İSTİ XƏBƏRLƏR
» » Şəhid ailələri ilə görüşdən – Fotolar

Şəhid ailələri ilə görüşdən – Fotolar

Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət dilədi, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi.
Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu deyən dövlətimizin başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğuladı. Bildirdi ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını dedi, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirdi. Dövlətimizin başçısı Cocuq Mərcanlının bizim əyilməz iradəmizin rəmzinə çevrildiyini, onun yenidən qurulmasının hərbi qələbə nəticəsində mümkün olduğunu vurğuladı. “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”, – deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi.
Prezident və xanımı onlarla xatirə şəkli çəkdirib, səmimi söhbət ediblər. Görüşdə daha bir maraqlı məqam isə dövlət başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim etməsi zamanı qeydə alınıb. Belə ki, yaşlı şəhid anasını ayağa qalxmağa qoymayan prezident özü ona yaxınlaşaraq plastik kartı təqdim edib.









Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtın sabiq deputatı vəfat etdi
17:1627 yanvar

Sumqayıtın sabiq deputatı vəfat etdi

Sumqayıtlı gəncin ABŞ-da qətlə yetirilməsindən valideynləri xəbərsizdir
17:3017 yanvar

Sumqayıtlı gəncin ABŞ-da qətlə yetirilməsindən valideynləri xəbərsizdir

Mərhumun qohumları azvision.az -a bildiriblər ki, E.Xəlilovun cənazəsi bu həftənin bazar günü Azərbaycana gətiriləcək. Yaxınlarının dediyinə görə, valideynləri onun Amerikada qətlə yetirilməsindən xəbərsizdir. "Elçingil iki qardaş idilər. Hazırda onun meyitinin Azərbaycana gətirilməsi ilə böyük

Salah Afrikanın ən yaxşı futbolçusu oldu
11:4109 yanvar

Salah Afrikanın ən yaxşı futbolçusu oldu

“Liverpul” futbol klubunun şərəfini qoruyan misirli hücumçu Məhəmməd Salah 2018-ci il üzrə Afrikanın ən yaxşı futbolçusu seçilib. Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bu, Seneqalın paytaxtı Dakarda keçirilən təntənəli mərasimdə elan olunub. Qeyd edək ki, Salah ardıcıl

Prezident yol tikintisinə pul ayırdı
11:2109 yanvar

Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev yanvarın 8-də “Balakən rayonunun Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.