İSTİ XƏBƏRLƏR
» » 3 sual

3 sual


Sosial şəbəkələr həyatımızın ayrılmaz, maraqlı hissəsinə çevrilib. Facebookun müzakirə platforması kimi əhəmiyyəti isə xüsusilə danılmazdır.
Bu həftə Facebook-da "168 saat"ın redaksiyasın aid olan "Sumqayıtlılar" səhifəsində bir sıra mövzuları müzakirəyə çxardıq.
İzləyicilərimizin səsləndirdiyi problemlərin şəhərin icra struklurları üçün maraqlı, problemləri aşkarlayıb, həll etmək baxımından əhəmiyyətli ola biləcəyini nəzərə alıb, onları həm də qəzetimiz vasitəsilə ictimailəşdiririk.
Beləliklə, bu həftədən etibarən "3 sual" rubrikasına start veririk.

Sizi hansı kommunal problemlər narahat edir?

Ferhad Ghasimoff: 18-ci mkr-da mərkəzi istilik sistemi noyabrın 15-i verilir, aprelin 15-i kəsilir. İstəyərdik ki, bunu noyabrın 1-i verib, mayin 1-i kəssinlər. 
Cavid Qasımov: Qurd dərəsi - 27 nömrəli avtobus yolları, yaxşı vəziyyətdə deyil. Burada kanalizasiya problemi də var. Bütün kanalizasiya gölə axıdılır, antisanitariya mərkəzidir.
Mirzə Həbibov: "Jek"dən hələ də gəlib pul yığırlar.
Rəşad Əliyev: "9-cu mkr-da, bina 26-da birinci mərtəbədə yaşayanlar qaz olanda su tapmır, su olanda qaz".

Hansı avtobus marşrutlarının fəaliyyəti sizi qane etmir?

Əhməd Qafarlı: 30 nömrə
Orxan Suleymanov: 2 nömrə bərbaddır. 15 dəqiqədən də bir marşrut gələrmi?!
Sultan Azimov: 3 nömrə
Samir Rüstəmxanlı:  5 nömrəli marşrut
Nici Nici: İnterval bəzən çox olur 5 nömrədə. Məsələn, 10 dəqiqəyə yaxın. Ondan əlavə bəzi yerlərdə dayanacaq yoxdur. Məsələn, 8-ci mkr, Koroğlu prospekti, pilləkənin yanı. Əvvəl var idi, götürdülər yəqin metalloma verdilər. Bir də "Dədə Qorqud" tərəfdə svetoforun yanına dayanacaq yoxdur. 5 nömrəli marşrutun yolunda. Küləkdə, yağışda camaat əziyyət çəkir. Artıq neçə ildir.
Aylin Əliyeva: 8 nömrəli marşrut dayanacaqdan kənar sərnişin götürür, ancaq düşəndə deyir, dayanacaqda saxlayacam.
Natiq İbrahimov: Yarıtmaz marshrut yoxdur, amma mədəniyyətsiz sürücülər var.
Saleh Qasımov: 30 nömrəli marşrut.
Vako N-lee: 30 nomrə. Aradakı interval bilinmir, dəqiq nə qədərdir bilinmir, elə vaxt olur 10 dəqiqə gözləyirsən, elə vaxt olur 40 dəqiqə.

Şəhərin ən ucuz marketləri hansılardır?

Emiş: "Ordubad"dan başqa yalandır. Hər şey təzə, qulluq əla. Hələ kassanın qabağında duran sumka yığanlar əla. Çox daha tanınmış marketlərdə qulluq sıfırdır. Hide or report this
Emin Qaibxanov: "Gold Qayalı"
Tofiq Kamal: "Fəxri market" həm ucuzdur, həm də xidmət əladır.
Qubalı Elnur: "Gənclik market"
Totu Azizov: Çox guman ki, "Ordubad" olar.
Abbas Əli: "Gənclik" və "Ordubad"
Asif Abdullayev: 9-da "Ucuz market"
Nici Nici: 9-da "Ən ucuz market".
Rüstəm Sumqayıtlı: Evmizin yanındakı "Esmira" Şadlıq evinin önündəki "Elmar market"

Uğur MƏMMƏDZADƏ
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

"Qurd  dərəsi" nin  qaz problemi nə  vaxt həllini tapacaq?
13:4830 aprel

"Qurd dərəsi" nin qaz problemi nə vaxt həllini tapacaq?

Uzun illərdən bəri Sumqayıt şəhər "Qurd Dərəsi"  yaşayış massivində qazlaşdırma probleminin olmağı heç kimə sirr deyil.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO