İSTİ XƏBƏRLƏR
» » 5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu

5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu



Mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi "Mersedes" markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobilin toqquşmuşdur. 
Yolun sağ hissəsində olan dərəyə aşması nəticəsində "Mersedes" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyev hadisə yerində həyatlarını itirmişlər. 
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.
Yük avtomobilinin sürücüsünün hadisə yerindən qaçması faktı da nəzərə alınaraq Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılmışdır. 
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
Aparılmış istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.
İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Əlavə məlumatları oxucularımız 168saat.com saytından əldə edə bilərlər.
Rəy bildir +
Oxşar xəbərlər
Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?
18:0408 may

Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?

Təşəbbüskarı olduğu və qoşulduğu nəqliyyat layihələri sayəsində Azərbaycan nəinki regionun, beynəlxalq tranzit marşrutunun mühüm iştirakçısı, vacib həlqəsinə çevrilib. Ötən həftə Pekində keçirilən "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ölkəmizin bu sahədəki beynəlxalq nüfuzunu,

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı
10:5323 aprel

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı

"Formula-1" Azərbaycan Qran Prisininin başlanmasına cəmi 3 gün qaldı. "Formula -1" yarışları Bakıda 26-28 aprel tarixlərində keçiriləcək. Bakı Şəhər Halqasından verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Azərbaycandan 90 nəfər KİV nümayəndəsi akkreditasiyadan keçib. 

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
17:0317 aprel

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Prezident yol tikintisinə pul ayırdı
11:2109 yanvar

Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev yanvarın 8-də “Balakən rayonunun Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən