İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Maşın Bazarından reportaj: qiymətlər necədir?

Sumqayıt Maşın Bazarından reportaj: qiymətlər necədir?



Avtomobil bazarı həmişə maraqlı və dinamikdir. Şəhərimizdə nəqliyyat vasitələrinin sayındakı artımı da yəqin ki, aydın hiss edirsiniz.
Bəs maşın bazarında nə var, nə yox? Qiymətlər, alqı-satqı son dönəmlərdə necə dəyişib? Bu suallarımızın cavablarını yerindəcə aydınılaşdırmaq üçün Sumqayıt ərazisində yerləşən "Maşın bazarı"na üz tutduq. 
Çeşid çox, qiymətlər müxtəlif, avtomobilləri nəzərdən keçirən "n" qədər, bəs alıcı necə? Maşınları nəzərdən keçirənlər sadəcə ona baxmaqlamı kifayətlənir? Avtomobili təklif edən alıcı səviyyəsindən, alıcı bazar qiymətindən razıdırmı? 
Gəlin hər şeyi onların öz dilindən eşidək. 
Avtomobil təklif edən -  Maşınım "Reno Reqan"ı 11 min manata təklif edirəm. Baxmayraq ki, bu maşınların qiymətində ucuzlaşma var. Ancaq hələ ki, ciddi maraq göstərən yoxdur. Keçən ilin oktyabrında bu model maşın bazarda 13 min manata satılırdı. Gördüyünüz kimi bir neçə ayla müqayisədə qiymətlər çox düşüb. Ancaq nə fayda?! Alıcı yox. Kim gəlir, maşına baxıb gedir. Bazarda durğunluqdur. 
Avtomobil təklif edən - 2008-ci ilin VAZ 21 04 modelini 7 min manata satıram. Maşın saz vəziyyətdədir. Ancaq alıcım yoxdur, qardaş. Alan yoxdur. Qiymət keçən aylarla müqayisədə nə düşüb, nə artıb. Ancaq faydasızdır. Bazar həddindən artıq durğundur. 
Alıcı - Bazara gəlmişik ki, qiymətlərlə maraqlanaq. Baxırıq, nəzərdən keçiririk. Ancaq qiymətlərin bahalığından şikayətçiyəm. Konkret hansı model istədiyimi deyə bilmirəm. Ancaq bəyəndiyim bir normal vəziyyətdə olan sedan tipli maşını almaq gücündəyəm.Yenə deyirəm qiymətlər bahadı. 
Alıcı - "Mersedes"in modellərinə baxıram. Bazara həmin markalı maşını almaq üçün gəlmişəm. Hələ ki, baxıram da, qardaş. Ümumiyyətlə qiymətlər bahadır. Bilmirəm bu barədə satıcıların fikri nədir. Onlar necə düşünür. Ancaq mən bir alıcı kimi deyə bilərəm ki, qiymətlər bahadır. 
Avtomobil təklif edən - 2000-ci ilin   "Mersedes" S 320 -ni bazara çıxarmışam. Ay ərzində ikinci dəfədir bazara gəlirəm. Təklif etdiyim qiymət deməzdim ki, bahadır. Qiymətlər də normaldır, məncə. Qiymətlərdə nə artım, nə də düşüş var. Bazar belədir ki, hərə gətirir maşınını istədiyi qiymətə təklif edir. Belə olan halda da qiymət oynaması ilə bağlı yüz faizlik söz demək olmur. 
Alıcı - Qiymətlərin bahalığıı deyə bilmərəm. Məncə, bir neçə ay bundan qabaq necə idisə, elə indi də cürdür.
Alıcı - Qiymətlər pis deyil. Axtardığım maşını istədiyim qiymətə tapdım demək olar ki. Alacam, inşallah.
Ümumiyyətlə, qiymətlərlə və alıcı təlabatı ilə tanış olarkən qiymətlərin əsasən stabil qaldığını, ancaq avtombil təklif edənlərin bu sabitliyə baxmayaraq alıcı azlığından şikayətləndiyinin şahidi olduq. Bazardakı digər marka avtomobillərin qiyməti isə belədir:
"Opel Astra" 2002 model - 10 min manata, 
"Mersedes" C 180, dizel - 8500   manata, 
"Tofaş" 2004, benzin - 5700 manta,
"Vaz 21 07" 2009 model - 6000 manata,
"Vaz 21 06" 2006-cı il - 6700 manata,
"Chevrolet Aveo" 2010 -   8000 manata,
"BMW X5" 2005 model - 25 min manata,
"Volksfaqen Passat" 2002-ci il model - 6800 manata təklif edilir.

Səbuhi ALLAHVERDIZADƏ
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Adı oyun alqı-satqıısında hallanan  klubun sumqayıtlı futbolçusu:  "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"
18:2830 aprel

Adı oyun alqı-satqıısında hallanan klubun sumqayıtlı futbolçusu: "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"

Ötən həftə Region Liqasında baş tutmalı olan "FC Baku" - "Şahdağ" qarşılaşmasının birincilərin adının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınması az maraq doğurmadı. İddialara görə,  Region Liqasının ikinci pley-off mərhələsi çərçivəsində keçirilmiş "Füzuli" - "FC Baku" oyununun

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO