İSTİ XƏBƏRLƏR
» » Təbiət və bizim kodlarımız

Təbiət və bizim kodlarımız



İstənilən canlını öldürmək üçün yəqin ki, hansısa qarşısıalınmaz aqressiya olmalıdır... Bu, yoxdur və sən zövq, əyləncə üçün bir canlını məhv edirsən. Ad da qoyursan - Ovçuluq!
İbtidai insanın qidalanmaq, sağ qalmaq üçün məşğul olduğu bu məşğuliyyət başqa motivdə olsa da, müasir insanın genetik kodunda hələ də yaşayır. 
Kübar boyalı vandalizm.
***
...Notr-Dam Qarabağda dağıdılan məscidlərə oxşayır. 
***
Populyar dialoqdur:
- Nazirlə milçəyin fərqi, bilirsiniz, nədir?
- Onların heç bir fərqi yoxdur, hər ikisini qəzetlə öldürmək olar.
Görün, nə qədər də ötkəm, lovğa səslənir. Qəzetin funksiyası budurmu? O, öldürməlidir, yoxsa islah etməli, problemi həll etməlidir?!
Ölkədə bir çox sayt rəhbərləri ilə söhbət etsəniz, görəcəksiniz ki, onlar əlindəkinə (yəni sayta) milçəköldürən (naziröldürən) kimi baxır.
Özündən müştəbeh, zərrə qədər ədalət marağında olmayan, jurnalistikaya iş yox, dəyər kimi yox, gəlir yeri kimi baxan çoxlu sayda media kapitanı və vəsiqəlilər...
...Azərbaycan 2000-2016-ci illərdə meşələrin qorunması indeksi üzrə dünya beşincisidir. 111-ci yerdən gəlmişik bu yerə. Bunu Azərbaycan Statistika Komitəsi demir ha. ABŞ-ın Kolumbiya və Yel Universitetlərinin elmi tədqiqatçııları deyir...
Amma nə indeks, nə elm, nə tədqiqat?!
Jurnalist yazır ki, ekologiya naziri ağacları kəsib, yeşik düzəldib, alma-armud satanlara satırmış... Yalansa, oksigenin burnundan gəlsin...
***
Təbiətə qarşı məsuliyyət hissimiz məhduddur.
Evdə axıb gedən suyu bağlayırıq, işdə isə yox. Evdə bunu ona görə edirik ki, sayğac yazır, ayın sonunda pulunu ödəyəcəyik.
İşdə isə vecimizə deyil...
Çünki təbiət vecimizə deyil...
Suyun boş-boşuna axıb getməsinin əslində, cəmiyyətə, dövlətə, təbiətə, nəhayətində, özümüzə zərərləri barədə düşünməmişik heç vaxt.
Təbiəti yalnız qoynunda kabab yeyə-yeyə sevirik...
***
İşdə çayınızı, suyunuzu, kofenizi, südünüzü evdən gətirdiyiniz şüşə, dəmir, mis... fincanlarda için.
İnsan orqanizminə toksik maddələrin 80%-i plastik qab-qacaqlardan keçir.

Vüsal Məmmədov
Rəy bildir +
Oxşar xəbərlər
Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO