İSTİ XƏBƏRLƏR
» » Mədəniyyət evlərinin aqibəti necə olacaq?

Mədəniyyət evlərinin aqibəti necə olacaq?


Sumqayıtın "İnşaatçılar" Mədəniyyət Evindən reportaj

Sumqayıtda məcburi köçkünlər üçün salınan yaşayış kompleksi yalnız bu əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması demək deyil, həm də şəhərin sosial infrastrukturuna töhfə verir. 
Sosial binalar - məktəblər, bağçalar, mədəniyyət evləri, klublarda yaşayan köçkünlər öz rahat evlərinə köçür və bu obyektlərin fəaliyyətini bərpa etməsi üçün imkan yaranır. 1005 məcburi köçkün ailəsi bu il bu sevinci yaşayıb.
Boşaldılan mədəniyyət evlərindən biri də "İnşaatçılar" Mədəniyyət Evidir.  
Əməkdaşımız bir neçə gün öncə İnşaatçılar qəsəbəsində yerləşən bu mədəniyyət evində olub. 
1956-cı ildə istifadəyə verilən bu mərkəz adıçəkilən qəsəbədə mədəni-kütləvi tədbirlərin əsas ünvanı olub. 90-cı illərdən etibarən isə burada məcburi köçkünlər məskunlaşıb. 

Nəhayət, bu ilin əvvəlində məcburi köçkünlər yeni yaşayış binalarına köçürülməyə başlanılıb. Üç ailə isə hələ də burdadır. 
Füzuli rayonundan olan Zamiq Hacıyev deyir ki, 1993-cü ildə yaşadıqları kənd işğaldan azad olunub, ancaq evi qəzalı vəziyyətdə olduğundan orada yaşamaq mümkün deyil: "O vaxt qradın qəlpələri evin üstünü dağıtmışdı, gəldilər şiferləri dəyişdilər, amma ev qəzalıdır. Çöldə qalası deyilik ki?! Müraciət etdim Füzuli rayon icra hakimiyyətinə. Dəfələrlə müraciət emişəm. Deyiblər ki, sizi evlə təmin etmək imkanlarımız daxilində deyil. Biz də gəlib burda yaşamalı olduq. Uşaqlarım da burda məktəbə gediblər. İndi biri 10-da oxuyur, biri 7-də. Evimi düzəltsəydilər, öz kəndimdə yaşayardım, uşaqlarım da elə kənddə yaşayardı. Camaat burdan köçürüləndə "Qaçqınkom"a müraciət etmişik, cavab gözləyirik".
Qubadlı rayonundan məcburi köçkün Könül Lətifova deyir ki, onların köçürülməməsinin səbəbi həyat yoldaşının xarici ölkə vətəndaşlığıdır: "Yoldaşım o vaxt getdi Rusiyaya işləməyə ki, ev filan alarıq. Orda da vətəndaşlıq aldı. 20 ildir ki, burdayıq. Uşaq vaxtından bu binada məskunlaşmışıq. Uşaqlarım da burda doğulub. Amma bizdən binadan çıxmağımızı da istəməyiblər, deyiblər ki, hələlik orda yaşayın, baxılacaq".

Üç ailədən biri isə binanın arxasına bitişik olaraq artırılmış tikilidə yaşayır. Ailənin xanımı Aidə Məmmədova deyir ki, həyat yoldaşı Qərbi Azərbaycandandır: "Mən yerliyəm, yoldaşım qaçqındır. Əvvəlcə Qubadlıdan olan məcburi köçkünlər köçürüldü. Yoldaşım Heydər Əliyev Fonduna müraciət etdi, icra hakimiyyətindən məktub gəlib ki, nəzarətdə saxlanılacaq". 
"İnşaatçılar" Mədəniyyət Evinin gələcək taleyinə aydınlıq gətirmək üçün Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi ilə əlaqə saxladıq.
İdarədən bildirdilər ki, binada yaşayan üç ailənin köçürülməsi də təmin olunduqdan sonra bina təmir ediləcək və təyinatı üzrə fəaliyyətini bərpa edəcək.

Mətin MƏMMƏDZADƏ
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO