İSTİ XƏBƏRLƏR
» » Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

Azərbaycanın işğal altındakı ərazilərinin - Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri də Fransadır. Son vaxtlar bu ölkədə baş verənlər dünya, xüsusən də Azərbaycan ictimaiyyəti üçün maraqlıdır. Xatırlayırsınızsa, yanacağın qiymətinin arması ilə əlaqədar ötən ilin noyabrından başlayan etirazlar hələ də davam edir. Hakimiyyətin onların tələbini yerinə yetirməsinə baxmayaraq, etirazlar şaxələnərək ümumifransa etirazına çevirildi.
Əksər dünya mediasında “sarıjiletlilər” hərəkatının  polis zorakılığı ilə müşayiət olunması barədə informasiyalar yayılır və bu addımlara görə Fransa hakimiyyəti tənqid olundu. Fransa isə baş verənlərə kənar müdaxilə fikrindədir. Bəs, gerçəkdə Fransada nə baş verirdi? Onların aqressiyasına nə səbəb olub? Başqa sözlə, bu ölkəni də öz "boz kardinal"ları qarışdırırdı?
Bu kimi suallara cavab tapmaq, məsələlərə aydınlıq gətirmək üçün politoloq Tofiq Abbasov ilə həmsöhbət olduq.
 
-Sarıjiletlilərin etiraz aksiyaları Makron hakimiyyətinə təzyiqdirmi?

-Əlbəttə, həm ABŞ-ın, həm də ki, belə deyək, dünyanın iqtisadi proseslərini, işsizliyin dinamikasını koordinasiyasa edən güclərin təzyiqidir. Onlar istənilən dövlətin stabiliyini pozmaq imkanlarına malikdirlər. Rahat şəkildə sosial zəmindəki narazılıqları transformasiya edib, küçələrə çıxara bilərlər. Bir sual yaranır: ABŞ-ın başqa dövlətlərdəki dayanıqlı təsir gücləri nədən ibarətdir? Onlar siyasi elitaya o qədər də təzyiq göstərmir və bunu iqtisadi qurumlar vasitəsi ilə həyata keçirirlər. Yəni əvvəllər Avropada - istər Böyük Britaniya,istər Rus imperiyası, istərsə də Osmanlı imperiyası olsun - fəth etdikləri məmləkətlərdə siyasi elitalara, hakim dairələrə təzyiq göstərib onların vasitəsi ilə istəklərini həyata keçirməyə çalışırdılar.Deməli Faransadakı hadisə bilavasitə yanacağın qiymətinin qaldırılması ilə bağlı deyil.Orada ən əsas problem çoxunun diqqət etmədiyi, üzərindən ötüb keçdiyi vergi tələbidir. Belə ki, Makron hakimiyyəti təminatlı təbəqələrə “var-dövlət” vergisi tətbiq etmək istəyir. Ona görə də bu məsələdən qorxurdular.Bilirsiniz niyə? Çünki Fransa biz istəsək də,istəməsək də, sözün əsl mənasında demokratiyanın beşiyidir.Yəni müasir dönəmdə deyirlər ki, əsl demokratiya Amerikadadır. Amma bu belə deyil. Klassik demokratiyanın beşiyi, vətəni Fransadır.Ümumiyyətlə,bu ölkənin siyasi, iqtisadi,sosial zəmindəki,xüsusilədə mədəniyyət sahəsindəki  təşəbbüsləri  qısa müddətdən sonra bütün dünyaya yayılır.
Bu hadisənin Fransada baş verməsindən ehtiyat edən digər dövlətlərin,o cümlədən də ABŞ-ın yüksək dairələrinin biznes elitası Makronu ölkədaxili problemlərlə məşğul etmək, yeni cərəyanların ortaya çıxmaması stabilliyi üçün pozmaq qərarını verdilər. Əsas məsələ bu idi. Düzdür, yanacaqdakı cüzi artım etirazlara səbəb ola bilər. Ancaq onun ardınca gələn böyük dalğa, sadəcə 2-3 sent səviyyəsində bahalaşmanı bəhanə olaraq göstərdi. O bəhanənin arxasındakı əsas motiv müəyyən dairələrin varidatlarınıyeni tətbiq ediləcək vergidən qorumasıdır. Konkret ABŞ-ın əsas məqsədi isə Makronun müstəqil siyasət aparmasının qarşısını almaqdır. Onun ABŞ-a səfərini yadımıza saldıqda müəyyən mənzərə yaranır. Məsələn, o, çox sərbəst şəkildə Donald Trampla söhbətləşir,heç də hər deyilənlə razılaşmırdı. Digər tərəfdən Makron həqiqətən də Avropa İttifaqının böyük hərəkatında özünü yeni kursun davamçısı kimi qələmə verməyi bacardı. Bildirdi ki, kifayət qədər güc və imkanlara sahib olan Avropa İttifaqı nə qərbdən, nə şərqdən qorxmamalı,çəkinməməlidir.Beləliklə, Makronun təşəbbüsü ilə Aİ ordusunun olması məsələsi gündəmə gəldi. Onun bu kimi addımlarına görə ABŞ və onunla həmrəy olan dövlətlər, onların aparıcı dairələri əl-ələ verib belə bir maneə,problem yaratdılar. Təbii ki, bu çox ciddi məsələdir. Açıq-aşkar görünür ki, ustalıqla işlənmiş bir ssenari var.Əslində bu rəngli inqilabın ssenarisi idi. Bu birmənalı şəkildə məxməri inqilabın, rəngli inqilabın bir vəziyyətidir,onun bir modelidir. Görürsünüz, hətta Makron Argentinaya iyirmilərin görüşünə gəlib çıxanda onu orada heç kim qarşılamadı. Əgər xatırlayırsınızsa, o, təyyarədən düşən kimi oradakı texniki işçilər ilə salamlaşmalı oldu ki onların içindəki üç nəfərdən biri də sarıjiletlilərdən idi.
Makron anlaşılmaz və utancverici vəziyyətdə idi. Onu da qeyd edim ki, Argentinanın prezidenti Maurisio Makro amerikapərəst siyasətçidir. Buradan görünür ki, Makrona qarşı olan saymazlıq təsadüfi deyil. Faktiki o da boykotun bir növüdür. Bu çox nadir mənzərə idi. Bu da ondan xəbər verir ki, həqiqətən də, Fransanın müstəqil gedişləri və sərbəstliyə can atması qeyd etdiyimiz dairələrdə qıcıq, böyük narazılıq,narahatlıq doğurur. Buna görə də Farnsanın daxilində qarışıqlıq yarada biləcək hərəkat başlatdılar. Gördüyümüz kimi proseslər dalğavari şəkildə davam edir və prosesi cilovlamaq müşküldür.
 
- Belə çıxır ki,yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi. Əslində isə səbəb, Makronun müstəqil siyasəti və bu siyasətin digər dövlətlərə ixrac olunmasıdır?

- Əlbəttə. Baxın, qiymət artımıyla bağlı Makron özü komissiya da yaratdı. Sonra komissiya etirazçıların nümayəndələri ilə görüşdü, danışıqlar apardı. Əgər məsələ onda idisə həmin tələb yerinə yetirildi. Yəni qiymət artımı olmayacaqdı. Əgər etirazçılar öz məqsədlərinə nail oldularsa, niyə proses davam edir, niyə belə dəhşətli hal alır? Həqiqətən də Fransa əhalisi özü deyir ki, biz etiraz etməyin tərəfdarıyıq, amma daha maşınları yandırıb, insanlara zərər verməyin yox. Vandallıq eləmək istəmirik.Fransa əhalisi özü də bundan narahatlıq keçirir. Insanlar çalışırdı ki, bu proseslər məcradan kənara çıxmasın. Amma əksinə oldu. Çünki dirijor çubuğu kənar qüvvənin əlində idi. Bunlar da xüsusi təlim keçmiş adamlar idi. Bilirik ki, Ukraynada meydanda belə proseslər oldu. Maydan deyilən hərəkat Kişinyovda, Tiflisdə, Ermənistanda da oldu. Paşinyan meydanlarda, küçələrdə çıxışları zamanı qeyd edirdi ki, bizim hərəkat xaricdən dəstək alıb, bacı-qardaşlarımız xarici ölkələrdən gəliblər ki, burada bizə kömək etsinlər. Həmin onlar Polşadan, Litvadan, Ukraynadan gələn təlimatçılar idilər. Hansısa ölkəni qarışdırmaq istədikdə desant şəklində dəstələrin göndərilməsi texnologiyasından istifadə edirlər .
 
 -Bu etirazlara rəhbərlik edənlərin həmkarlar ittifaqına soyuq münasibətinin səbəbi nə idi?

- Həmkarlar ittifaqının özünün fəaliyyət proqramı,  nizamnaməsi var.Onların həmkarlarının həqiqətən də işçi kollektivləri ilə, briqadalarla sıx əlaqəsi mövcuddur. Neçə əsirlik təcrübəyə malik bir qrumlardır. O dövrdən bu ənənə qərb ölkələrində oturuşub,xüsusilə də Fransada həmkarların özünün xüsusi yeri vardı. Onlar cəmiyyətdə öz yerlərini çoxdan tutublar. Ancaq onların iştirakına bizim ehtiyacımız yoxdur demək, özü nədən xəbər verir?! Ondan xəbər verir ki, burada iki müstəvidə proses gedirdi? Həmkarların vəzifəsi nədən ibarət idi? Onlar zəhmətkeşlərin iradəsini, sözünü, istəyini ifadə edirdilər. Onlar demək olar ki, işçi qüvvəsi ilə hakim dairələr arasında translasiya,sülh istəyini yerinə yetirən bir təbəqədir, bir halqadır, əlaqələndirici bənddir. İnsanlarla, sadə işçilərlə, sadə zəhmətkeşlərlə yuxarı dairələrin, hökumət nümayəndələrinin arasında olan bənddir. Deməli, oların küçədəki, o özünü lider kimi ifadə etmiş insanların dilindən belə sözün çıxması ki, bəs həmkarlara ehtiyacımız yoxdur, deməsi, burada ikinci bir qütbün olduğundan xəbər verir.Bu qütb, dediyim kimi, küçə yürüşlərinin,böyük əks-səda,diqqət yaratması üçün aldıqları təlimatlara uyğuntənzimlənir, onların istəklərini yerinə yetirirlər.Burada biz görürük ki, iki iştirak birdən-birə işə salınmışdır. Həmkarlar ona görə də bir növ kölgədə qaldılar. Deməli, onların funksiyasını kimsə mənimsəyib.
 
 - Sonradan sarıjiletlilərə etiraz olaraq yaranmış qırmızıjiletlilərin fəaliyyətini necə qiymətləndirirsiniz?

-Bu məqamda yadıma xalqımızın dilində geniş yayılmış “kələfin ucu itib” deyimi düşür. Bu, həqiqətən də belədir. Orada elə bir boşluq yaranıb ki, özləri də təzad yaşayırlar. Dini mənsubiyyət də itir. Onların arasında Fransanın hakim dairələrinin nümayəndələri də, onları idarə edənlər də var idi.
 
 - Qırmızıjiletlilərin arasında?

-Qırmızıjiletlilər yox, belə deyək də,qırmızıjiletlilər adətən, sarıjiletlilərə qarşı ssenari üzrə qurulmş bir qüvvə idi.Mən elə başa düşürəm ki,gediş özünü doğrultmadı. Çünki onlar meydanda peyda oldular, amma elə bir güclü təsir qüvvəsinə malik olmadıqlarından böyük bir təəssürat da oyatmadılar. Nəhayətdə isə nəticə verə bilmədilər. Nə oldu, məyər sarıjiletlilər onları görüb qaçdılar, yox! Bilmirəm yadınıza gəlir, yoxsa yox, Misirdə inqilabi vəziyyət yaranadan sonra hələ Hüsnü Mübarək hakimiyyətdə idi. Təhrir meydanı,digər küçələr yanırdı,insanlar bayırda çox odlu-alovlu çıxışlar edirdilər və orada ixtişaşlar baş verdi və.s. Günlərin bir günü hakimiyyətin adamlarını dəvələrlə kütlənin arasına saldılar. Camaat arasında əzilən də oldu, vurulan da oldu, döyülən də. Orada bir balaca ixtişaş yarandı, sonra həmin o gediş özünü döğrultmadı. Sonra hakimiyyət tərəfindən çıxış edənlər, nümayişçilərə təzyiq göstərmək istəyənlər anladılar ki,proseslər kütləvi hal alıb,onların buna gücü çatmayacaq. Həmin o təşəbbüslər başladı və tez də alovlanıb söndü. Bax, burada da eyni vəziyyət yarandı. Ola bilsin ki, qırmızıjiletlilərin qarşısına belə bir vəzifə qoyulmuşdu,amma onlar onu edə bilmədilər.
 
- Demək olar ki, Makrona təzyiq proqramı uğurla həyata keçirilir?

-Bəli. İri şəhərlərin hamısında sarıjiletlilərin hərəkatı var. Məsələ burasındadır ki, dəqiq koordinasiya var. Burada artıq ümumfransa hərəkatından söhbət gedir.Əslində, əgər qiymətlə, sosial vəziyyətlə bağlı narazılıqlar varsa buna cabavdeh kimdir? Təbii ki, baş nazirdir, qüvvədə olan Nazirlər kabinetidir. Əgər proses budursa, onda niyə Filippin istefasını tələb etmirlər? Prezident Makron dövlət başçısıdır, hökumət ona tabedir,hesabatlar verir,təlimatlar alır və.s. Əslində, əgər yarıtmaz bir iqtisadi siyasət, sosial siyasət yeridilirsə,buna cavabdeh baş nazirdir, Prezident yox. Bunlar əvvəl gündən Makronun istefasını tələb edirdilərsə və bunu gündəmə gətiridilərsə, burada həqiqətən də hədəf müstəqil siyasət aparan prezidentdir. Onu demirlər, üstünü vurmurlar, amma biz vəziyyəti araşdırdıqda burada elə detalların, elə nüansların, özəlliklərin olduğunu gördükdə Fransadakı hadisələrin dərindən işlənilmiş ssenari əsasında həyata keçirildiyinin şahidi oluruq.
 
Bəhruz Salmanov
Xeberlent.az
Rəy bildir +
Oxşar xəbərlər
“Qaçqınkom” sədrinin bahalı xidməti avtomobil almasına MÜNASİBƏT
18:2128 yanvar

“Qaçqınkom” sədrinin bahalı xidməti avtomobil almasına MÜNASİBƏT

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir
18:1428 yanvar

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI
11:2309 yanvar

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI

Əmanətlərin Sığortalanması Fondunun reyestrinə hazırda 30 bank daxildir, başqa sözlə, bu banklara qoyulan əmanətlər müvafiq qanun çərçivəsində həm də dövlət tərəfindən qorunur. Oxu.Az xəbər verir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanuna əsasən, iştirakçı bankların 9 yanvar 2019-cı il

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı
11:2009 yanvar

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı

Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.