İSTİ XƏBƏRLƏR
» » Sumqayıt bulvarının ərazisi genişləndirilir: atraksionlar, çimərlik zonası və...

Sumqayıt bulvarının ərazisi genişləndirilir: atraksionlar, çimərlik zonası və...


Sumqayıt bulvarının ərazisi şimala doğru 1 kilometr uzadılır. Bu barədə "168 saat"a Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib. 
O bildirib ki, hazırda 106 hektar olan bulvarın ərazisi daha 32 hektar genişləndirilir:
"Ərazidə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Yeni ərazidə restoranlar tikiləcək, çimərlik zonası salınacaq, 292 ədəd istirahət otaqlarının da inşa edilməsi planlaşdırılır. Bununla yanaşı genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək".
Məlumata görə, bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında əhalinin istifadəsinə veriləcək.
Xatırladaq ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Sumqayıtda harda piyada keçidinə ehtiyac var?
13:0923 aprel

Sumqayıtda harda piyada keçidinə ehtiyac var?

Sumqayıt böyüdükcə şəhərin bütün infrastrukturunun da bu böyüməyə uyğunlaşdırılması tələb olunur. Əhalinin çoxalması, şəhər iqtisadiyyatının şaxələnməsi, şəhərə gələn qonaqların sayının artması şəhərin bütün sosial infrastrukturunun da təkmilləşdirilməsi zərurət kimi görünür.

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi