İSTİ XƏBƏRLƏR
» » Adı oyun alqı-satqıısında hallanan klubun sumqayıtlı futbolçusu: "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"

Adı oyun alqı-satqıısında hallanan klubun sumqayıtlı futbolçusu: "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"


Ötən həftə Region Liqasında baş tutmalı olan "FC Baku" - "Şahdağ" qarşılaşmasının birincilərin adının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınması az maraq doğurmadı. İddialara görə,  Region Liqasının ikinci pley-off mərhələsi çərçivəsində keçirilmiş "Füzuli" - "FC Baku" oyununun nəticəsi əvvəlcədən razılaşdırılıb. 
Region Liqasında baş tutan qarşılaşmalara mərc kontorlarında əmsal qəbul olunmaması fonunda AFFA-nın sözügedən qərarı təəccüb doğurmaya bilməz.  Həm məsələ ilə bağlı son durumun necə olması, həm də digər maraqlı məqamlara aydınlıq gətirmək üçün komandanın sumqayıtlı futbolçusu Emin Mustafayevlə əlaqə saxladıq.
- "Füzuli" - "FC Baku" matçından sonra həmin oyununun nəticəsinin əvvəlcədən razılaşdırılmış olması ilə bağlı şübhələr yaranmışdı. Hazırda AFFA komandanız haqqında araşdırma aparır. Bu haqda nə demək istərdiniz?
- Bildiyiniz kimi, yarımfinal mərhələsində Qusarın "Şahdağ" komandası ilə qarşılaşmalı idik. Oyun Sumqayıtda keçirilməliydi və bu səbəbdən qarşılaşmaya da   məhz Sumqayıtda hazırlaşırdıq. Matça üç gün qalmış komanda rəhbərliyi oyunun AFFA tərəfindən təxirə salındığını dedi. Təbii ki, heç kim belə bir şey gözləmirdi. İnanıram ki, ən qısa zamanda məsələ həll olunacaq və biz ikinci finalçı olmaq uğrunda görüşə çıxacağıq.
- Son illərdə əksər yerli klubların adı oyun alqı-satqısında hallanır. Region Liqasında baş tutan qarşılaşmalara isə dünyanın heç bir mərc kontorlarında əmsal qəbul olunmur. Belə olan halda AFFA-nın bu qərarı təəccüb doğurur.
- Dediyim kimi, Region Liqasında belə bir şeyin olacağına inanmazdım. Siz də çox doğru qeyd etdiniz ki, Regional Liqa üçün heç bir kontorda əmsal qəbul edilmir. Belə olan halda ən çox təəccünlənənlərdən biri də elə biz futbolçularıq.
- Bir az da sizin karyeranızdan bəhs edək." FC Baku"ya transfer olmamışdan öncə doğma şəhərimiz Sumqayıtın "Uğur" klubunda çıxış edirdiniz. Eyni zamanda həmçinin  məşqçilik kurslarına da qatılırdınız. Hətta futbolçu karyeranızı bitirdiyiniz də söylənilirdi. Sonradan necə oldu ki, qərarınızı dəyişərək futbolçu karyeranızı davam etdirdiniz?
-  Yox, futbolçu karyerama son qoymamışdım. Düzdü, bu barədə düşünürdüm, amma hələ qətiləşdirməmişdim. Elə həmin ərəfədə Sumqayıtın "Uğur" komandasından təklif gəldi və orda çıxış etməyə başladım. Daha sonra isə "FC Baku"dan aldığım təklifi dəyərləndirərək daha iddialı olan paytaxt klubuna üz tutdum. Bu komanda ilə Premyer Liqa klublarından "Qəbələ"ni iki cavabsız qolla məğlub etməyimiz, "Sabah"la heç-heçə oynmağımız məndə də ruh yüksəkliyi yaratdı və karyeramı davam etdirməyimin düzgün addım olduğuna əmin oldum.
- Yəqin ki, şəhərimizin təmsilçisi "Uğur"dan ayrılıb "FC Baku"-ya keçməyinizdə komandada Premyer Liqa təcrübəsi olan bir sıra tanınmış futbolçuların olması da rol oynayıb.
