İSTİ XƏBƏRLƏR
» » ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib



Azərbaycanın ən qədim əhalisi olan türklərin adları ilk mənbələrdə e.ə. 23-cü əsrdə çəkilir. Onların haqqında Akkad hökmdarı Naram Suenin dövrünə aid kitabələrdə bəhs edilir. Bu daş kitabələrin   Babil, Boğazköy və Tel Amarna arxivlərində  üzü köçürülmüş surətləri saxlanılır. 
Elm  dünyasına  isə Şamtamhari mətni kimi məlumdur. Bu kitabələrin het variantını ilk dəfə 1938-ci ildə məşhur alman hetşünası Qustav Göterborq tərcümə edib. Mətni oxuyandan sonra məlum olub ki, eradan əvvəl 23-cü əsrdə Şərqi Anadolu və Azərbaycan coğrafiyasının qərbində 17 yerli tayfanı əhatə edən siyasi birlik yaranıb. Həmin kitabədə həm də türk ölkəsinin adı çəkilir. Bu mətnin adı Şamtamhari mətni idi. Mətndə türk tayfasının adı bu gün bizim işlətdiyiniz Türk adı kimi çəkilir. Bizim mənbələrdə işlənən bu günə qədər gələn adımızın yaşı 5 min ildir. AMEA Abasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyir ki, bu ad milli kimliyimizi təsdiq edən daş sənəddir. Bu ad bizə hansısa xalq tərəfindən verilməyib. Dünya tarixində isə belə bir faktın analogiyası yoxdur.
Bu fakt da onu göstərir ki, Ön Asiyada, Şərqi Anadolu çoğrafiyasında 5 min illik TÜRK adı var. Bu fakt onu deməyə əsas verir ki,  bizim belə bir ulu dövlətçilik tariximiz var.  Ön Asiyada yaşayan müasir xalqların və dövlətlərin heç birisinin adının və dövlətçiliyinin tarixi türk adı, türk etnonimi qədər qədim deyildir. 
Sahibi olduğumuz coğrafiyada, Manna dövlətinin tərkibində olan bir çox türk tayfalarının adları itib batsa da, türklər bu günədək eyni adla tanınırlar. Nə qədər miqrasiya və dalğalar olsa da, bu xalq itib batmayıb, illər keçdikcə yeni mədəniyyətlər formalaşdırıblar. 
"Azər" adının hansı əsrdən qaynaqlandığına gəldikdə isə, gənc alim Ramin  Alızadə deyir ki, bu adın ilk hissəi olan "Azər" kəlməsini çox vaxt iran dilləri ilə izah etməyə çalışırlar. Lakin iran dillərində Azər adlı ölkə və ya xalqdan bəhs olunmur. Qədim dövrlərdə "Azər" irandillilərin  dini və mifoloji təxəyüllərinin məhsulu olub. Onlar oda sitayiş etdiklərindən Tanrılarını "Azər Tanrısı" adlandırıblar. Hansısa sivilizasiyaların qarşılaşmasında "Azər tanrısı" mifiloji bir ada kimi qırılıb qalıb. Türklərdə isə heç vaxt "Azər Tanrısı" olmayıb.  AMEA Tarix Tarix institutunun alimi  Ramin Alızadənin araşdırmalarından sonra məlum olub ki, Azərbaycan və ya Azər adının ilk mənbəsi Aşşur hökmdarı 2-ci Sarqonun dövlətçilik tarixindən gəlir. Azər sözünün etimoloji mənbəyi eramızdan əvvəl 8-ci əsrə gedib çıxır.
Manna ölkəsi  içərisində Azər adında şəhər də, yaşayış məntəqəsi də olub. İnstitutun elmi işçisi Ramin Əlizadə ilə söhbətimizdə belə qənaətə gəldik ki, Azərbaycan ərazisində yaşayan azərlər türk tayfalarına mənsub xalqlardandır. Adı çəkilən coğrafiyada yaşanmış qədim türk mədəniyyətinin daşıyıcıları olan İç oğuz tayfalarından sayılan azərlər   Ön Asiyanın bir sıra qədim mədəniyyətlərinə böyük təsir göstəriblər. Urmiya gölünün cənubunda Manna ölkəsi daxilində olan şəhərlərdən biri də Azər şəhəri idi.  Tarix elminin araşdırmaçılarının gəldiyi nəticələrdən biri də "Azər" adının  Mannanın paytaxtı İzirtu şəhəri ilə bağlılığıdır. Aşşur mixi yazılı qaynaqlarında  bu ad "Zirtu" kimi çəkilir. "Azər" adının ilk forması sayıla bilən bu ad, yəni   "Azər" yer adının mənbələrdə rast gəlinən ilk varinatıdır. Və başa düşülməlidir ki, bu ad Azərbaycan coğrafiyasına yad bir söz deyil. Halbuki eradan əvvəl 8-ci əsrdə Azərbaycanın cənubunda farsdilli etnosların yaşadığını sübut edən heç bir yerli qaynaq yoxdur.
Tariximizin özəlliyini  və sirrlərini açan daş kitabələrin də şahidliyi ilə bir daha əmin oluruq ki,  Manna dövlətinin tərkibində olan bir çox vilayətlərin adı itib batsa da, "Azər" adı itmədi, onu bu günə qədər gətirib Azərbaycan etdik!!! 

Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

Mixi yazılar necə əmələ gəlib?
11:1524 aprel

Mixi yazılar necə əmələ gəlib?

  Bu gün kitabxanalarımızda, şəxsi kitab rəflərimizdə sevə-sevə yığıb bəslədiyimiz kitabxanaçılıq  ənənəsinin insan həyatındakı yaşı eramızdan  bir neçə min il əvvəl yaşamış aşşurlara və şumerlərə gedib çıxır. 

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO