İSTİ XƏBƏRLƏR
» » Qələbə Günü münasibətilə Sumqayıtda ümumşəhər tədbiri

Qələbə Günü münasibətilə Sumqayıtda ümumşəhər tədbiri

9 May – Qələbə Günü münasibətilə Sumqayıtın mərkəzində, 1941-1945-ci illər müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə ümumşəhər tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, ki, tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin, bələdiyyələrin, müəssisələrin, şəhər ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları abidənin önünə gül dəstələri qoyublar.
Şəhər veteranları müharibənin bəşəriyyətə gətirdiyi faciədən, Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqdan, Qələbədə Bakı neftinin müstəsna rolundan bəhs ediblər. Onlar torpaqlarımızın işğaldan azad ediləcək günün də tezliklə qeyd olunacağına inandıqlarını bildirib, onlara göstərilən dövlət qayğısından razılıq ediblər.
Sonra tədbir iştirakçıları parada tamaşa ediblər. Hərbi keçidi nəfəsli alətlər orkestri açıb. Orkestrin müşayiəti ilə “N” saylı hərbi hissəsinin qulluqçuları Azərbaycan bayrağını meydana gətiriblər.

Onların ardınca respublika “Şahin” hərbi-vətənpərvərlik oyunlarının ən yaxşı məktəb komandaları marş sədaları altında addımladıyıblar.
Daha sonra tribuna önündən Sumqayıtdakı bütün ümumtəhsil məktəblərinin komandaları Azərbaycan Silahlı Qüvvələrinin qoşun növlərinin hərbi geyim formalarında nizami cərgələrlə keçiblər. Parad şəhər fidanlarının ifa etdikləri şən mahnılarla yekunlaşıb. Minlərlə sumqayıtlı paradın hərəkət etdiyi istiqamətdə fərəh doğuran mənzərəni seyr edib.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Azərbaycanlı jurnalistlər Ermənistana  və Qarabağa getsin, getməsin?
11:1123 aprel

Azərbaycanlı jurnalistlər Ermənistana və Qarabağa getsin, getməsin?

Aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı, Yerevan və Dağlıq Qarabağa səfərlərinin təşkil olunması barədə razılığa gəlinib. Lakin əldə olunan razılıq birmənalı qarşılanmayıb.

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.