İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


 Gürcülər

 Bu həftə Gürcüstanın Loqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verdi. Belə ki, polis azərbaycanlıya məxsus avtomobili heç bir qanun pozuntusuna yol verməsə belə saxlayıb, onun xəstəxanaya tələsdiyinə də əhəmiyyət vermədi. Yaranan mübahisəyə görə avtomobildəki hər 3 azərbaycanlı həbs edildi. Kənd sakinləri isə həmyerlilərinin saxlanılmasına etiraz edərək kənd mərkəzinə etiraz yürüşü keçirdilər. Məsələyə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov müdaxilə  etməli oldu.
 Bunu lütfən sıradan bir hadisə hesab etməyin!
 Xatırladaq ki, bir ay öncə Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla həmsərhəd rayona səfər edərək Gürcüstanla Azərbaycan arasında dövlət sərhəddinin 30 faizinin mübahisə predmeti olduğunu bildirmişdi. Konkret olaraq Keşikçidağ monastr kompleksinin timsalında Azərbaycana torpaq iddiası etmişdi.
 Illər öncə ermənilər də hər şeyi bu cür başlamışdılar.
 Həyacan təbili çalmasaq yenə başımız ağrıyacaq.

 Efirimiz

 Bu həfrə "Xəzər" televiziyasının "Anamın yeməyindən" adlı səhər proqramında çox maraqlı bir səhnə izlədik. Proqramın qonağı olan Musa Musayev - Təranə Qumral cütlüyünə (onlar ər-arvaddırlar) aparıcı belə bir sual verdi:
 - Olubmu ki, Musa,  gecə saat 3-də, 4-də Təranə xanımı yuxudan oyadıb ondan düşbərə-qutab bişirməyi tələb eləsin?
 Musa Musayev də bu sualı belə cavablandırıb:
 - Xeyir, mən həyat yoldaşıma hörmət edirəm, onu şirin yuxudan oyatmaram.
 Siz deyin, bu aparıcı yəni anlamır ki, gecə saat 3-də - 4-də kişinin öz qadınını yuxudan oyadıb ondan "düşbərə-qutab" bişirməyi tələb etməsi anormallıqdır?!
 Əvvəla, gecə yemək üçün yox, yatmaq üçün nəzərdə tutulur. 
 Yemək də nə yemək, düşbərə-qutab! Yox bir, xaş!


 Ingilislər

 Bu həftə futbol üzrə Avrokuboklarda təkrar yarımfinal matçları keçirildi və tarixdə ilk dəfə olaraq həm Çempionlar liqası, həm Avroliqanın finalında iştirak edən cütlüyün eyni ölkədən olması qeydə alındı. Beləliklə, mayın 29-da Bakıda Olimpiya stadionunda UEFA Avroliqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" klubları, iyunun 1-də Madriddə, Metropolitano stadionunda UEFA Çempionlar liqasının finalında İngiltərənin "Liverpul" və "Tottenhem" klubları üz-üzə gələcəklər.
 "6 xətt" ağıllı robot olan Sofiyadan bəs Azərbaycan təmsilçilərinin birdən-birə dördünü  Avroliqanın hər iki finalında nə zaman görə biləcəyimizi təxmin etməyi xahiş edib. Robot bildirib ki, əlbəttə bu mümkündür. Qlobal istiləşmə nəticəsində Yer üzündə  həyatın sonu gələrsə və təsadüfən bir ölkə salamat qalarsa və həmin ölkə də Azərbaycan olarsa,  belə bir şey   mümkün ola bilər. O da, təqribən, üç milyard ildən sonra.

 Mirzə baba

 9 may - Faşizm üzərində qələbəmizin növbəti ildönümünü qeyd edərkən ən diqqət çəkən veteran 1919-cu il mayın 20-də Lənkəranın Kənarmeşə kəndində doğulan Mirzə Əkbərov  oldu. Deməzsənmiş, 1942-ci ildən ön cəbhəyə yollanan, Ukrayna döyüşlərində yaralanan, peşəcə müəllim olan bu 100 yaşlı veteranın 9 övladı, 36 nəvəsi, 120 nəticəsi və 5 kötükcəsi var.
 9 may günü cəbhə xatirələrini bölüşən Mirzə baba onu da söylədi ki, 1943-cü ildə düşmən təyyarələrinin bombardmanına məruz qalarkən yaralananda əsgər yoldaşları onu ölü bilərək dəfn etmək istəyiblər.
 Demək, Allah Mirzə babaya çox uzun ömür verəcək. Biz, adətən, insanlara yüz yaşa deyirik! Mirzə baba bizə öyrətdi ki, bu rəqəmi bir az böyüdək. 
 Iki yüz yaşa, Mirzə baba!


 Bəxtəvər

 Bu həftə Britaniya taxtının yeddinci varisi olan, şahzadə Harri ilə Meqan Marklin dünyaya gətirdiyi oğlan uşağı ona çəkilən xərclərlə gündəmə gəldi. 
 Nyu-Yorkda Meqan Marklin rəfiqələri ilə bircə təşkil etdiyi "Baby shower" partisinə - 200 000 dollar.
 Meqanın ABŞ-a özəl təyyarə ilə uçub geri qayıtmasına - 125 000 dollar.
 Meqan və Harrinin malikanələrində yeni sakin üçün yenidənqurma işlərinə 50 000 funt
 Meqanın hamiləlik dönəmində akunpunktur terapiyası xərclərinə - 8700 avro
 Meqanın hamiləlik paltarlarına - 385 000 avro
 Uşağın doğulduğu xəstəxanaya - 15 000 avro
 Şahzadə Harrinin dostları üçün təşkil etdiyi banketə - 270 000 funt
 Ümumilikdə milyon dollardan artıq bir məbləğ.
 Bəxtəvər körpə. Sağ əlin valideynləri doğum evinə verməyə pul tapmadığı üçün ev şəraitində dünyaya gələn və qonaqlığı 1 zavod çörəyi, 1 kilkə konservi və 1 çubuşdan ibarət  olan  bəzi  bizimkilərin başına.



 Bizim Eskobar

 Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin  qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Taleh Mehdiyev   saxlanıldı. Mehdiyevin saxlanılması ötən ay saxlanılan Eskobar ləqəbli narkotacir Məhəmməd  Məmmədzadəni yenidən gündəmə gətirdi. Belə ki, Mehdiyev də azərbaycanlı Eskobarın yaratdığı cənayət şəbəkəsinin bir üzvüdür.
 Dünyanın ən məşhur narkobaronu olan kolumbiyalı Pablo Eskobarı özünə kumir seçən, Azərbaycana qanunsuz olaraq nakotik vasitələr gətirərək onların satışını təşkil edən Məhəmməd Məmmədzadə həm özünün cinayət qrupuna neçə-neçə insanı cəlb edirdi, həm də neçəsini satışını təşkil etdiyi narkotiklərlə zəhərləyirdi.
 Kolumbiyadan tarixə dünyaca  məşhur 2 şəxs düşüb. Biri- adını çəkdiyimiz mənfi personaj- narkobaron Pablo Eskobar, ikincisi isə müsbət personaj-dünyaca məşhur yazıçı Qabriel Markes. Qəribədir, niyə  sinəsinə Markesin tatuirovkasını vurub onu özünə ideal seçən azərbaycanlı mövcud deyil, amma, Məmmədzadə kimi Eskobar aşiqi mövcuddur?
 Axi niyə? Bəlkə düşünək?!

Həftənin salnaməsini VARİS yazdı
Rəy bildir +
Oxşar xəbərlər
Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
17:5608 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə