İSTİ XƏBƏRLƏR
» » Oman Sultanlığında musiqimizi təmsil edən sumqayıtlı xanım

Oman Sultanlığında musiqimizi təmsil edən sumqayıtlı xanım


Onun yaşayıb çalışdığı Oman Sultanlığında Azərbaycandan adam çox azdır, necə deyərlər, həmin ölkədə vətənimizi təmsil edən üç-beş soydaşımızdan biri də odur...
Haqqında söhbət açdığım Vüsalə xanım Yusif Sumqayıt şəhərində dünyaya gəlib. 1993-cü ildə 23 nömrəli orta məktəbin 9-cu sinfini bitirərək, Sumqayıt Musiqi Texnikumuna qəbul olunub. 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurub. Sonra Bakı Musiqi Akademiyasının fortopiano və solo ifaçılığı fakultəsinə daxil olub. 2001-ci illdə bakalavr, 2003-cü ildə isə magistr dərəcələrinə yiyələnib. Hər iki səviyyəni fərqlənmə diplomu ilə bitirib. 
Bundan əlavə London Musiqi Akademiyasının LRSM diplomuna layiq görülüb...
14 yaşında ilk solo konserti baş tutan Vüsalə xanım 1996-cı ildə ölkə pianoçular müsabiqəsinin qalibi olub. 2003-2011-ci illərdə Azərbaycan Milli Koservatoriyasında konsertmeister kimi çalışıb. Eyni zamanda Sumqayıt Musiqi Kollecində pianodan dərs deyib.  
2011-ci ildə Oman Sultanlığından Sultan Qabus Universitetinə dəvət alıb. O vaxtdan indiyədək həmin universitetdə fortopiano müəllimi işləyir...
2011-2015-ci illərdə Bakı Musiqi Akademiyasının doktoranturasında online oxuyaraq, 2016-cı ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib(PhD)...
...Atası Yusif Qarakişiyev əslən Zəngilan rayonundandır. Uzun illər Sumqayıt boruyayma zavodunda sex rəisi vəzifəsində çalışıb. Anası Validə xanım İsmayılova isə Sumqayıt Musiqi Kollecinin baş müəllimidir...
Vüsalə xanım bir gənc alim kimi dünyanın müxtəlif ölkələrində beynəlxalq musiqi konfranslarına dəvət alır. Kembric Universitetində ölməz Qara Qarayevin yaradıcılığından söylədiyi mühazirə ən yadda qalanlarındandır. Bundan əlavə o, Sinqapur, Bankonq, İstanbul konfranslarında da Azərbaycan bəstəkarlarının yaradıcılığından ingilis dilində çıxışlar edib.
İndiyədək 20-dən çox solo konserti baş tutub. Oman Dövlət Televiziyasında lentə köçürülən piano ilə solo nömrələri bu günə kimi nümayiş etdirilir...
...Ömür-gün yoldaşı Sənan Əmirbəyov Sumqayıt şəhərində dünyaya gəlib, əslən Quba rayonundandır. İxtisasca elektrik mühəndisidir. İki oğlu var, böyük oğlu Mətin 13, ikinci oğlu Emin 9 yaşındadılar. Hər ikisi də istedadlı uşaqlardır. Ana dili ilə yanaşı ingilis, faransız dillərində mükəmməl danışa bilirlər...
Mütaliə etməyi xoşlayır. Azərbaycanın istedadlı yazıçısı, mənim uşaqlıq dostum Varis Yolçuyevin əsərlərini sevə-sevə oxuyur. Yeri gəlmişkən, bir haşiyəyə çıxım. Varis həqiqətən də son illər ən çox oxunan yazıçılardan biridir. Sevinirəm ki, onun ingilis dilinə tərcümə olunan əsərlərini kitabsevərlər Amerikada da oxuyurlar...
Azərbaycan bəstəkarlarının yaradıcılığı haqqında növbəti beynəlxalq konfranslarda çıxış etməyə hazırlaşır. Bu ilin may ayında İstanbulda keçiriləcək pianoçuların festivalında bir ifaçı kimi iştirak edəcək...
Əbədiyaşar bəstəkarlarımızı, Azərbaycan musiqisini Oman Sultanlığında ləyaqətlə təmsil edən bu xanımın xidmətləri danılmazdır. 
Qoy bu yığcam yazı Vüsalə xanıma  biz sumqayıtlı yazarlardan bir töhfə olsun...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Rəy bildir +
Oxşar xəbərlər
Almaniyada Azərbaycan musiqisini  təbliğ edən sumqayıtlı bəstəkar
18:4310 may

Almaniyada Azərbaycan musiqisini təbliğ edən sumqayıtlı bəstəkar

Özünü təhsilə, yaradıcılığa həsr edib. Başı o qədər qarışıb ki, hətta ailə qurmağa belə tələsməyib. Bəstələdiyi "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig Van Beethoven", beş hissəli "Qarabağ suita"sı, "Qarabağ həsrəti", "Odlar ölkəsi" və s. musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya,

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO