İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR



Lətifələrin reytinqi


5-ci yer.
Bir qadın məzuniyyətə çıxmış ərini yoxlamaq üçün işdən ona zəng vurur:
- Hardasan?
- Evdə.
- Yalan demirsən?
- Yox.
- Onda get mətbəxə, mikseri işə sal.
- Rrrrr
(Təbii ki, qadının mobil telefonu qozsındıranlardan olduğu üçün əriylə görüntülü zənglə danışması mümkünsüzdür.)
Növbəti gün hər şey təkrarlanır:
- Hardasan?
- Evdə.
- Mikseri işlət görüm.
- Rrrr.
Üçüncü gün qadın işdən 2 saat tez gəlir. Qapını açan oğlundan  soruşur:
- Atan hanı?
- Bilmirəm ki. Mikseri götürüb harasa getdi.

4-cü yer.
Rusiyanın Anekdotı.ru portalında həftənin lətifəsi.
Vovoçka dərsdən qanıqara qayıdır.
- Ana, məni məktəbdən xaric etdilər.
- Niyə, oğlum?
- Nəm. Yəqin, ixtisara düşmüşəm.

3-cü yer.
Dərdayıl gəlir telefon mağazasına. Satıcıdan soruşur:
- Sizdə AYfon var?
Satıcı qız deyir, bəli var, 600 manatdır.
Dərdayıl soruşur:
- Bəs AYpad necə, var?
Satıcı qız:
- Bəli var, 800 manatdır.
Dərdayılın gözünü döyüb uzun müddət dinməzcə vitrinə baxdığını görən satıcı qız nəhayət ona tövsiyə verir:
- Sizin nə qədər pulunuz varsa, ona uyğun bir şey deyin, təşkil  eləyək.
Dərdayıl ah çəkib soruşur:
- Sizdə AYran var?

2-ci yer.
4 saatlıq uzun çəkən əməliyyatdan sonra həkim əməliyyat otağından çıxır, pasiyentin həyat yoldaşı cəld onun üzərinə atılır:
- Həkim, başına dönüm, əməliyyat necə keçdi, yoldaşım yaşayacaqmı? Tez deyin, mənə ümid verin, həkim. Ona bir şey olsa mən yaşamaram. Bir söz deyin, həkim!!!
Həkim tərini silir, başını tərpədir:
- Narahat olmayın, yoldaşınız sağdır. Amma bir şey var ki, o, səkkiz il yataq xəstəsi olacaq.
Kişinin üzü turşuyur, qaşları çatılır.
- Və bu səkkiz il müddətində siz daim onun yanında olmalısınız. Onu bir dəqiqə belə nəzarətsiz qoymaq olmaz.
Kişi portür, tərini silir.
- Və bu səkkiz il müddətində siz onu dərmanlarla da vaxtlı-vaxtında təmin etməlisiniz. On adda dərmandı, hər biri bir aydan bir qurtardıqca yenidən alınmalıdır. Təqribən ayda dərmanlara üç yüz manat xərciniz çıxacaq.
Kişi ürəyini tutur.
- Hə bir də, ən vacibini demədim. Yoldaşınız ayaqyoluna da gedə bilməyəcək deyə bir problem də bundan dolayı yaranacaq. Əlbəttə siz bir şəfqət bacısı tutub yoldaşınıza qulluğu, onun ayaqyolu problemini həmin şəfqət bacısına həvalə etməyi  düşünəcəksiniz.  Amma, xəstəliyin xarakteri belədir ki, yoldaşınız, naməhrəm adamı yaxınına buraxmayacaq, yalnız güvəndiyi şəxsə, yəni sizə öz problemlərini yoluna qoymağı həvalə edə biləcək.
Kişi dizlərini yerə qoyur.
Həkim qəfildən gülərək söyləyir:
- Əşi, zarafat edirəm, yoldaşınız öldü!

1-ci yer.
Sovetin dövründə ərə getmək istəyən qızlar oğlana cadu elətdirərdi. 
Indi isə burunlarını düzəltdirirlər.

Dodaqqaçdı

Balaca rus oğlan  nənəsi Klavanın tam adının heç də klaviatura olmadığını öyrənəndə çox təəcübləndi.

Nostalgiya.

Indiki uşaqlar heç zaman bizim çəkdiyimiz ağrıları duya bilməzlər. Təsəvvür edin, ağ-qara göstərən televizorda İngiltərə-Nigeriya oyununa baxırdıq. Əgər işığı artırırdıqsa İngiltərə yığması itirdi. Yox, işığı azaldırdıqsa, onda Nigeriya yığması itirdi.

Sitat. 

"ARB  TV-də yemək proqramını izləyirəm. Aşbazın sadaladığı şeylərdən bizdə təkcə biri var: Tava".

Kəlam.

"Ərlə arvadın ən mehriban olan vaxtı səksən yaş sonrasıdır. O yaşda nə arvad çox danışa bilir, nə də kişi yaxşı eşidə bilir".

Qızlara Hava proqnozu

Çöldə əsil ərə gedəsi hava var.

Şərh

"Hər gün "Karvan"ın qarşısından keçəndə hamilə qadının diləndiyini görürəm. Elə yazığım gəlir ki, ona. İki ildən artıqdır onu görürəm, hələ də doğmayıb". 

Olmuş əhvəlat

Orta əsrlər. Döyüşə gedən şah əmisi qızı olan arvadına sədaqət kəməri bağlayır. Yolda təlxəyi ondan soruşur:
- Şah həzrətləri, sən niyə ona sədaqət kəməri bağladın? Onsuz da o eybəcərliklə ona heç kəs yaxın durmayacaq.
Şah köks ötürür:
- Bilirəm. Bunu özümçün eləyirəm. Qayıdanda deyəcəm, kəmərin açarını itirmişəm.

Siyasi

Anekdotı.ru portalında həftənin lider siyasi lətifəsi:
Insana aylıq minimal istehlak səbətini ver, o bir gün tox olacaq.

Dialoq.

- Niyə qəmginsən?
- Oğlum oldu.
- Buna adam dilxor olar ki? Adını nə qoydun?
- Lüdovik.
- Lüdovik niyə?
- On dördüncüdür.
Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

OXUMASANIZ DA OLAR
19:0210 may

OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR

Nəm salfet, yoxsa zəhər?
18:4910 may

Nəm salfet, yoxsa zəhər?

Yaşından asılı olmayaraq bütün insanlar üçün salfetlər önəmlidir. Gündəlik yaşam zamanı insanı bir çox narahat vəziyyətlərdən xilas edən salfetlər, demək olar ki, hər kəsin çantasında mövcuddur. 

Oxumasanız da olar
10:4625 aprel

Oxumasanız da olar

2014-cü ilin söhbətidir, bir gün Azərbaycana qastrola gələn bir iranlı tarzənlə görüşərkən Habil Əliyev ona sual verir: - Sən neçənci ildə doğulmusan? Iranlı dərhal deyir: - 1405-ci il təvəllüdlüyəm. Habil Əliyev barmaqları ilə nəyisə xeyli hesablayıb söyləyir: - Maşallah yaxşı qalmısan.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.