İSTİ XƏBƏRLƏR
» » Alim şahı necə mat etdi

Alim şahı necə mat etdi


Keçmişdə şətrənc, indi şahmat adlandırdığımız  oyunu kəşf edən  alim, onu hind şahına təqdim etdiyində çox məmnun olan şah deyir:
- Dilə məndən, nə dilərsən?
Alim ona uzadılan xəzinə otağının açarını əlinin arxasıyla geri itələyib şahdan şahmat taxtasının sol alt küncündəki ilk xanasına bir buğda dənəsi qoymasını və sonra hər xanaya əvvəlki xanadan ikiqat artıq buğda dənəsini qoymasını, bu şəkildə 64 xanaya qədər getməsini istəyir və "Mənə bu qədər buğda versəniz yetər", - deyə cavab verir.
Şah onun kimi uca və qüdrətli bir hökmdardan alimin bu qədər az şey istədiyi üçün qəzəblənir və alimə dərs vermək üçün əyanlarına tapşırır:
- Alimin dediklərini hesablayın və artıq bir dənə də buğda verməyin.
Hesablamaya başlayanda ilk xanalar rahat gedir. Birinci xanaya bir, ikinci xanaya iki, üçüncü xanaya dörd buğda qoyurlar. Ancaq 11-ci xanaya çatanda 1024 buğda vermək lazım gəlir. Bu isə orta hesabla bir ovuc buğda demək idi. Əyanlar  hesabın axıra kimi belə gedəcəyinə və alimə ən çoxu bir kisə buğda verəcəklərini düşünürdülər. Çünki 15-ci xanaya cəmi bir kiloqram yarım buğda düşürdü. 25-ci xanaya  bir ton yarım buğda düşəndə də əyanlar təəccüblənmirlər. Ancaq 31-ci xanaya çatanda bu işin heç də zarafat olmadığını anlamağa başlayırlar. Çünki onların alimə verməli olduğu buğdanın miqdarı 92 ton imiş. 49-cu xanaya çatanda şahın verməli olduğu buğdanın miqdarı 24 milyon ton təşkil edirdi. Bu isə orta hesabla bir ölkənin illik buğda istehsalından təqribən 15 dəfə çox idi. 54-cü xanada artıq 771 milyon ton buğda lazım idi. Bu isə bütün dünyada il ərzində istehsal olunan buğdanın 1,5 misli demək idi..... 
Beləliklə, şah alimi təbrik edir və onun elmi qarşısında baş əyib  özünün nə qədər gücsüz olduğunu başa düşür......
Bax budur elmin, savadın gücü, əziz oxucularımız!
Rəy bildir +
Oxşar xəbərlər
Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO