İSTİ XƏBƏRLƏR
» » “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış Sumqayıtda keçirilib

“Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış Sumqayıtda keçirilib

Aprelin 30-da Sumqayıtda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, yarışda Sumqayıt məktəblilərinin yuxarı sinif şagirdlərindən ibarət 12 komanda iştirak edib. Suallar əsasən Azərbaycan xalqının sahib olduğu dəyərlər, tariximiz, mədəniyyətimiz, ümumi dünyagörüşü və s. mövzuları əhatə edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, yarışın əsas məqsədi sahib olduğumuz milli-mənəvi dəyərləri gənclərə aşılamaq, onların intellektual səviyyəsinin artırılmasına, məntiqi təfəkkürünün inkişaf etdirilməsinə dəstək göstərməkdir.

Məktəblilər arasında dəyərlərimizin təbliği istiqamətində bu cür intellektual yarışların keçirilməsinin əhəmiyyətini vurğulayan Sumqayıt Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Əlhəddin Paşayev iştirakçılara uğurlar arzulayıb.

Maraqlı mübarizə və rəqabət şəraitində keçən yarışda fərqlənən şagirdlər diplom və sertifikatlarla mükafatlandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakıda keçirilməsi nəzərdə tutulur.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

“Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"
13:0623 aprel

“Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"

Azərbaycanın milli-mənəvi dəyərləri arasında muğamımızın özünəməxsus yer tutduğu şübhəsizdir. Təsadüfi deyildir ki, milli, tarixi və mədəni kimliyimiz baxımından müstəsna əhəmiyyətə malik olan muğamlarımızın təbliği həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu səviyyəsində  daim diqqət

Formula 1 Azərbaycana nə verir?
11:1523 aprel

Formula 1 Azərbaycana nə verir?

Mötəbər beynəlxalq idman tədbirlərinin təşkilatçılığı baxımından artıq xeyli təcrübə qazanmış Azərbaycan bir neçə gün sonra daha bir idman yarışına evsahibliyi edəcək.

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı
10:5323 aprel

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı

"Formula-1" Azərbaycan Qran Prisininin başlanmasına cəmi 3 gün qaldı. "Formula -1" yarışları Bakıda 26-28 aprel tarixlərində keçiriləcək. Bakı Şəhər Halqasından verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Azərbaycandan 90 nəfər KİV nümayəndəsi akkreditasiyadan keçib. 

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür