İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR




Lətifələrin reytinqi

№5
Anektodı.ru portalında həftənin ən yaxşı lətifəsi.
Qoca kişi ölüm ayağında olanda qarısını çağırıb deyir:
- Qarım, bizim on oğlumuz var. Onların doqquzu bir-birinə iki damla su kimi bənzəyirlər. Yalnız biri onlara bənzəmir. Boynuna al, sən mənə xəyanət etmisən?
- Hə, etmişəm!
- Onda söylə görüm, o fərqli uşağın atası kimdir?
- Sən!

№4
"Vokruq smexa" dərgisində həftənin ən yaxşı lətifəsi.
Ən çətin durumda Belarus prezidenti Lukaşenkodur. O da bütün problemləri məmnuniyyətlə özündən əvvəlkilərin üstünə yıxar. Amma özündən əvvəlki yoxdur axı!

№3
Bir gün bir Zapı yolda qalır. Bir Ferrari yoldan keçərkən sürücüsü bunu görür, maşını saxlayaraq Zapı sürəndən soruşur:
- Qardaş, sənə nə kömək eləyim?
Zapının sürücüsü sevincək cavab verir:
- Imkan varsa, məni profilaktoriyaya qədər buksirlə apar. Amma, 50-dən yuxarı qalxma, yoxsa təkərlərim çıxar. Sürəti qaldırsan miqat eləcəyəm, onda surəti salarsan.
Razılaşırlar. Zapını buksirə  qoşurlar. 
Bir az getdikdən sonra Ferrari sürən   sürəti  80-a qaldırır, Zapı miqat eləyən kimi salır 50-yə, yenə yadından çıxır və sürəti qaldırır 90-na. Zapı miqat elədikdə salır 50-yə. Bu vaxt bir Audi Ferrarini keçir. Ferrarinin sürücüsü əsəbiləşərək düşür onun dalınca.
Postda yol müfəttişi əl eləyəndə, onlar maşınlarını saxlamayıb sürətlə keçirlər. Serjant tez qaçır rəisin yanına ki, - Rəis,   postu üç maşın sürətlə keçdi, əl elədim saxlamadılar.
Rəis əsəbiləşir:  - Hansı maşınlar idi? Təcili növbəti posta məlumat çatdıraq!
Serjant: - Audi, Ferrari, bir də Zapı, - söyləyir.
Rəis bunu eşitcək bir az da əsəbiləşir: - Ay gədə, deyəsən başın xarab olub, Ferrari hara, Audi hara, Zapı hara? Məzələnirsən mənnən?
Serjant məzlum görkəm alır: - Vallah, rəis, Zapı hələ miqat da eləyirdi ki, mənə yol verin!!!

№2
Bir gün şair Hüseyn Arifə sual verirlər ki, şəhər qızları gözəl olur, ya kənd qızları?
Hüseyn Arif cavab verir ki, onu yağışın altında bilmək olar. Soruşurlar ki, niyə?
Deyir, yağışın altında şəhər qızlarının bəzəyi gedir, kənd qızlarının kiri.

№1
Deyir, metroda qatara minən qıza göz atdım, gördüm arxasınca idmançı nişanlısı da girdi....
"28 may"-dan "Koroğlu"ya qədər gözümü qırpa-qırpa gəlmişəm ki, desinlər, xəstəliyi var...

***

Sitatlar

Feysbukdan: "Profil şəkli olmayan qızlar uduşlu kukuruz kimidirlər, içindən nə çıxacağını heç kəs bilmir".

***

"Mən uşaqlıqdan Faiq Ağayevin mahnıları ilə böyüdüm. Amma Faiq Ağayev böyümədi". (Dərdayıl).
Kəlamlar
Qadının beş dəqiqəyə hazıram deməyi, kişinin beş dəqiqəyə evdəyəm deməyi kimi bir şeydir.

***

"Mən həyatda heç vaxt səhv etməmişəm. Etmişəmsə də, bu, səhvən olub". (A.Eynşteyn).

***

"Əl üçün ən yaxşı hərəkət pul saymaqdır". (Dərdayıl).

***

Deyim: 

Xasiyyəti tünd olanlar tünd çay içənlərdir.

***

Şüar
Ömür bitər, kredit bitməz.

***

Etiraf:
"Həyatda həmişə iki yol var. Biri asan, digəri isə mən bədbəxt gedən" (Dərdayıl).

***

Yalnız bizdə!
İnsanlar prava almağa öz maşınları ilə gedirlər.

***

Etiraf:
"Bəzən hər şeydən bezib evdən qaçmaq istəyirəm. Sonra yadıma Xoşqədəm düşür".

Mama qanunları

"Mörfi qanunları" - zad boş şeydir. Gəlin sizə "mama qanunları"ndan danışaq
1. Futbolun ən maraqlı yerində, mama televizorun qarşısına keçib tozunu siləcək.
2. Qızla görüşə gedəcəyin gün  mama ən sevimli şalvarını yuyacaq.
3. Evin harasındasa, vacib işin olanda, "ora olmaz, indi silmişəm, gözlə qurusun" deyəcək.
4. Ayda, ildə bir dəfə çay istəyəndə, mama "çayı indi doldurmuşam, gözlə qaynasın" söyləyəcək.
5. Lift işləməyən bir vaxtda evə girib, ayaqqabını soyunanda, mamanın yadına düşəcək ki, çörək almaq lazımdır.
6. Vacib bir yerə tələsəndə, "Zibilxananın yanından keçəndə, atarsan" deyib zibil torbasını sənə verəcək.
7. Danışmaq istəmədiyini bilə-bilə, "Götür,  a bala Südabə xalangillə danış" deyib telefonu qulağına yapışdıracaq.

***

Olmuş hadisə.

Qocalar evindəki yaşlı qadından ora çəkilişə gəlmiş TV işçisi soruşur:
- Ay ana, neçə övladınız var?
- Beş.
- Bəs niyə burdasız?
- Onlardan ikisi əsir düşüb, üçü itkin.
- Allah səbir versin. Övladlarınız hansı döyüş bölgələrində olublar ki?
- Ikisi ərə gedib əsir düşüb, üçü də evlənib itkin düşüb.

***

Siyasi lətifə
("Vokruq smexa" dərgisindən)
Əgər siz cibinizdə başqasının əlini hiss etmisinizsə "Oğru tutmuşam" deyib haray salmayın. Bəlkə bu, doğma hakimiyyətin  xoşməramlı əlidir?!

***

Fakt
Dünən məhkəmədə DYP idarəsini uddum. Mənim vəkilim sübut etdi ki, 250 km/saat sürətlə gedən sürücü məhdudlaşdırıcı 50 nişanını görə bilməz.

***

Dodaqqaçdı.
Işləməyə Rusiya,
Oxumağa Türkiyə, 
Müalicəyə İran, 
Gəzməyə Gürcüstan, 
Söyməyə Ermənistan, 
Ölməyə vətən yaxşı!

***

Giley-güzar
Metroda yanımda oturan orta yaşlı xala whatsappda yazışır, telefonu məndən elə gizlədir, guya mənimçün  çox vacibdir ki, bunun qızı Xəyalənin baldızı Şəfaya elçi gəlib, qız əvvəlcə razı olmayıb sonra  razılıq verib, sonra toy günü başqasına qoşulub qaçıb, sonra o oğlan da bunu atıb. Guya bunlar mənimçün maraqlıdır, e.
Rəy bildir +
Oxşar xəbərlər
Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Oxumasanız da olar
10:4625 aprel

Oxumasanız da olar

2014-cü ilin söhbətidir, bir gün Azərbaycana qastrola gələn bir iranlı tarzənlə görüşərkən Habil Əliyev ona sual verir: - Sən neçənci ildə doğulmusan? Iranlı dərhal deyir: - 1405-ci il təvəllüdlüyəm. Habil Əliyev barmaqları ilə nəyisə xeyli hesablayıb söyləyir: - Maşallah yaxşı qalmısan.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Oxumasanız da olar
17:3216 aprel

Oxumasanız da olar

Rusiyanın Anekdotı.ru portalında həftənin lider lətifəsi: Bizdə, Rusiyada özünüz bilirsiniz də, necə demokratiya var. İnsanlar, özünüz bilirsiniz, hansı şəxs haqqında, özünüz bilirsiniz, hansı sözləri söyləməkdən əsla qorxmurlar.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO