İSTİ XƏBƏRLƏR
» » Ən bahalı kreditlər hansı rayonda verilir?

Ən bahalı kreditlər hansı rayonda verilir?



Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilir.
"168 saat" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu iqtisadi rayonda kreditlər üzrə illik faiz dərəcələri martın sonuna 23,5% təşkil edib. Bu göstəriciyə görə ikinci yerdə Yuxarı Qarabağ iqtisadi rayonu - 23,4%, üçüncü yerdə isə Aran iqtisadi rayonu - 23% qərarlaşıb.
Azərbaycan üzrə kredit qoyuluşunun ölkə üzrə ümumi orta faiz dərəcəsi 11,8% olub. Bakı şəhəri üzrə bu rəqəm 10 faiz təşkil edib. 
Mərkəzi Bankın statistikasına əsasən, Azərbaycanda aprelin 1-nə kredit qoyuluşu 13,06 milyard manat olub.
Bu kreditlərin böyük hissəsi və ya 10,68 milyard manatı Bakı şəhərinin payına düşüb. İkinci yerdə isə 606,68 milyon manatla Aran iqtisadi rayonu qərarlaşıb. Üçüncü yerdə 499,8 milyon manatla Abşeron iqtisadi rayonu dayanıb.
Kreditləşmənin həcminə görə ən aşağı göstərici Yuxarı Qarabağ iqtisadi rayonunda olub - 51,64 milyon manat.
Digər iqtisadi rayonların kredit qoyuluşu göstəricisi aşağıdakı kimi olub: Dağlıq Şirvan iqtisadi rayonu - 64,56 milyon manat, Gəncə-Qazax iqtisadi rayonu - 498,6 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonu - 176,77 milyon manat, Lənkəran iqtisadi rayonu - 217,29 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonu - 165,67 milyon manat, Naxçıvan iqtisadi rayonu - 101,2 milyon manat.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

İdxalın həcmi rekord həddə çatıb
09:4725 aprel

İdxalın həcmi rekord həddə çatıb

Azərbaycanın xaricdən məhsul idxalında rekord qeydə alınıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin birinci rübündə Azərbaycana xarici ölkələrdən idxalın həcmi 3 milyard 135 milyon 576,93 min dollar təşkil edib. 

Ermənistanda iqtisadi problemlər  demoqrafik gərginliyi artırır
10:4416 aprel

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO