İSTİ XƏBƏRLƏR
» » Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?

Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?



Təşəbbüskarı olduğu və qoşulduğu nəqliyyat layihələri sayəsində Azərbaycan nəinki regionun, beynəlxalq tranzit marşrutunun mühüm iştirakçısı, vacib həlqəsinə çevrilib. Ötən həftə Pekində keçirilən "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ölkəmizin bu sahədəki beynəlxalq nüfuzunu, əhəmiyyətini bir daha önə çıxardı.
Prezident İlham Əliyevin Forumun "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan sessiyadakı çıxışında Azərbaycanın nəqliyyat siyasəti, bu sahədəki qlobal əməkdaşlığa yanaşması tamamilə aydın ehtiva olunub. 

Yalnız nəqliyyat dəhlizi deyil, həm də...

Azərbaycanın qoşulduğu, eləcə də,hər cür dəstək verdiyi nəqliyyat xətləri yalnız logistika və nəqliyyat əhəmiyyəti daşımır. Bu xətlər həm də regionlar və ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələri möhkəmləndirir. Birgə layihələr ölkələr arasında yaxşı dialoq mühiti yaradır, yeni əməkdaşlıq imkanları açır.

Digər infrastruktur layihələrinin davamı kimi

Son 15 ildə ölkəmizdə infrastruktur layihələri ardıcıl və sistemli xarakter alıb. Söhbət yalnız nəqliyyat infrastrukturundan yox, bütün sahələr üzrə şaxələnmiş infrastrukturun təkmilləşdirilməsi siyasətindən gedir. Bu isə iqtisadiyyatın diversifikasiyasını təşviq edir. 
Nəqliyyat layihələri infrastrukturun möhkəmləndirilməsi ilə bağlı müəyyən edilmiş konsepsiyanın tərkib hissəsidir.
Dövlətimizin başçısı Pekindəki çıxışı zamanı kontekstdə deyib: "Azərbaycanın çox böyük neft və qaz ehtiyatları var. Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır. Şaxələndirməyə gəldikdə, bizim diqqətimiz,əsasən,sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib. İnfrastruktur layihələri bizim üçün çox önəmlidir və biz müasir infrastrukturun yaradılmasına sərmayə yatırmaq üçün maliyyə resurslarımızdan istifadə etdik. Azərbaycanda qazlaşdırma səviyyəsi 95 faiz təşkil edir, Azərbaycan elektrik enerjisini, neft və qazı ixrac edən ölkədir. Nəqliyyat sahəsinə investisiyaların yatırılması bizim əsas prioritetlərimizdən biridir. Üç il öncə Azərbaycan və Çin "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb. Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq".

Beynəlxalq dəhliz

Beynəlxalq xətlərin qovşağında yerləşməklə Azərbaycan regional nəqliyyat dəhlizi statusunu beynəlxalqəhəmiyyətli dəhlizə çevirir.  
İki il öncə açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək yolunun müasir məzmunda bərpası demək idi. Bu magistral xətt Mərkəzi Asiya ölkələri olan Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, eləcə də Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışının asanlaşdırılmasında mühüm rol oynayır.
Azərbaycanı qonşu ölkələrlə bağlayan və respublikanın özünün əsas hissələrini əhatə edən dəmir yolları şəbəkəsi qurulub. Sözügedən müddətdə ümumi uzunluğu 15 min kilometrdən çox avtomobil yolları çəkilib, yaxud əsaslı təmir edilib. Azərbaycanın Xəzər hövzəsində 200-dən çox gəmisi olan ən böyük ticarət donanması da ölkəmizin beynəlxalq nəqliyyat dəhlizi kimi tanınmasını şərtləndirib.
Hazırda respublikamızda 7 aeroport fəaliyyət göstərir ki, onlardan altısı beynəlxalq statusa malikdir. 
Xatırlatmaq yerinə düşür ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008-ci illəri əhatə edən I Dövlət Proqramı ərəfəsində Azərbaycanın yalnız bir beynəlxalq aeroportu var idi. Bu gün isə Bakı Beynəlxalq Aeroportu ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ və Zaqatalada da beynəlxalq aeroport fəaliyyət göstərir.
Eyni zamanda,Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı,Şimal-Cənub nəqliyyat xəttinin də əsas həlqəsi kimi çıxış edir. 
Prezident İlham Əliyev çıxışında bu mənada konkret iki faktı vurğulayıb: "Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir".
Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artdıqca bu, siyasi və iqtisadi dividentlər də gətirir. Azərbaycan beynəlxalq münasibətlərdə yeni tərəfdaşlar qazanır, siyasi dialoq və qarşılıqlı etimad formalaşır, eləcə də,yükdaşımalar, resursların ötürülməsi, dünya bazarlarına çatdırılması iqtisadi gəlirlərin artması ilə müşayiət olunur.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Prezidentin Çin səfəri Sumqayıt üçün yeni imkanlar açır:  Sumqayıtda şin zavodu tikiləcək
12:1427 aprel

Prezidentin Çin səfəri Sumqayıt üçün yeni imkanlar açır: Sumqayıtda şin zavodu tikiləcək

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində "China National Electric Engineering" şirkətinin prezidenti Cao Huy ilə görüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşüb
14:1726 aprel

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşüb

Aprelin 26-da Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür