İSTİ XƏBƏRLƏR
» » ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi. Turukkular kimlər idi?

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi. Turukkular kimlər idi?



Qədim Azərbaycan tarixini vərəqləyəndə, daş kitabələrdə qarşımıza "Trukkular" adlı bir xalq çıxır. Kim idi trukkular? Eramızdan 23 min əvvəl mövcud olmuş Şamtamhari mətnlərində trukkular barədə məlumat verilir. Şamtamhari mətnlərində türklərdən danışılarkən, onlardan şəhəri və hökmdarı olan etnos kimi bəhs edilir. 
AMEA Abasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə trukkular və arattalılar haqqında araşdırma aparan gənc tarixçi alimdir. Alim bildirir ki, Ön Asiyada türklərin ilk adı kimi qarşımıza çıxan etnonim onu deməyə əsas verir ki, bu ad Milli kimliyimizdir. Çünki Orta Asiya coğrafiyasında 5 min illik yaşı olan və türk adının xatırlandığı ikinci belə belə bir yazılı qaynaq yoxdur. Ön Asiyada, Şərqi Anadoluda 5 min illik türk adı və Türk dövlətçilik tarixinin başlanğııcı qədim türk dövlətçiliyinin formalaşdığı Azərbaycan ərazisi ilə bağlıdır. Manna dövlətinin tərkibində olan bir çox türk tayfalarının adları itib batsa da, türklər bu günədək eyni adla tanınırlar. Mənbələrdə həm də Trukku ordusu ilə aşşurların qarşılaşmasından bəhs olunur.
Bəzən tarix barədə mübahisələr düşəndə Arattalılar türk olub-olmaması məsələsi müzakirə predmetinə çevrilir. AMEA-nın tarixçi ailm Ramin Əlizadə bu sahədə tədqiqtlar aparan bir peşəkar kimi arattalılar haqqındakı maraqlı məqamlara aydınlıq gətirir. "Aratta dövlətindən ilk dəfə Şumer mixi yazılı qaynaqlarında bəhs edilib. Arattalılar həm də qədim Azərbaycan türklərdirlər. Şumerlərin Urmiya gölünün cənub-şərqindəki arattalılarla əlaqələri haqqında kitabələrdə bəzi məlumatlar bugünədək gəlib çatıb. Aratta Azərbaycanın cənubunda yerləşən ilk dövlət qurumudur. Aratta türk coğrafiyasının əhatə edən Azərbaycanın cənubunda yerləşən bir dövlət qurumu olub. Hələ siyasi sərhədlər yaranmayanda, Əfqanıstanı, Suriyanı, Şərqi Anadolunu əhatə edib. Mənbələrdə , Arattadan şumerə lazurit-lacivərd daş aparılırdıği qeyd olunur. Qədim insanlar özləri üçün yaratdıqları tanrıların, qrifonların gözlərini Azərbaycandan aparılan lacivərd daşlardan istifadə edərək düzəldirdilər.
Şumerlərin Urmiya ətrafında əlaqələrin qurulmasında Ön Asiya regionunda ən geniş yayılmış qədim dillərdən biri olan türk dili mühüm rol oynayıb.
 Qədim kitabələri araşdırılanda məlum olur ki, Şumerlərlə arattalılar eyni dildə danışmaqla yanaşı, hətta eyni Tanrılara sitayiş ediblər. Həmin dövrün Azərbaycan türkləri eyni zamanda Elat mədəniyyətinin daşıyıcıları idilər. Yaşadıqları ərazilərdə yerli dövlətçilik ənənlərinin əsasını qoymuşdular. 
Bu faktları araşdıranda məlum olur ki, Aratta Şumerlə eyni vaxtda mövcud olan dövlət kimi , regionda ilk türk tayfalarının kompakt halda yaşadığı ölkədir. Arattadan sonra lullubilər, qutilər, turukkilər daha geniş ərazilərə yayılırlar. Bununla da Azərbaycanın ilk tarixi-coğrafi sərhədləri formalaşdı. Belə deyə bilərik ki, ilk tarixi dövlət sərhədlərinin formalaşması da türklərdən gələn ənənədir.
Bu regionda yaşayan xalqlar həm də elat tayfaları idilər. Ön Asiya tarixində atı əhilləşdirib, atdan istifadə edən xalq yarımköçmə heyvandarlıqla məşğul olan elatlardır. Əkinçiklik onların ikinci dərəcəli məşğuliyyəti olub. "Elat" o deməkdir ki, onlar məskun olduqları yurdlarda yaşayıb, lakin məişətlərində yaylaq-qışlaq mədəniyyəti tətbiq ediblər. Azərbaycan əhalisinin qədim məişət mədəniyyətini öyrənəndə görürsən ki, Cənub-Şərqi Anadolu torpaqlarında, Zaqros və Toroslarda, Həmədanda yaylaqları olub. Bu yaylaqlar Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ən çox istifadə olunan torpaqlar hesab olunurdu.
Azərbaycanın Yuxarı Zab, Kür, Araz, Qızılüzən kimi bol sulu çayların ətrafında yaşayan qədim türk tayfalarının əsas məşğuliyyəti əkinçilik, atçılıq, yaylaq-qışlaq heyvandarlığı idi. Sonradan bu tayfalar arasında iqtisadi və siyasi zəmində parçalanma baş verdi. Lakin Manna, İskit və Mada dövlətlərində hakim sülalələr bu parçalanmanın qarşısını alaraq mərkəzləşdirilmiş dövlətlər qurmağı bacardılar.

Söhbəti qələmə aldı: Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi
13:3310 may

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi

Türklərin dünyaya hansı arealdan yayıldıqları bütün zamanların sualıdır.  Alimlər türklərin  dünyaya Asiyadan və  Azərbaycandan yayıldığı barədə mübahisəli müzakirələr aparırlar. AMEA Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə  deyir ki, türklər  dünyaya   Şərqi Anadolu və Urmiya

ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib
18:1730 aprel

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib

Azərbaycanın ən qədim əhalisi olan türklərin adları ilk mənbələrdə e.ə. 23-cü əsrdə çəkilir. Onların haqqında Akkad hökmdarı Naram Suenin dövrünə aid kitabələrdə bəhs edilir. Bu daş kitabələrin   Babil, Boğazköy və Tel Amarna arxivlərində  üzü köçürülmüş surətləri saxlanılır.  Elm  dünyasına  isə

Mixi yazılar necə əmələ gəlib?
11:1524 aprel

Mixi yazılar necə əmələ gəlib?

  Bu gün kitabxanalarımızda, şəxsi kitab rəflərimizdə sevə-sevə yığıb bəslədiyimiz kitabxanaçılıq  ənənəsinin insan həyatındakı yaşı eramızdan  bir neçə min il əvvəl yaşamış aşşurlara və şumerlərə gedib çıxır. 

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO