İSTİ XƏBƏRLƏR
» » ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi


Qədim türklərin mədəni abidələri
İÇ OĞUZLAR İŞQUQLAR

Türklərin dünyaya hansı arealdan yayıldıqları bütün zamanların sualıdır.  Alimlər türklərin  dünyaya Asiyadan və  Azərbaycandan yayıldığı barədə mübahisəli müzakirələr aparırlar. AMEA Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə  deyir ki, türklər  dünyaya   Şərqi Anadolu və Urmiya gölü  ərazilərindən  yayılıb. Yurdumuzdan şumerlərin necə gəlib keçdiyini, İç Oğuz elində  daha kimlərin yaşadığını bilmək  istəyirsinizsə,  qədim tarix kitablarını vərəqləyin. O zaman görəcəksiniz ki, eradan əvvəl 8-ci əsrin əvvəllərinə aid Urartu mixi yazılı qaynaqlarında Azərbaycan ərazisində İşquq elindən bəhs edilir. Urartu hökmdarı I Argiştiyə aid kitabədə deyilir:"İşquq  elinə gedib çıxdım, orada dayandım". Məlum olur ki, bu el türklərin qədim ölkəsi olan İç Oğuz elidir. Bu daş yazı da Azərbaycan ərazisində İç oğuzların daha qədimdən yaşadığını təsdiq edən yüzlərləfaktdan sadəcə biridir.
 Urartu dilində yüzlərlə sözün müasir Azərbaycan türkcəsində bu günə qədər qorunub saxlanması da həmin qədimliyin təsdiqidir. O əsrlərdən bu günə gəlib çatan sözlər mövcuddur.  Məsələn, Azərbaycan türkcəsində olduğu kimi Urartu dilində də atay  ata deyilir. Yer - yer, su-su, ev-ev, el-il, oba-eba adlanır. Burada rast gəlinən tayfa və yer adları da bu günümüzə qədər gəlib çatan adların eynisidir. Bu yer adlarını, tayfa adlarını biz və dünya alimləri 3 min il bundan əvvəl yazılmış kitabələrdən  izləyə bilirlər. Bunları da oxuduqca bir daha əmin olursan ki, Mannada  Anadolu coğrafiyasında mövcud olan tayfa ittifaqlarının  başlıca etnik amili və ünsürü oğuz-türk tayfaları olub.  İşquq isə oğuz tayfalarının ilk adıdır.Bu nəzəriyyə  həm onu göstərir ki, türklər Azərbaycana Orta Asiyadan gəlməyib. Onlar burada hər zaman mövcud olub,  regiona yayılıblar. 

QARABAĞ ATLARI

Bu gün dünyada məşhur olan at cinslərindən biri də Qarabağ atlarıdır. Qarabağ atları eradan əvvəl mövcud olan Manna və Urartu mədəniyyətlərindən qalma yüzlərlə sənətkarlıq nümunələrində əks olunub. 
Bu sənətkarlıq nümunələri  indi London, Paris, Sankt-Peterburq, Nyu-York, Tehran, İstanbul və Bağdad muzeylərini bəzəyir. Belə ecazkar sənətkarlıq nümunələrinin böyük hissəsinin iskitlərə (yəni oğuzlara) məxsus olması da dünyanın məşhur alimləri tərəfindən öz təsdiqini tapıb. Onların yayıldığı areal  Şimali Suriyadan  Qafqazlara, qərbi Azərbaycanın Göyçə gölü ərazisinə qədər böyük bir coğrafi ərazini əhatə edirdi. Bu ərazilərdə məskunlaşan Qədim türkləryüksək zövqlə sənətkarlıq nümunələri hazırlayırdılar. Urartu və Manna zərgərlərinin düzəltdiyi zinət əşyalarının hazırlandığı üslub "İskit üslubu" kimi tanınır. Qeyd edək ki, oğuzların  belə sənətkarlıq inciləri qədim Troya hökmdarı Priyamın xəzinəsindən tapılıb. 
Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə  deyir ki, bu tapıntılar  Orta Asiya, Qafqazlar və Anadoludan Şimali Suriyaya qədər böyük bir coğrafiyanı əhatə edən iskit-oğuz türklərinin yaratdığı incəsənət  nümunələri idi.
İskit mədəniyyəti Manna mədəniyyətinin formalaşmasına da böyük təsir göstərib. Keçən əsrin 50-ci illərindən başlayaraq Mannanın qədim yaşayış məntəqələrindən olan Ziviyədə fransız arxeoloqu Andre Qodar, Həsənlidə isə amerikalı arxeoloq Robert Daysonun apardıqları qazıntılar zamanı iskit incəsənətinə aid xeyli artefaktlar aşkar edildi. Qazıntılar nəticəsində qədim türk tayfalarına aid qızıldan hazırlanmış döyüşçü yaxabəndləri, silahları, əmək alətləri tapıldı. Bu  nadir  qızıl və gümüşdən olan  eksponatların   üzərindəki təsvirlərdə   oğuzların, yəni iskitlərin süd və  kımız içdikləri piyalələri, silahları,  ox və nizələri, mindikləri atları, məişət avadanlıqlarının şəkilləri işlənib. Bu təsvirlərdə diqqəti çəkən həm də elat mədəniyyətinə malik oğuz atlarının təsviridir. Ramin Əlizadənin sözlərinə görə  Qarabağ atları da  həmin qədim türk atlarının cinsindəndir.

Mətnləri hazırladı: Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib
18:1730 aprel

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib

Azərbaycanın ən qədim əhalisi olan türklərin adları ilk mənbələrdə e.ə. 23-cü əsrdə çəkilir. Onların haqqında Akkad hökmdarı Naram Suenin dövrünə aid kitabələrdə bəhs edilir. Bu daş kitabələrin   Babil, Boğazköy və Tel Amarna arxivlərində  üzü köçürülmüş surətləri saxlanılır.  Elm  dünyasına  isə

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Mixi yazılar necə əmələ gəlib?
11:1524 aprel

Mixi yazılar necə əmələ gəlib?

  Bu gün kitabxanalarımızda, şəxsi kitab rəflərimizdə sevə-sevə yığıb bəslədiyimiz kitabxanaçılıq  ənənəsinin insan həyatındakı yaşı eramızdan  bir neçə min il əvvəl yaşamış aşşurlara və şumerlərə gedib çıxır. 

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO