İSTİ XƏBƏRLƏR
» » 26-cı kubok Sumqayıta gələ bilər!

26-cı kubok Sumqayıta gələ bilər!



Ötən həftə futbol üzrə ölkə kubokunda finalçılar məlum oldu. Həlledici görüşün bir addımlığında olan komandalardan ilk olaraq "Qəbələ" finala adladı. 
Doğma publika qarşısında "Qarabağ"a minimal hesabla qalib gələn "qırmızı-qaralar" cavab matçında 1:2 hesabı ilə yenilsə də, səfərdə vurulan qol hesabına rəqibini mübarizədən kənarlaşdırdı.  Elə digər yarımfinal oyununun taleyini də səfərdə vurulan qol müəyyənləşdirdi. Belə ki, ilk oyunda "ev"də "Zirə" ilə qarşılaşmada qolsuz heç-heçəyə razılaşan şəhərimizin komandası "Sumqayıt" ikinci qarşılaşmada 3:3 hesablı bərabərlik əldə etməklə finala vəsiqə qazandı. 
Beləliklə, mayın 19-da Naxçıvanda keçiriləcək həlledici oyunda "Gənclik şəhəri"nin komandası "Qəbələ" ilə üz-üzə gələcək. Onu da qeyd edək ki, "Sumqayıt" Azərbaycan kuboku tarixinə finala yüksələn 17-ci komanda kimi düşdü.
Bunadək keçirilən 25 finalda 16 komanda iştirak edib. Bu göstəricidə rekord "Neftçi"yə məxsusdur - 10 dəfə. "Qarabağ" 9, "Xəzər Lənkəran" və "Keşlə" hərəyə 5 dəfə finalda meydana çıxıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, ilk dəfə finala yüksələn "Sumqayıt" kimi 4-cü dəfə həlledici görüşə vəsiqə qazanan "Qəbələ" də heç vaxt kuboku qazanmayıb. Bu isə o deməkdir ki, turnirin yeni qalibi olacaq. İndiyədək 8 komanda titula yiyələndiyindən budəfəki qalib klub kubokun 9-cu sahibi kimi tarixə düşəcək. 
"Neftçi" və "Qarabağ" hərəyə 6, "Kəpəz" 4, "Xəzər Lənkəran"la "Bakı" hərəyə 3, Bakı "İnşaatçı"sı, "Şəfa" və "Keşlə" hərəyə bir dəfə mükafatı başı üzərinə qaldırıb.
Rəy bildir +
Oxşar xəbərlər
Heydər Əliyev "Neftçi"ni,  Banişevski və Kramarenkonu necə xilas etdi?
18:5710 may

Heydər Əliyev "Neftçi"ni, Banişevski və Kramarenkonu necə xilas etdi?

Üç gün sonra müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin doğum günüdür. Təbii ki, belə bir əlamətdar gün ərəfəsində Ulu Öndərin ölkəmiz üçün etdikləri, bütün sahələrdə göstərdiyi xidmətlərdən bəhs olunur. Heç şübhəsiz ki, Heydər Əliyevin ölkənin idman sahəsində də xidmətləri az olmayıb.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

“Ayaks” və “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb
09:0717 aprel

“Ayaks” və “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb

Aprelin 16-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə ilk iki vəsiqə qazanan komandaların adları məlum olub.

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol  "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov,  Arif Əsədov, Mübariz Orucov,  Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov,  Mahir