İSTİ XƏBƏRLƏR
» » Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı məsləhətlər

Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı məsləhətlər



Nəcis kütləsi ilə orqanizmdən tək qidanın həzm olunmamış qalıqları deyil, orqanizmin fəaliyyəti nəticəsində burada əmələ gələn və su, qida, hava və s. ilə orqanizmə düşən ziyanlı maddələr xaric olunur. Qəbizlik nəticəsində nəcis kütlələri uzun müddət ərzində düz bağırsaqda qalır və nəticədə ziyanlı maddələr orqanizmi zəhərləməyə başlayır, orqanizmdə şlaklar, toksinlər yığılır. Bu hal bütün orqanizmin fəaliyyətinə çox mənfi təsir edir.
Düz bağırsaqda uzun müddət ərzində qalan nəcis kütləsi bağırsağın özünə də çox mənfi təsir edir - burada iltihabların, babasilin, çatların inkişafına təkan verir. Vaxtında xaric olunmayan nəcis kütlələri düz bağırsağın uzanmasına və genişlənməsinə (meqakolon) səbəb olur. Bu isə qəbizliyi daha da ağırlaşdırır. Xroniki qəbizlik düz və yoğun bağırsağın xərçəng xəstəliyinin əsas risk faktorlarından biri sayılır.
Beləliklə, qəbizlik cuzi pozulma deyil, qəbizliklə mütləq mübarizə aparmaq lazımdır.
Bu sadə məsləhətlər qəbizliklə mübarizədə sizə kömək edəcək.
Daha çox su için
Mayenin az qəbulu qəbizliyi gücləndirir. Nəcis kütləsi daha bərk olur ki, bu onun bağırsaqda hərəkətini çətinləşdirir. Bu səbəbdən əgər sizi qəbizlik narahat edirsə, gün ərzində 1,5-dan az olmayaraq təmiz su için (dükanlarda butulkalarda satılan təmiz su ən yaxşı seçimdir). Səhər acqarına 1 stəkan ev temperaturunda olan su için və sonra 15-20 dəqiqədən sonra qida qəbul edin. Bu bağırsaqları "oyadacaq". Suya buğda kəpəyi əlavə etmək olar. Buğda kəpəyi qəbizliklə mübarizədə çox yaxşı effekt verir. Axşamdan 1 stəkan ilıq suda 1 xörək qaşığı buğda kəpəyi isladın, səhər isə yaxşı qarışdırın və için.
Yeməyi yaxşı çeynəyin
Yeməyin yaxşı çeynənməsi çox vacibdir. Bu sadə qayda insanı bir çox mədə-bağırsaq sistemi xəstəliklərindən qoruyur. Yaxşı çeynənməmiş qida qida borusundan çətinliklə keçir, mədə belə qidanın əzilməsi üçün daha çox güc sərf edir, artıq yüklənir, qida burada daha çox qalır, bağırsaqlara daha gec keçir və s. Beləliklə, bütün həzm prosesi pozulur ki, bu nəticədə qəbizliyə səbəb olur.
Həkimlər tez-tez təkrar edir ki, sağlam olmayan dişlər - sağlam olmayan mədə-bağırsaq sistemi deməkdir. Əgər sizin dişlərlə bağlı problemləriniz varsa (xarab dişlər, dişlərin olmaması) bu problemləri tez həll etməyə çalışın.
Daha çox hərəkət edin
Hərəkətli insanın bağırsaqları azhərəkətli insanın bağırsaqları ilə müqayisədə daha yaxşı işləyir. Bu təbiidir. Hərəkət zamanı bağırsaqların peristaltikasını (hərəkətlilik) güclənir. Bu isə bağırsaqların daha tez boşalmasını təmin edir. Hər gün press üçün müxtəlif fiziki hərəkətlər edin. Bu həm arıqlamağa və yaxşı bədən quruluşuna sahib olmağa, həm də bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa sizə kömək edəcək.
Qidalanmanıza fikir verin
Qəbizlikdən əziyyət çəkən insanın qidalanmasında mümkün qədər çox çiy meyvə, tərəvəz, göyərti, süd məhsulları, bitki yağları (xüsusilə zeytun yağı) olmalıdır. Meyvə-tərəvəz təbii liflərlə zəngindir. Bu liflər bağırsaqların daha tez boşalmasına kömək edir.
Rəy bildir +
Oxşar xəbərlər
Yazın xəstəlik və artıq çəki problemi
12:0116 may

Yazın xəstəlik və artıq çəki problemi

Yaz fəsli gəlişi ilə təbiətə gözəllik bəxş etsə də, sağlamlığımız üçün müəyyən problemlər də yarada bilir. Ona görə yazın gəlişi zamanı mütəxəssislər hər zaman ehtiyatlı davranmağı məsləhət görürlər. Geyimi düzgün seçməyin, sağlam qidalanma qaydalarına riayət etməyin vacib olduğunu bildirirlər.

Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Sızanaqlardan belə qurtulun
10:0225 aprel

Sızanaqlardan belə qurtulun

Bir çox hallarda qidalanmaya müəyyən dəyişikliklər etdikdə sızanaqlardan daha asan və tez qurtulmaq mümkün olur.

Duz - "ağ ölüm", yoxsa vacib maddə?
09:5525 aprel

Duz - "ağ ölüm", yoxsa vacib maddə?

Keçmişdə duz çox bahalı idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu. Süfrəyə duz bahalı qablarda verilirdi, duz bolluğun, varlılığın rəmzi sayılırdı. Bəzi xalqlarda (ruslar, ukraynalılar və s.) hörmətli qonağı çörək və duzla qarşılamaq adəti indiyə kimi

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO