İSTİ XƏBƏRLƏR
» » Düzgün qidalanmanın 12 əsas şərti

Düzgün qidalanmanın 12 əsas şərti



Orqanizmin sağlam və gümrah olmasında ən əsas amillərdən biri düzgün qidalanmadır. Hətta ən müasir kosmetik vasitələr belə insanın xarici görünüşünə düzgün və sağlam qidalanma kimi müsbət təsir göstərə bilməz.
1. Aclıq hissi olmadan süfrə arxasına keçməyin. Cəmisi bir neçə gün buna əməl etsəniz, növbəti günlərdə qidalanmanız sutka ərzində rejimə düşəcək.
2. İstənilən qida məhsulunu xırda tikələrlə qəbul edin.
3. Düzgün qidalanmanın əsas şərtlərindən biri ağız boşluğunda qidanın yaxşı çeynənilməsidir.
4. Ayaqüstü qidalanmadan imtina edin.
5. Gündəlik qida rasionunu 2-3 dəfəyə deyil, 4-5 hissəyə bölün. Yəni az-az və vaxt baxımından tez-tez.
6. Qida rasionunuzun çox hissəsini günarta yeməyində qəbul edin.
7. Yeməkarası və yeməkdən dərhal sonra su və digər mayelər içməyin.
8. Köhnə yeməklərdən imtina edin, çalışın təzə hazırlanmış xörəklərlə qidalanasınız.
9. Qidalanan zaman indi daha çox "dəb"də olan mayonez və ketçupdan imtina etməyi bacarın.
10. Gündəlik olaraq qida rasionunuza meyvə və tərəvəz daxil edin.
11. Qida rasionunuzda istər içkilərin, istərsə də ərzaqların təbii olmasına diqqət yetirin.
12. Və ən nəhayət, gün ərzində fiziki fəallığınızı və hərəkət etməyinizi təmin edin ki, qəbul etdiyiniz qidalar el dilində desək həzmi-rabedən keçsin.
Bu sadə şərtlərə əməl etməklə həm sağlamlığınızı qorumuş olacaqsınız, həm də özünüzü daha gümrah hiss edəcəksiniz.
Rəy bildir +
Oxşar xəbərlər
Qəbizlikdən əziyyət  çəkənlər üçün faydalı məsləhətlər
12:0316 may

Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı məsləhətlər

Nəcis kütləsi ilə orqanizmdən tək qidanın həzm olunmamış qalıqları deyil, orqanizmin fəaliyyəti nəticəsində burada əmələ gələn və su, qida, hava və s. ilə orqanizmə düşən ziyanlı maddələr xaric olunur. 

Məşhurların şəxsi həyatına  müdaxilə nədən qaynaqlanır?
12:3509 may

Məşhurların şəxsi həyatına müdaxilə nədən qaynaqlanır?

Əksər teleaparıcılarımızın reytinq xatirinə son vaxtlar məşhurların həyatlarındakı müəyyən məqamları efirdə açıb-tökmələri haqda çox danışılır. Bu dəfə   bu məqamlara elə tanınmışların fikrini öyrənmək üçün bir neçəsi ilə həmsöhbət olduq.

Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO