İSTİ XƏBƏRLƏR
» » 500 avroluq əskinasların buraxılışı dayandırıldı

500 avroluq əskinasların buraxılışı dayandırıldı


Avropa Mərkəzi Bankı 500 avroluq əskinasların buraxılışını dayandırmışdır. Bu barədə "168 saat" Bloomberg-ə istinadən məlumat verir.
Məlumata görə, 2016-cı ildən əskinasların tədricən dövriyyədən çıxarılmasına da göstəriş verilibmiş. AMB narahatdır ki, 500 avroluq əskinaslar qeyri-qanuni fəaliyyətlərə rəvac verir.
Bu il Avropa İttifaqının 19 ölkəsinin 17-si bu əskinasların buraxılışını dayandırmışdı. Yalnız Avstriya və Almaniya 500-lük əskinasları çap etməkdə davam edirdi. Indi isə bu ölkələr də 500-lük əskinaslara  "əlvida" deməli oldular.
Informasiyaya onu da əlavə edək ki, 100 və 200 avroluq əskinasların yeni dizaynı da təqdim olunub. Bu əskinaslarda Finikiya kraliçasının portreti qoruyucu işarə və holoqram şəklində verilib,  müxtəlif  bucaq altında rəngi dəyişən yazılar və relyeflərdən istifadə olunub.
Təbii ki, 500 avroluq əskinasların dövriyyədən çıxarılması avro pul vahidi olmasa belə bizdə də məlum zümrənin insanlarında narahatçılıq yaradacaq. Çünki onların "altlarına pul yığmaq"  vərdişində bu əskinaslar əhəmiyyətli yer tutur. Bununla belə, çox da narahat olmağa dəyməz. Avropa bankları məlum müddət ərzində 500-lük avroları qəbul edib əvəzinə xırda əskinaslar verəcəklər.
"168 saat" İNFO
Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

Mixi yazılar necə əmələ gəlib?
11:1524 aprel

Mixi yazılar necə əmələ gəlib?

  Bu gün kitabxanalarımızda, şəxsi kitab rəflərimizdə sevə-sevə yığıb bəslədiyimiz kitabxanaçılıq  ənənəsinin insan həyatındakı yaşı eramızdan  bir neçə min il əvvəl yaşamış aşşurlara və şumerlərə gedib çıxır. 

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş
16:0622 aprel

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş

Avstriya Sənayeçilər Konfederasiyası yanında Yuxarı Avstriya Federal əyalətinin Gənc Sənayeçilər Təşkilatının icraçı direktoru Sebastian Badisc, Avstriya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Georg Karabaczek və 20-dən çox avstriyalı iş adamı Sumqayıt

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO