İSTİ XƏBƏRLƏR
» » "Jewish Journal": Ermənilər Dağlıq Qarabağda qısa müddət ərzində yaşadıqlarına dair sübutları məhv edir

"Jewish Journal": Ermənilər Dağlıq Qarabağda qısa müddət ərzində yaşadıqlarına dair sübutları məhv edir



Erməni qüvvələri etnik təmizləməyə bəraət qazandırmaq məqsədi ilə vaxtilə çiçəklənən mədəniyyətin bütün sübutlarını məhv edir.
Trend-in məlumatına görə, bu barədə "Jewish Journal"da dərc olunan məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, 1990-cı illərin əvvəllərindən başlayaraq, Ermənistan qanunsuz hərbi işğalı pisləyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə tanınmasına baxmayaraq Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal edib: "800 mindən çox azərbaycanlı mülki şəxs, o cümlədən, mən və bütün ailə üzvlərim, bir çox əsrlər ərzində yaşadığımız evlər və torpaqlardan qovulmuşuq. Mən və qardaşım əsir düşmüşük və erməni düşərgələrində dəhşətli qəddarlıq və işgəncələrə məruz qalmışıq".
Müəlif qeyd edir ki, etnik təmizləmədən sonra işğalçı ermənilər azərbaycanlıların orada yaşamasını təsdiq edən izlərini aradan qaldırmaq cəhdinə əl atıb: "Bu da çox xoşagəlməz addımdır, çünki Dağlıq Qarabağ Azərbaycanın poeziya, musiqi və mədəniyyət beşiyidir. Azərbaycan mədəniyyətinin məhv edilməsini regionda neytral isveçrəli jurnalist Andre Vidmer izləyib".
Məqalədə qeyd olunur ki, işğal altında olan 50 min azərbaycanlının yaşadığı Ağdam şəhərinə 2010-cu ildə ziyarətindən sonra Vidmer yazıb ki, işğalçılar şəhəri qarət etməyə və yer üzündən silməyə davam edir: "Bəli, hər bir münaqişədə məhvetməyə dair rəqabət edən iddialar var. Erməni hakimiyyəti Culfada erməni qəbirlərinin mübahisəli "dağıdılması" ətrafında çox səs-küy edib. Ancaq onlar Ermənistanda və Azərbaycanın işğal olunmuş torpaqlarında azərbaycanlı qəbirlərinin məhv edilməsi haqqında susur. Eyni zamanda, onlar Azərbaycanın 1891 ədəd maddi və mənəvi sərvətinin, o cümlədən 738 ədəd tarixi abidə, 83500 eksponat ilə 28 muzey, 4 fotoqalereya, 14 memorial kompleks və 1107 mədəniyyət müəssisəsinin murdarlanması və ya məhvi barəsində susur".
Məqalə müəlifi onu da qeyd edir ki, 1900-ə yaxın mədəni artefaktın dağıdılması azərbaycanlıların bu ərazilərdə uzun müddət ərzində qalmasını, Marağada dağıntılar isə ermənilərin bu rayonda qısamüddətli yaşayışını gizlətmək məqsədini daşıyır.

Rəy bildir +
Oxşar xəbərlər
Ən bahalı kreditlər hansı rayonda verilir?
17:5108 may

Ən bahalı kreditlər hansı rayonda verilir?

Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilir.

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

Azərbaycanlı jurnalistlər Ermənistana  və Qarabağa getsin, getməsin?
11:1123 aprel

Azərbaycanlı jurnalistlər Ermənistana və Qarabağa getsin, getməsin?

Aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı, Yerevan və Dağlıq Qarabağa səfərlərinin təşkil olunması barədə razılığa gəlinib. Lakin əldə olunan razılıq birmənalı qarşılanmayıb.

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO