinin üzvləri ilə görüş keçirilib.

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO