İSTİ XƏBƏRLƏR
» » “Qaçqınkom” sədrinin bahalı xidməti avtomobil almasına MÜNASİBƏT

“Qaçqınkom” sədrinin bahalı xidməti avtomobil almasına MÜNASİBƏT

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin bahalı xidməti avtomobil almasına münasibət bildirilib.

Komitədən Oxu.Az-a verilən məlumata görə, son günlər bəzi elektron kütləvi informasiya vasitələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xidməti avtomobili ilə əlaqədar məlumat yayaraq, ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər. 
Bununla əlaqədar olaraq bildirilib ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərinin təyinatı çərçivəsində baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib, Dövlət Komitəsinə yeni sədr təyin edilib.  
Bu zaman xidməti avtomobilin baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb.
Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib.
Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.
Rəy bildir +
Oxşar xəbərlər
İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir
18:1428 yanvar

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir

Dəniz Agentliyindən təhlükəli hava ilə bağlı - XƏBƏRDARLIQ
11:2209 yanvar

Dəniz Agentliyindən təhlükəli hava ilə bağlı - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub. Bu barədə Oxu.Az-a Dövlət Dəniz Agentliyindən bildirilib.

Prezident yol tikintisinə pul ayırdı
11:2109 yanvar

Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev yanvarın 8-də “Balakən rayonunun Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı
11:2009 yanvar

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı

Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.