- Bu komandanın sıralarına qoşulmağım üçün bir neçə səbəb var idi ki, onlardan biri də şübhəsiz, komandanın heyətində ölkə səviyyəsində tanınan futbolçuların yer alması idi.
-  Yeri gəlmişkən, Region Liqasında şərait necədir?
-  Bu il Region Liqasınln səviyyəsi daha yüksəkdir.  Bu da rəqabətin güclü olmasından irəli gəlir. Birinci divizionda tətbiq edilən yaş limiti əksər təcrübəli oyunçuların "FC Baku", "Uğur",  "Şahdağ", "Füzuli", "Ağsu Siti" kimi komandalara üz tutması ilə nəticələndi ki, bu da Region Liqasının səviyyəsinin artmasını şərtləndirdi. Təsadüfi deyil ki, bir çox azarkeşlər də bizə Region Liqasındakı rəqabətin Premyer Liqadadan və Birinci Diviziondan daha üstün olduğunu deyirlər.
-  Belə anlamaq olarmı ki, "Qarabağ"  və "Sumqayıt"la Premyer Liqa təcrübəsi yaşamış Emin Mustafayev hazırkı durumumdan narazı deyil?
- Yox, əksinə hazırkı durum məni qane etmir. Hələ ki, özümdə Premyer Liqada oynamaq üçün güc hiss edirəm.  Amma əgər bu gün bu klubun uğurları üçün çalışıramsa, əlimdən gələni etməyə səy göstərirəm. Peşəkarlıq bunu tələb edir.
- Yenidən yüksək səviyyədə oynayacaq gücü hiss etdiyinizi dediniz. Hazırkı durumda karyeranızla bağlı sonrakı planlarınız necədir?
- Onu zaman göstərəcək. Ümid edirəm ki, Topaz Premyer Liqasında iştirak edən komandaların sayı artacaq və bu da mənim karyerama müsbət təsir göstərəcək. Əgər komanda sayı artmasa, heç bir inkişafdan söhbət gedə bilməz. Amma istənilən halda futboldan uzaqlaşası deyiləm. Özümü məşqçilik sahəsində də sınamağı düşünürəm. Uğurlu olacağına inanıram.
- Söhbət Premyer Liqadan düşmüşkən, yəqin ki, oyunları izləyirsiniz. Cari mövsümü necə dəyərləndirirsiniz?
- Bu il ölkə çempionatı maraqlı keçir. Ötən mövsümlərdən fərqli olaraq bu il "Qarabağ"ın çempionluq yarışında işi asan deyil. Cari mövsümdə "Neftçi" də qızıl medallar uğrunda mübarizə aparır. Son turlarda bizi maraqlı mübarizə gözləyir. Amma məncə, bu il də "Qarabağ" çempionluğu təmin edəcək.
-  Sabiq klubunuz və yaşadığınız şəhərin yüksək dəstədəki təmsilçisi "Sumqayıt"ın bu mövdümkü çıxışını necə qiymətləndirirsiniz?
- "Sumqayıt"  klubu mövsümə pis başlamamışdı, amma sonradan eniş müşahidə olundu. Şəhərimizin komandası ən zəif dövrlərindən birini yaşamaqdadır. Amma bununla belə, ölkə kubokunda "Sumqayıt"ın şansları davam edir. Məncə, komanda bütün gücünü məhz ölkə kubokuna sərf etməlidir. "Sumqayıt"la bağlı ən üzücü durum isə hazırda komandanın heyətində sumqayıtlı futbolçunun olmamasıdır.

Söhbətləşdi: Tural Məmmədov
Rəy bildir +
Oxşar xəbərlər
Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib
18:1730 aprel

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib

Azərbaycanın ən qədim əhalisi olan türklərin adları ilk mənbələrdə e.ə. 23-cü əsrdə çəkilir. Onların haqqında Akkad hökmdarı Naram Suenin dövrünə aid kitabələrdə bəhs edilir. Bu daş kitabələrin   Babil, Boğazköy və Tel Amarna arxivlərində  üzü köçürülmüş surətləri saxlanılır.  Elm  dünyasına  isə

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO