İSTİ XƏBƏRLƏR
» » Azərbaycanın Xarici İşlər Nazirliyi Laçının işğalının 27-ci ildönümü ilə bağlı açıqlama yayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi Laçının işğalının 27-ci ildönümü ilə bağlı açıqlama yayıb




Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Laçın rayonunun işğalı ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada 27 il əvvəl, 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bildirilir.

Qeyd edilir ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüz siyasətinin davamı olan Laçın rayonunun işğalı nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min 518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır.

Ermənistanın işğalı rayonda dövlət mülkiyyətinə və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib, Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan olunub.

Beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da qeyri-qanuni fəaliyyəti davam etdirir, coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci il 16 iyun tarixli qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququnun, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin bu qərarın 19-20-ci paraqraflarda Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələblərinə məhəl qoymayaraq onları ciddi şəkildə pozur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.

Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək. Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kvo dayanıqlı deyil və qəbuledilməzdir. Bölgənin, o cümlədən Ermənistanın özünün dayanıqlı, demokratik, sülh, sabitlik və təhlükəsizliyin təmin olunduğu bir şəraitdə inkişafı, ilk növbədə, beynəlxalq hüququn aliliyinin təmin olunması, işğal amilinin aradan qaldırılması, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından asılıdır. Yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunmasına imkan yaradacaq.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal edilmiş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə, münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin ayrılmaz hüququdur.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Jewish Journal":  Ermənilər Dağlıq Qarabağda qısa müddət ərzində yaşadıqlarına dair sübutları məhv edir
17:5008 may

"Jewish Journal": Ermənilər Dağlıq Qarabağda qısa müddət ərzində yaşadıqlarına dair sübutları məhv edir

Erməni qüvvələri etnik təmizləməyə bəraət qazandırmaq məqsədi ilə vaxtilə çiçəklənən mədəniyyətin bütün sübutlarını məhv edir. Trend-in məlumatına görə, bu barədə "Jewish Journal"da dərc olunan məqalədə deyilir.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO