İSTİ XƏBƏRLƏR
» » Sumqayıtın sənaye müəssisələrində ilin əvvəlindən 350 milyon manatlıq məhsul istehsal edilib

Sumqayıtın sənaye müəssisələrində ilin əvvəlindən 350 milyon manatlıq məhsul istehsal edilib


“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Sumqayıt şəhərində iplik istehsalı müəssisəsinin qurulması, sabun və gigiyenik məhsullar, sellüloz, müxtəlif profnastillər və kaset panellər, şərab şüşələri və tara istehsalı, logistika mərkəzinin yaradılması, həmçinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin inkişaf etdirilməsi istiqamətində şüşə və saxsı məmulatlar istehsalı zavodunun tikintisi, müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr, termoformasiya metodu ilə vərəqə şüşə istehsalı, yun əyirici-boyaq fabrikinin və sənayedə geniş istifadə olunacaq polimerdən kisə və torbaların istehsalı müəssisəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, proqramda sənaye ilə yanaşı, digər sahələrin inkişafı üçün tədbirlər görülməsi də nəzərdə tutulur. Həmçinin yol təsərrüfatı və nəqliyyatın inkişafı - yolların təmiri və dəmiryol infrastrukturunun təkmilləşdirilməsi, enerji təminatı - 2 ədəd 10-6 kV-luq kompleks transformator məntəqəsinin tikintisi, 50 kilometr yeni kabel xəttinin çəkilməsi, qaz təchizatı - “Sumqayıtçay” yaşayış massivində 175 mənzilin qazlaşdırılması, içməli su və kanalizasiya işlərinin davam etdirilməsi, rabitə xidmətinin yaxşılaşdırılması, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və dam örtüklərinin dəyişdirilməsi - abadlıq-quruculuq işlərinin davam etdirilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində binaların və idman qurğularının əsaslı təmiri, şəhərdə 9, 19, 23 nömrəli tam orta məktəblərin əsaslı təmiri və 600 yerlik korpusun tikintisi və digər işlər bu sıradadır.

Cari ilin birinci rübü ərzində şəhər üzrə ümum daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 40 milyon manat artaraq 460 milyon manatdan çox olub. Sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz təşkil edir.
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Üç ayda Sumqayıtda əsas kapitala 50 milyon manat investisiya yönəldilib
11:5909 may

Üç ayda Sumqayıtda əsas kapitala 50 milyon manat investisiya yönəldilib

Cari ilin yanvar-mart aylarında Sumqayıtın sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz təşkil edir.

Sumqayıtda 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib
15:0208 may

Sumqayıtda 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib

Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Sumqayıtda böyük nailiyyətlər qazanılıb, əlamətdar hadisələr baş verib. Prezident İlham Əliyevin bu il şəhərə iki dəfə səfər etməsi və ölkə miqyasında çox mühüm əhəmiyyətə malik müəssisələrin açılışında iştirakı, eyni zamanda, Sumqayıt bulvarında

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Prezident yol tikintisinə pul ayırdı
11:2109 yanvar

Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev yanvarın 8-də “Balakən rayonunun Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən