İSTİ XƏBƏRLƏR
» » Ya mənim olacaqsan, ya da qara torpağın

Ya mənim olacaqsan, ya da qara torpağın

31 yaşlı Günel 25 yaşlı sevgilisi Vüqarla şərt kəsdi

2015-ci ilin mart ayında, baharın ilk günlərində tanış olduğu oğlan Günelin  həyatına, ömrünə sanki bahar gətirmişdi. Dostluqları o qədər səmimi idi ki,  hər gün bir-biri ilə zəngləşir, imkan tapanda isə görüşürdülər. Lap ruh əkizləri kimi yaşayırdılar. Tanışlıqlarının 1 ayı tamam olanda isə Vüqarın onunla evlənmək fikrində olduğunu biləndə, Günel elə bil, səksənmişdi. Söyləmişdi ki, "Ay Vüqar, sən məndən 6 yaş kiçiksən. Bu heç vaxt mümkün deyil, mən hər zaman özümü səndən böyük hiss edəcəm və bu mənim üçün çox ağır olar. Bəlkə fikrindən daşınasan?"
 Vüqar  isə  fikrində israrlı idi. Beləcə, görüşləri davam edir, bir-birini görməyəndə darıxırdılar.   Lakin elin adəti ilə elçi gəlmək məqamı çatanda məlum oldu ki, Vüqarın anası oğluna yaşlı qız almaq istəmir. Vüqar isə Günelin  şəxsiyyət vəsiqəsini alıb, deyirdi  ki, nə olur olsun, biz evlənəcəyik, aparıb kəbin kəsdirmək üçün VVAQ idarəsinə ərizə verəcəyəm. 
Şəxsiyyət vəsiqəsini  sevdiyi oğlana verdiyi vaxtdan  uzun müddət keçsə də, bir xəbər çıxmadığını görüb, bir gün Günel  Əmircan qəsəbəsinə - Vüqarın yaşadığı evə gedir.  Vüqar sevgilisini evə dəvət edir. Çoxdan görüşmədiklərindən oturub çay içərək, olandan keçəndən danışırlar... Sonra isə...
... Həmin gün Güneli Vüqar yola salanda deyir ki, "Narahat olma, sən mənim halalımsan".  Günel  ilk  dəfə idi Vüqarla bir otaqda tək qalmışdı qızlıq bəkarətini də  sevgilisinə etibar etmişdi.
 Geri qayıdanda   yol boyu fikirləşirdi ki, bəs bundan sonra onun həyatı necə olacaq? Birdən Vüqar verdiyi sözü tutmadı? 
Noyabr ayına qədər Vüqar hər dəfə bir bəhanə ilə elçilik və toy məsələsini təxirə saldı. 
Artıq cütlüklər arasında  abır-həya pərdəsi aradan götürülmüş, etibar itmişdi.  Vüqar başına gələnləri anası Mehribana danışanda, Mehriban deyir ki, apar 1000 manat ver, şərini sənin üstündən uzaq eləsin. Bir neçə gündən sonra Vüqar anası ilə Suraxanıdakı notariuslardan birinə gəlib 1000 manat pulu notarial qaydada Günelə ödəyirlər. Günel Hüseynova da "Mənə dəymiş ziyana görə 1000 manat aldım, gələcəkdə Vüqar Atakişiyevdən şikayətçi olmayacağam" məzmunlu ərizə yazaraq  Vüqardan əl çəkdiyini elan edir. Zorla məhəbbət olmaz ki...
Bu pul alış-verişindən sonra  Günel yenə zəng edib Vüqarsız yaşaya bilmədiyini deyib,  onu görüşə çağırır və  cütlük   arada-bərədə  görüşüb isti münasibətlərini davam etdirir. 2017-ci ilə qədər bu görüşlər davam edir. 2017-ci ilin sentyabr ayında Vüqar Günelə çox isinişdiyindən  əmisini onların evinə elçi göndərir. Böyüklərin razılığı alınandan sonra, molla kəbini də kəsdirirlər. Lakin Vüqarın anası heç cür sevmədiyi Güneli evində gəlin görmək istəmirdi. O birtəhər Vüqarı yola gətirib, İstanbulda yaşayan bacısının yanına qonaq göndərir, özü də Güneldən can qurtarmaq üçün yollar axtarır.
