İSTİ XƏBƏRLƏR
» » Avropa enerji bazarına doğru

Avropa enerji bazarına doğru



Azərbaycan enerji ölkəsi kimi mövcud potensialını uğurla realizə edir. Neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması ölkəmizə böyük həcmdə iqtisadi dividentlər qazandırıb.
Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, ardıcıl islahatlar, sosialyönümlü yanaşma, neft gəlirlərinin insan kapitalına və sosial problemlərin həllinə yönəldilməsi isə xalqın rifahının yaxşılaşmasını təmin edib. 
İqtisadiyyatın uğurlu diversifikasiyası, çoxspektrli imkanlarının  və resurslarının müəyyən edilib dünya bazarlarına çıxarılmasına yönəlmiş siyasət ənənəvi neft ölkəsi kimi tanınan Azərbaycanın yeni resurslarla yeni bazarlara çıxışını təmin etdi. Təsadüfi deyil ki, Azərbaycan artıq həm də elektrik enerjisinin etibarlı ixracatçısı kimi tanınır.
Ölkəmizin etibarlılığı onun öz resurslarından siyasi rıçaq kimi istifadə etməməsi, əlaqələri sağlam, bərabarhüquqlu əməkdaşlıq prinsipi üzərində qurması, bütün ehtiyatlarından və infrastrukturundan xalqların rifahı üçün istifadə etməsi ilə şərtlənir. Azərbaycan bölgədən keçən bütün tranzit xətlərdən bölgə xalqlarının səmərəli istifadəsi üçün lazımincə dəstək verir. Və ya qaz, enerji böhranları zamanı Azərbaycanın qonşu ölkələrə verdiyi dəstək uzaq keçmişin faktları olmadığından yaxşı xatırlanır.
Budur, Azərbaycan həm də Avropanın enerji təchizatında əhəmiyyətli rol almağa başlayır. Prezident İlham Əliyevin elektroenergetika sahəsinə yönəlmiş strategiyasına uyğun olaraq, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Bu vaxta qədər  ölkəmiz  Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edirdi. Artıq mayın 1-dən isə "Azərenerji" Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana, eyni zamanda, Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit yolu ilə Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. May ayı üçün enerji idxalı ilə bağlı Yunanıstandakı hərracda 7, Bolqarıstandakı hərracda 5 şirkət iştirakçı olub ki, onların hər ikisində "Azərenerji" uğur əldə edib. Azərbaycanın qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac edəcəyi gözlənilir.
"Azərenerji" ixrac imkanlarının artırılması ilə yanaşı, enerji sisteminin etibarlılığının təmin edilməsi, o cümlədən artan tələbatın qarşılanması üçün "Reabilitasiya Proqramı"na uyğun olaraq, itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.
Prezident İlham Əliyevin energetika sahəsinin potensialının tam realizəsi ilə bağlı qarşıya qoyduğu hədəflər, bu istiqamətdə həyata keçirilən tədbirlər xüsusilə üç prioritetin həllinə hesablanıb:
Birincisi, resursların müəyyən edilməsi, mövcud ənənəvi və alternativ enerjisi istehsalı imkanlarından tam istifadə.
İkincisi, daxili enerji tələbatının tam və təhlükəsiz şəkildə təmin olunması, elektrik enerjisi sisteminin modernləşdirilməsi.
Üçüncüsü, Azərbaycanın elektrik enerjisi ixracatçısına çevrilməsi və bu alıcı arealının genişləndirilməsi.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu istiqamətə xüsusi diqqət ayırdı: "İlin sonuna qədər elektrik enerjisi ilə bağlı modernləşdirmə prosesi davam etdiriləcək. Mövcud stansiyaların potensialının gücləndirilməsi üçün işlər aparılır. Yenidənqurma, bərpa, modernləşmə işləri nəticəsində biz mövcud stansiyalarda ən azı 400-500 meqavat əlavə enerji gücü əldə edə bilərik. Artıq bütün hesablamalar var və əminəm ki, biz bu işdə uğur qazanacağıq. Beləliklə, hesab edirik ki, ancaq modernləşmə nəticəsində bir böyük yeni stansiya qurulacaq. Əgər biz "Şimal-2" stansiyasının tikintisini də əlavə etsək, - o da təqribən 400-500 meqavat gücünə malik stansiya olacaq, - bizim enerji potensialımız daha da artacaq və ölkəmizin artan sənaye potensialı, artan əhali əlbəttə ki, gələcəkdə də etibarlı qaydada elektrik enerjisi ilə təmin ediləcəkdir".
Göründüyü kimi, Azərbaycan enerji istehsal mexanizmlərini və infrastrukturunu artan tələbata və qarşıya qoyulan ixrac məqsədinə uyğunlaşdırır.
Yuxarıda qeyd etdiyimiz üçüncü istiqamət üzrə addımlar, yəni Azərbaycanın dünya bazarına həm də enerji istehsalçısı kimi daxil olması ölkəmizə iqtisadi gəlirlərlə yanaşı, siyasi dividentlər də qazandırır. Yeni partnyorluq əlaqələri yeni siyasi tərəfdaşlar deməkdir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu müəyyən edir.
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?
18:0408 may

Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?

Təşəbbüskarı olduğu və qoşulduğu nəqliyyat layihələri sayəsində Azərbaycan nəinki regionun, beynəlxalq tranzit marşrutunun mühüm iştirakçısı, vacib həlqəsinə çevrilib. Ötən həftə Pekində keçirilən "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ölkəmizin bu sahədəki beynəlxalq nüfuzunu,

Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Ermənistanda iqtisadi problemlər  demoqrafik gərginliyi artırır
10:4416 aprel

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO