İSTİ XƏBƏRLƏR
» » Dava edən məşqçi, matçı unudan menecer və məhv olan uşaq futbolu

Dava edən məşqçi, matçı unudan menecer və məhv olan uşaq futbolu



Ötən həftə Sumqayıt futbolu üçün xeyli yaddaqalan oldu. Həftəiçi tarixində ilk dəfə ölkə kubokunda finala vəsiqə qazanan "Sumqayıt"ın uğuru şəhərin futbol ictimaiyyətində olduqca sevinclə qarşılandı, amma geridə qoyduğumuz həftə "Sumqayıt" həm də şəhərin futbol təsərrüfatına yaraşmayan məqamlarla yadda qaldı.  
Ötən həftə AFFA İntizam Komitəsinin çıxardığı qərarlardan biri diqqəti cəlb etdi. Söhbət aprelin 24-də Gənclər Liqası çərçivəsində keçirilən "Səbail" - "Sumqayıt" (8:1) matçı ilə bağlı verilən cəzalardan gedir. Belə ki, həmin oyunun 60-cı dəqiqəsində "Sumqayıt"ın üzvü Elçin Abbasov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Həmin matçın sonlarına doğru isə "kimyaçılar"ın daha iki oyunçusu -  Cavidan Abbaszadə ilə Cəlal Cəbrayılov hakimi təhqir etdiyindən qırmızı vərəqə alaraq meydandan qovulub, Hər iki oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya cəzası alıb. Qarşılaşmada baş verən bütün bu xoşagəlməz hallar azmış kimi   "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov da ədalət təmsilçisini təhqir edib. AFFA İntizam Komitəsi onu daha sərt şəkildə - 5 oyunluq cəzalandırıb.
Təbii ki, olduqca ciddi cəzalardır. Amma bundan daha ciddi məqam isə 19 yaşlı futbolçuların bir-birinin ardınca hakimi təhqir etməsidir. Əgər bir komandadan dörd nəfər oyundan qovulursa, hətta baş məşqçi də siyahıdadısa, deməli, klubda heç nə qaydasında deyil. Bu isə daim futbol ənənələri ilə seçilən bir şəhərin təmsilçisi olan klub adına heç də xoş mənzərə deyil. Ən əsası da baş məşqçi Aqil Məmmədovun gənc oyunçulara bu cür nümunə olmaması lazımdır. Hətta hakim səhvi varsa da, ona bu qədər aqressiv reaksiya verilməsi doğru deyil. 
AFFA İntizam Komitəsinin "Sumqayıt"la bağlı digər bir qərarı isə U-17 liqasında "Neftçi" ilə səfər matçında iştirak etməyən "Gənclik şəhəri" təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyətin verilməsidir. Bu tip hallarda komandaya məğlubiyyət verilməsi qaydalara uyğun olduğundan normal qəbul etməliyik. Məsələ ilə bağlı normal olmayan məqam isə "Sumqayıt"ın peşəkarlığa yaraşmayan səbəbdən meydana çıxmamasıdır. Belə ki, "168 saat" qəzetinə daxil olan məlumatda texniki məğlubiyyətin klub meneceri Fərhad Həsənovun səhlənkarlığı üzündən alındığı bildirilir. Klub menecerinin  oyun saatını səhv salması və komanda məşqçilərini düzgün məlumatlandırmamasıdan dolayı oyunda gecikdən "kimyaçılar" üçün məğlubiyyət qaçılmaz olub. 
Səhv menecerin olsa da, yeganə günahkar Fərhad Həsənov deyil. Klub daxilində xaxtında sistemli iş qurulsaydı, ümumiyyətlə, bir nəfərdən asılılıq olmaz və belə bir hal yaşanmazdı. . Stadionda, klub bazasında bir lövhədə oyun saatları yazılmalı, mütəmadi izlənməli, dəqiqləşdirilməli, məşqçilər də bundan xəbərdar olmalıdırlar. Bu yoxdursa, deməli, fərdlərdən asılı olan klub günahkardır.
Ümumiyyətlə, daim öz yetirmələri ilə öyünən "Sumqayıt"da uşaq futbolunun hazırkı vəziyyəti ürəkaçan deyil. AFFA-nın təşkil etdiyi uşaq liqalarında qaliblər mövsüm bitmədən bəlli idi. Topaz Premyer Liqasında mübarizə aparan 8 klubundan 7-nin qaliblər siyahısında adı var. Düzdür, elita klublarının aşağı yaş qrupunda uğur qazanması, hansısa yarışda qızıl medal alması xüsusi vurğulanmalıdır. Ən azı ona görə ki, bu təbii haldır. Amma Premyer Liqa klublarından yalnız "Sumqayıt"ın heç bir komandasının mükafatçılar siyahısına düşməməsi təəssüf doğurur. Hardadı Sumqayıtda yetişən Nazim Süleymanovun,  Arif Əsədovun, Kamal Quliyevin, İsmayıl Məmmədovun, Meham Yunusovun, Mahir Şükürovun  və başqalarının davamçıları? Deməli, ənənələr var, istedadlar var, onları tapıb üzə çıxaran, yetişdirib püxtələşdirən düzgün idarəçilər, sağlam təməllər üzərində qurulan komanda yoxdur. "Sumqayıt" klubunun akademiyasına rəhbər təyin olunan Hakan Sünal fəaliyyətə avqust ayından başlayacaq. O, hazırda vəziyyətlə tanış olur, seçimlər aparır, gələn mövsümün strategiyasını müəyyənləşdirir. Yəqin klub rəhbərliyinə elə gəlir ki, "Sumqayıt"da durum o qədər yaxşıdır ki, türkiyəli Akademiya rəhbərinin bu mövsüm içləməsinə ehtiyac yoxdur.
Rəy bildir +
Oxşar xəbərlər
Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

"Sumqayıt" məğlub oldu:  Məşqçilər nələr dedi?
10:1223 aprel

"Sumqayıt" məğlub oldu: Məşqçilər nələr dedi?

Ötən həftə Topaz Premyer Liqasında 25-ci tura yekun vuruldu. Şəhərimizin yüksək dəstədəki təmsilçisi "Sumqayıt"  bu turda   "Səbail"lə qarşılaşırdı. Qələbə qazanmaq "kimyaçılar"a çempionatda yerini qorumaq baxımından böyük üstünlük qazandıracaqdı, amma  Ayxan Abbasovun komandası bu dəfə də matçı

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol  "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov,  Arif Əsədov, Mübariz Orucov,  Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov,  Mahir