Təxminən dekabr ayında Vüqar Bakı şəhərinə qayıdır. Hər gün Vüqarı gözləyən Günel onun gəlişindən xəbər tutan kimi, isti bir güşə tapıb yenə sevgilisi ilə görüşür. Və yenə də nə zaman evlənəcəklərini soruşanda Vüqar deyir,  evlərini satıb iki mənzil alacaq ki, birində anası digərində isə özləri yaşasınlar.
Vüqar evlərini münasib qiymətə sata bilmədiyi üçün toy elə hey yubanmaqdaydı. Qış ötmüş, yay gəlmişdi. 3 il idi ki, belə gizli görüşlərdən bezmişdilər. Son zamanlar isə Günel hiss edirdi ki, artıq Vüqar da ondan soyuyub. Hətta ara-sıra Vüqarın telefonunda başqa qızların  yazışmalarını da görmüş, lap dəli olmuşdu. Fikirləşirdi ki, Vüqar ya onun, ya da qara torpağın olmalıdır. 
Günlər ötdükcə Vüqar açıq-aşkar ondan soyuyurdu. Nə qədər dil-fel eləsə də Günel Vüqarı yola gətirə bilmirdi. Vüqar ondan yaman dönmüşdü. 
Gecələri yata bilmir, özünə rahatlıq tapmırdı. Belə yay günlərinin birində, 25 iyun 2018-ci ildə  Günel Vüqarı birtəhər yola gətirib çay içməyə dəvət edir. Axşam saat 19 radələrində "28 may" metrostansiyası yaxınlığında o, Vüqarla görüşərək barışmaq üçün yalvarsa da,   Vüqar bu sevginin  keçib gedəcəyini deyir və  dost kimi davam etmələrini təklif edir. Dost kimi qalmaq təklifini qəbul edən Günel  bu günü də birlikdə keçirməyi sevdiyindən xahiş edir. O da razılaşır. Onlar  Dərnəgül qəsəbəsində, Ayna Sultanova heykəli yaxınlığındakı "Qrand" otelə gəlirlər. Yataq otağında da Günel Vüqara yalvarıb onu  yola gətirməyə çalışır,  amma Vüqar belə söhbətlərdən cana doyduğunu deyir. 
Göz yaşları içərisində yataqdan duran Günel hamam otağına keçir. Və əl çantasında gətirdiyi bıçağı götürərək  qəfildən Vüqarın bədəninə çoxsaylı bıçaq zərbələri endirməyə başlayır. Vüqar çığırıb köməyə adam çağırsa da, səsinə səs verən olmur.
***
Günel sevdiyi Vüqarı qanına qəltan etmişdi. Özü də dayanıb al qanlar içərisində olan sevgilisinə baxaraq deyirdi: "Mən sənə demişdim axı, səni kimsəyə verməyəcəm...".
Həmin gecə  oteldə   Günellə Vüqara xidmət etmiş Adil və Anar 18 saylı otaqdan bir neçə dəfə "kömək edin" qışqırıq səsini eşidib yuxarı qaçaraq həmin qapını açmaq istədi, amma  qapı içəridən bağlı idi. Cavan ofisiantlar əvvəlcə elə bildilər ki, otaqdakı müştərilərin halı pisləşib. Lakin otaqdan dəfələrlə "kömək edin" səsinin gəldiyindən onlar polisə zəng vurdular. Polislər  gəlib qapını açanda isə Günel Hüseynovanı və  yerdə uzanmış oğlanı çılpaq halda qanın içərisində gördülər. Elə polisləri görəndə də Günel sevdiyi oğlanı öldürdüyünü etiraf etdi.
31 yaşlı Günel Hüseynova 25 yaşlı bir gənci vəhşi sevgisinə görə işıqlı həyatdan məhrum etdi. Sevgi və qısqanclıq dolu təkəbbür, bir gənc qadını belə ağır cinayəti törətməyə vadar etdi.
Bakı şəhər Ağır Cinayətlər Məhkəməsində Günel Hüseynova sevgilisini öldürdüyü üçün 15 il müddətində azadlıqdan məhrum edildi.

Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO