İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR


Lətifələrin reytinqi

5 - ci yer
Qadın qucağında uşaq küçədə qışqırır, insanları köməyə səsləyir. Uşağın rəngi gömgöydür, az qalır çatlasın...
Yoldan keçən bir adam ona yaxınlaşır:
- Uşağa nə olub?
Qadın:
- Bayaq iki dənə qəpik udub, heç nə edə bilmirəm, təcili yardım çağırdım, gəlib çıxmırlar.
Adam uşağı götürür, yapışır ayaqlarından, başı aşağı tutub möhkəm səlkələyir. Qəpiklər boğazından düşür, uşaq özünə gəlir, sakitləşir. 
Qadın uşağı qucağına götürür:
- Çox sağolun, balamı xilas etdiz. Siz olmasanız kim bilir necə olacaqdı. Yəqin həkimsiz.
- Dəyməz. Həkim deyiləm, vergi müfəttişiyəm.

4 - cü yer
Deyir, 
2 yapon bir araya gəlsə şirkət,
2 türk bir araya gəlsə dövlət, 
2 yəhudi bir araya gəlsə elmi nailiyyətlər, 
2 alman bir araya gəlsə avtomobil yaradar.
2 azərbaycanlı bir araya gəlsə isə, biri kredit götürər, o biri zamin durar.

3 - cü yer
Bir gün 2 sevgili çay qırağında söhbət edirlər. Birdən qızın ayağı sürüşüb çaya yıxılır boğulmağa başlayır. Oğlan bunu görüb qaçır. 
Qız qışqırır: 
- Hara gedirsən?
Oğlan:
- Kənddən adam çağırmağa.
Qız: 
- Axı kənd uzaqdadır.
Oğlan: 
- Mən sənə görə dünyanın o başına da gedərəm.

2 - ci yer
"Vokruq smexa" dərgisində həftənin lətifəsi.
- Sevgilim, may bayramlarında məni hara aparacaqsan?
- Anangilə aparacam.
- Bəs yeni ildə?
- Gəlib götürəcəm.

1 - ci yer
Gədəbəyin "Kartofçu" komandası ilə  İspaniya "Barselona"nın matçı öncəsi Ayrım Məmmə yuxusunda görür ki, möcüzə baş verir, "Kartofçu" "Barselona"ya qol vurur. Yuxuları həmişə çin olan Ayrım Məmmə sevinc içində  qoyunlarından birini satıb pulunu götürür, evlərinə ən yaxın Topaz məntəqəsinə gedib matçda hər iki komandanın qol vuracağına - 100 000 000 əmsalına 100 manat pul qoyur.
Oyun başlayan kimi 2-ci dəqiqədə  gözlənilmədən doğrudan da "Kartofçu"nun hücumçusu Mərdağa Seyranmuruşov "Barselona"nın qapıçısı Ter Steqenin qoruduğu qapıya qol vurur. 
Sevincindən az qala ürəyi dayanan Ayrım Məmmənin oyunun davamına baxmağa səbri çatmır, heç nə söyləmədən kənd camaatını səy Təvəkkülün kafesinə yığıb üç gün, üç gecə yeyib-içmək verir.
Nəhayət, dördüncü gün kuponunu da götürüb  gedir evinə ən yaxın Topaz məntəqəsinə.
Kuponu əməkdaşın qarşısına atıb deyir:
- Ay gədə, qağanın yüz milyonunu sən verəssən, yoxsa Bakıya getməliyəm?
Əməkdaş kuponu yoxlayır, deyir, ay əmi, sənin kuponun uduşsuzdur axı. "Kartofçu"-"Barselona"ya "qol-qol" yazmısan, "yox qol" qeydə alınıb. 1-0 "Kartofçu" qalib gəlib.

Elan

Gələnilki Novruz bayramında meydanlarda, şəhər parklarında, supermarketlərin qarşısında düzənlənən şənliklərdə iştirak etmək üçün 32 keçəl, kosa və bahar qızı mövsümi işə qəbul olunacaq. İngilis dilini və kompüteri bilmək əsas şərtdir.

Dodaqqaçdı 

Bir zırpı oğlan subay qıza yaxınlaşıb soruşur:
- Sən indiyə qədər ağatlı oğlanı gözləyirsən?
Qız onu təpədən-dırnağa süzüb "hə" deyir.
Belədə oğlan təntənə ilə söyləyir.
- Buyur, mən gəlmişəm.
- Atı başa düşdüm. Bəs oğlan hanı?

Sual-cavab 

Facebook sosial şəbəkəsində "Əgər ölməyinizə saniyələr qalsaydı, son sözünüz nə olardı?" sualı qoyulub. Cavablardan feyziyab olun:
- Deyərdim, Allahım, günahlarımı bağışla!
- Deyərdim, heç kəs məni anlayammadı.
- Kəlmeyi-şəhadət oxuyardım.
- Deyərdim, ata, gəlirəm yanına.
- Deyərdim, balalarım, sizi sevirəm!
- Nə yatdım ki, nə yuxu görəm?
- Mənə borclu olanların adlarını açıqlayardım.
- Əzrayıl, qadan alım, bir-iki gün də möhlət ver, - deyərdim.
- Ətrafımdakı insanlara deyərdim ki, gedin özünüzə gün ağlayın.
- Deyərdim, axır ki, canım bankdan qurtardı!
- Uşaqlara,wi-fi-in parolunu deyərdim.

Sitat

"Bütün kişilər ağıllı, gözəl, baxımlı, cazibədar, gənc, mənzilli, avtomobilli, zinyət əşyalarına sahib, ən əsası sadiq və təmənna güdməyən qadın axtarırlar. Sual yaranır: - Siz belə bir qadının nəyinə gərəksiniz?"
Ancelika Coli

Sicilləmə

Tanrı qadına göz verdi, qadın linza taxdı.
Tanrı qadına saç verdi, qadın  rəng qoydu.
Tanrı qadına boy verdi, qadın kabluk geyindi.
Ay  kişilər, əgər hətta Tanrı belə qadını razı sala bilmədisə, siz necə razı salacaqsınız?

Kəlam

Həkimə sərf edir ki, siz xəstələnəsiniz. Mollaya sərf edir ki, siz öləsiniz. Polisə sərf edir ki, siz cinayət edəsiniz. Vəkilə sərf edir ki, siz tutulasınız. Masın ustasına sərf edir ki, maşınınız xarab olsun.
Biz oğrulara isə sərf edir ki, sizin çoxlu pulunuz olsun.
Indi deyin, ay camaat, ən xoş niyyətli kimdir?

Həftənin mıxı

Azərbaycanın özəl telekanallarının və özəl radiolarının əcaib-qəraibb, əndrəbadi proqramlarında "+ 75" yazmaq  lazımdır.
Çünki bəlkə ən dünyagörmüş, ən aqil insanlar anlayar ki,  proqram müəllifləri nə demək istəyirlər.

Yazışma 

(Türk bəylə azərbaycanlı xanımın Facebook yazışması)
- Merhaba, küçük hanım.
- Küçük sənin nəslindir
- Anlamadım.

Məsləhət

Heç kimlə evlənməyin. Bu gün sizinlə evlənən sabah başqasıyla evlənər.

Sitat 

"Ürəyimdəki boşluğu  OBA market görsə, arendaya götürər". (Dərdayıl)
Rəy bildir +
Oxşar xəbərlər
Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.

OXUMASANIZ DA OLAR
18:3430 aprel

OXUMASANIZ DA OLAR

Bir gün bir Zapı yolda qalır. Bir Ferrari yoldan keçərkən sürücüsü bunu görür, maşını saxlayaraq Zapı sürəndən soruşur: - Qardaş, sənə nə kömək eləyim?

Oxumasanız da olar
10:4625 aprel

Oxumasanız da olar

2014-cü ilin söhbətidir, bir gün Azərbaycana qastrola gələn bir iranlı tarzənlə görüşərkən Habil Əliyev ona sual verir: - Sən neçənci ildə doğulmusan? Iranlı dərhal deyir: - 1405-ci il təvəllüdlüyəm. Habil Əliyev barmaqları ilə nəyisə xeyli hesablayıb söyləyir: - Maşallah yaxşı qalmısan.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO