İSTİ XƏBƏRLƏR
» » Yetmiş il Sumqayıt sakinlərinin sağlamlığı keşiyində

Yetmiş il Sumqayıt sakinlərinin sağlamlığı keşiyində

Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt səhiyyəsinin 70 illik yubileyi qeyd olunub. Tədbirdə Səhiyyə Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhərin idarə, müəssisə və təşkilatlarının nümayəndələri və tibb işçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, yubiley tədbiri Sumqayıt səhiyyəsinin inkişafından bəhs edən filmin nümayişi ilə başlayıb.

Çıxışlarda qeyd olunub ki, 1949–cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Şəhərin səhiyyə işçiləri elə o vaxtdan bu günə kimi gecəli-gündüzlü əhalinin sağlamlığı keşiyində durur. Sumqayıtın inkişafında şəhərdə çalışan səhiyyə işçilərinin də mühüm rolu var.

Bildirilib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.

Son illərdə Sumqayıt şəhərində də səhiyyənin inkişafı ilə bağlı mühüm addımlar atılıb, bir sıra nailiyyətlər əldə olunub. Belə ki, şəhərin əksər tibb müəssisələri əsaslı təmir edilib, digərlərində cari təmir işləri aparılıb. Həmçinin 1 və 2 nömrəli doğum evlərinin reanimasiya şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 nömrəli doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir. Dövlətimizin başçısının 2019-cu il 11 fevral tarixli Sərəncamı ilə 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Uzun müddət əhalinin sağlamlığı keşiyində duran tibb işçiləri və veteranlar 70 il ərzində şəhərlə bərabər böyüyən və inkişaf edən Sumqayıt səhiyyəsinin tarixi və nailiyyətləri haqqında danışaraq, ölkə rəhbərinə aparılan islahatlarla bağlı minnətdarlıqlarını bildiriblər.

Sonra bir qrup tibb işçisi fəxri fərmanlarla təltif olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində növbəti “Açıq qapı” günü
18:1329 aprel

Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində növbəti “Açıq qapı” günü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti görüş “Əlilliyi olan qadınlar” Cəmiyyətinin və “Əlilliyi olan Sahibkarlar Təşkilatı” İctimai Birliyinin nümayəndələri ilə keçirilib.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür