İSTİ XƏBƏRLƏR
» » Türkiyə hotellərində böyük qiymət artımı gözlənilir

Türkiyə hotellərində böyük qiymət artımı gözlənilir



Bu il Türkiyə hotellərinin qiyməti artıq qış aylarından bahalanmağa başlamışdı, sezon pikinə bu  artım rəqəmi 10-15 % civarında olacaq. 
Bu barədə “168 saat"  İnterfaks agentliyinə istinadən məlumat verir.
Türkiyə hotellərində bir nömrənin qiyməti mart ayında 63,3 avro təşkil edirdi ki, bu da ötənilkindən 4,6 % yüksək idi. Istanbulda bir nömrənin orta qiyməti 73,9 avro idi ki, bu da ötənilkindən 3,9 % yüksək idi. Əvəzində, Antalyada qiymət 47,8 avroya bərabər idi ki, bu da ötənilkindən 3 % aşağı nəticəydi. 
Gözlənilir ki, yay mövsümündə Türkiyə hotellərində qiymətlər minimum 10-15 % yüksələcək. Və o da gözlənilir ki, 2019-cu il mövsümündə Türkiyə hotellərində dincəlmək bir il öncəkindən 25-30 % baha başa gələcək. 
Türkiyə iş adamları təkcə Rusiya və MDB məkanından yox, habelə Britaniya, Almaniya, Avstriya, Niderland, Polşa kimi ölkələrdən, Şərqi Avropa ölkələrindən də  böyük turizm axını olacağını görüb ( təkcə aprel ayında ölkəyə 1 milyon xarici turist gəlib) bundan yararlanmağa çalışırlar.
Dünya Turoperator Agentliklərinin  fikrincə, Türkiyə hotelləri qiymətləri kəlləçarxaya qaldırmaqla krizis illərində itirdiklərini kompensasiya etmək istəyirlər. Əziyyəti isə xarici turistlər çəkəcəklər.

"168 saat" İNFO

Rəy bildir +
Oxşar xəbərlər
Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət
10:0513 fevral

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət