İSTİ XƏBƏRLƏR
» » Bunları bilirsinizmi?

Bunları bilirsinizmi?

1. Hər hansı bir dilin həmişə qorunması üçün o dildə ən azı 100 min insan danışmalıdır.
2. Avropada ən qədim universitet İtaliyanın Palermo şəhərində, XI əsrdə yaradılmış tibb universiteti sayılır.
3. Rus-Yapon müharibəsi dövründə yapon əsgərləri çantalarında Azərbaycanın Naftalan şəhərində çıxarılan neftdən hazırlanan "Naftalan məlhəmi" olan kiçik qablar gəzdiriblər. Həmin qabların üzərində qısa, lakin çox ümidverici yazı olub "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın".
4. Dünyada adında Qvineya sözü olan beş ölkə var. Qvineya, Qvineya Bisau, Ekvatorial Qvineya, Yeni Qvineya, Papua-Yeni Qvineya.
5. 1932-33-cü illərdə Stalinin əmri ilə Ukraynada süni aclıq yaradılması nəticəsində Ukrayna əhalisinin təqribən 25-30%-i məhv edilmişdir.
6. Adı Qırmızı kitaba düşən Muğan, Salyan və Lənkəran düzənliklərində rast gəlinən məzar qartalinin sayı o dərəcədə azalıb ki, hətta 200-250 km məsafədə onların bir cütünə ancaq təsadüf olunur.
7. Quşlar nəfəs aldıqları havanın dörddə üç hissəsini bədənlərini soyutmaq üçün istifadə edirlər. Çünki quşlar tərləyə bilmirlər.
8. Antraktida materikinin 98%-i orta qalınlığı 1,6 kilometr olan buz layı ilə örtülüdür.
9. Alban hökmdarı Cavanşirin arvadlarından biri Xəzər xaqanının qızı olmuşdur.
10. Avropada 1533-cü ilə qədər kral titulu yalnız Roma Papası tərəfindən verilirdi.
11. Yer kürəsi öz oxu ətrafında   23 saat 56 dəqiqə 4 saniyə ərzində fırlanıb dövrə vurur.
Rəy bildir +
Oxşar xəbərlər
Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib
18:1730 aprel

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib

Azərbaycanın ən qədim əhalisi olan türklərin adları ilk mənbələrdə e.ə. 23-cü əsrdə çəkilir. Onların haqqında Akkad hökmdarı Naram Suenin dövrünə aid kitabələrdə bəhs edilir. Bu daş kitabələrin   Babil, Boğazköy və Tel Amarna arxivlərində  üzü köçürülmüş surətləri saxlanılır.  Elm  dünyasına  isə

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Ermənistanda iqtisadi problemlər  demoqrafik gərginliyi artırır
10:4416 aprel

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO